Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri Nika Gilauri ilə görüşü
Davos, 26 yanvar (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 26-da Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri Nika Gilauri ilə görüşü olmuşdur.
Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin inkişafından məmnunluq ifadə olundu, əlaqələrimizin gələcəkdə daha da inkişaf etdirilməsi ilə bağlı firkir mübadiləsi aparıldı.