AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN KÜRDƏMİR VƏ SABİRABAD RAYONLARINA SƏFƏRİ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da səhər vertolyotla Kürdəmir rayonuna gəlmişdir. Şəhər stadionuna toplaşanlar dövlətimizin başçısını və xanımı Mehriban Əliyevanı böyük hörmətlə və hərarətli alqışlarla qarşıladılar.
Prezident İlham Əliyev əvvəlcə Kürdəmir şəhərində Heydər Əliyev parkının açılış mərasimində iştirak etdi.