Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

-Hörmətli universitet Elmi Şurasının üzvləri!

Hörmətli xanımlar və cənablar!

Əziz dostlar!

İlk növbədə, Korvinus Universitetinin bu cür yüksək dərəcəsini, fəxri doktor adını mənə verdiyinə görə, universitetin Elmi Şurasına dərin minnətdarlığımı bildirmək istəyirəm. Mən Macarıstan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi üçün öz işimi ən yüksək səviyyədə davam etdirəcəyəm. Əminəm ki, gələn illər ərzində həmin münasibətlər strateji tərəfdaşlığın yeni mərhələsinə qədəm qoyacaqdır. Bu gün Macarıstan Prezidenti tərəfindən və şəxsən mənim tərəfimdən bəyan edilmişdir ki, əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə qaldırılıbdır. İnanıram ki, bu gün mənə göstərilmiş dost münasibəti və hörmət bu siyasətin davam etdirilməsinə təkan verəcəkdir.

Bu gün mən gözəl ölkənizə dövlət səfəri edirəm. Bu, tarixi bir hadisədir, çünki Azərbaycan Respublikasının Prezidenti Macarıstana ilk dövlət səfərini edir. Qeyd olunduğu kimi, mən Prezident seçildikdən dərhal sonra münasibətlərimizi möhkəmləndirmək məqsədi ilə Budapeşt şəhərində səfirliyin açılması barədə qərar qəbul etdim. Bu, ikitərəfli münasibətlərimizə verdiyimiz əhəmiyyəti göstərirdi. Mən çox şadam, ötən müddət ərzində ölkələrimiz arasında əlaqələr gücləndi. Bu gün isə, olduqca mühüm ikitərəfli sənədlərin imzalanmasından sonra, həmin əlaqələr tərəfdaşlığımızın yeni sahələrini də əhatə edəcəkdir.

Biz Azərbaycanda gənclərin təhsilinə çox böyük diqqət veririk. Bizim yaxşı iqtisadi göstəricilərimiz və olduqca sürətli iqtisadi inkişafımız var və nailiyyətlərimizi insan kapitalına çevirməyə çalışırıq. Biz xüsusi təhsil proqramlarını həyata keçiririk. Hökumətin təhsilə ayırdığı xərclər dövlət büdcəsində ən böyük yer tutur. Təkcə son üç-dörd il ərzində Azərbaycanda 1200 məktəb tikilmişdir. Təhsil siyasəti tədricən daha da güclənir. Biz bütün məktəblərin kompyuterləşdirilməsi və internetə qoşulması proqramını yekunlaşdırırıq. Bir neçə il bundan əvvəl belə imkanlar yox idi. Əminəm ki, ölkələrimiz arasında əməkdaşlığı daha da möhkəmləndirmək üçün biz təhsil sahəsində işbirliyimizi genişləndirməliyik. Gələcək təhsildədir. Təhsil bilik, texnologiyalar deməkdir. Hər bir ölkənin gələcək uğurları məhz onun insanlarının biliyindən, bacarığından və peşəkarlığından asılı olacaqdır.

Azərbaycan zəngin enerji ehtiyatlarına malikdir. Lakin əminəm ki, gələcəyimiz insanlarımızın peşəkarlıq və bilik səviyyəsindən asılı olacaqdır. Ölkəmiz müstəqilliyin ilk illərində ortaya çıxan əsas problemləri aradan qaldırmağa nail oldu. Sosialist sistemindən bazar iqtisadiyyatı sisteminə keçid asan olmamışdır, lakin uğurla getmişdir. 1991-ci ildə müstəqilliyini qazanmış Azərbaycanda bazar iqtisadiyyatını əks etdirən heç bir element və ya meyar yox idi. Bu gün isə iqtisadiyyatımızın 80 faizdən çoxu bazar iqtisadiyyatı prinsiplərinə əsaslanır. Ötən illər böyük keçid dövrü kimi yadda qaldı. Mühüm iqtisadi və siyasi islahatlar bizə əsas çətinlikləri aradan qaldırmağa imkan verdi. Hazırda Azərbaycan sürətlə inkişaf edən ölkədir. Biz siyasi və iqtisadi islahatları, Avropa strukturlarına inteqrasiyanı davam etdiririk.

Artıq qeyd edildiyi kimi, bu gün Azərbaycanın Avratlantik strukturlarına inteqrasiya siyasəti olduqca aydındır və ardıcıl şəkildə həyata keçirilir. Uzun illər ərzində biz həmin siyasəti aparmışıq. Avropa Şurasına üzvlük, Yeni qonşuluq siyasəti çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlıq, enerji ilə bağlı məsələlər müəyyən vaxt keçdikdən sonra Azərbaycanın hansı nəticələri əldə edəcəyindən xəbər verir. Biz düzgün yoldayıq, yaxşı sürətlə irəliləyirik. Sizə deyə bilərəm ki, siyasi və iqtisadi islahatlar, liberallaşma, ölkədə gedən demokratik proseslər, Avropa İttifaqı ilə və regiondakı müttəfiq ölkələrlə güclü tərəfdaşlıq iqtisadi vəziyyəti gözəçarpan dərəcədə yaxşılaşdırmaq imkanını açdı.

Son dörd il ərzində iqtisadi artım sürətinə görə biz dünyada birinci yer tutmuşuq. Son dörd ildə, iqtisadiyyatımız 96 faiz artmışdır. Biz, demək olar ki, iqtisadiyyatı iki dəfə artırmışıq. Sənaye istehsalı da təqribən eyni sürətlə artmışdır. Yoxsulluq şəraitində yaşayan insanların sayını nəzərəçarpan dərəcədə azalda bildik. Son dörd il ərzində bu göstərici 49 faizdən 16 faizə düşmüşdür. Əminəm ki, yaxın gələcəkdə ölkəmizdə yoxsulluq tam aradan qaldırılacaqdır.

Azərbaycanda iqtisadi və siyasi islahatlar paralel şəkildə aparılır. Onlar bir-birini tamamlayır. Əminəm ki, bu, düzgün siyasətdir. Demokratik inkişaf, siyasi islahatlar, siyasi sistemin təkmilləşməsi, qanunun aliliyinin təmin edilməsi və eyni zamanda, iqtisadiyyatın liberallaşdırılması, özəl sektorun dəstəklənməsi, açıq iqtisadiyyat, xarici sərmayələrin cəlb edilməsi kimi bu və ya digər amillər özümüzə əminliyə və müstəqil olmağa, xalqımızın milli maraqlarına əsaslanan müstəqil siyasət yürütməyə imkan yaradır.

Ölkəmizin və xalqımızın qədim tarixi var. Lakin əsrlər boyu, bizim dövlətçiliyimiz olmayıb, digər ölkələrin tərkibində yaşamışıq. Yalnız Sovet İttifaqının süqutundan sonra biz müstəqil ölkəyə çevrildik. Lakin bu, kifayət deyildi. Biz əsl müstəqil siyasəti, öz milli maraqlarımıza əsaslanan siyasəti, Azərbaycan xalqına sülh və əmin-amanlıq şəraitində yaşamağa imkan verəcək siyasəti həyata keçirməyə qadir olmalı idik. Sizə deyə bilərəm ki, müstəqilliyimizdən artıq 16 il keçdikdən sonra əsas strateji məqsədlərə nail olmuşuq. Azərbaycan regionda öz mövqeyini qətiyyətlə tutur. Biz tam şəkildə öz tələbatlarını ödəyən ölkəyik. Adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə regionda lider ölkəyik. Dünyanın əsas şirkətlərini tərəfdaş və sərmayədar kimi cəlb etmək məqsədi ilə ölkəmizdə olduqca cəlbedici sərmayə mühitini yarada bilmişik.

Biz Azərbaycanın nəhəng neft və qaz yataqlarında işlənilmə işlərinə başladıq və bəziləri üçün xülya kimi görünən boru kəmərlərini çəkməyə qadir olduq, bunu reallığa çevirdik. Biz boru kəmərlərimiz vasitəsilə Xəzər dənizini Qara dənizlə, eləcə də Aralıq dənizi ilə birləşdirə bildik. Azərbaycanın böyük həcmdə nefti və qazının Avropa bazarına və beynəlxalq bazarlara çıxarılmasını təmin edən infrastruktur yaratmışıq. Bu, yalnız müstəqil siyasət aparmaq qabiliyyətimiz sayəsində mümkün olmuşdur. Bunsuz həmin layihələrin heç biri reallığa çevrilə bilməzdi. Bunlar olmasaydı, biz indi özümüzə arxayın ola bilməzdik. Regionumuzda Azərbaycan əsas regional layihələrdə iştirak edir və bir çox hallarda, onların təşəbbüskarıdır. Regional miqyaslı layihələr Mərkəzi Asiya, Xəzər dənizi, Qafqaz, Qara dəniz və Baltik dənizi regionları arasında daha fəal əməkdaşlıq etməyə imkan yaradacaqdır.

Əlbəttə ki, enerji amili olduqca mühüm rol oynayır. Hazırda, Azərbaycan gündə 1 milyon barrel nefti hasil edən ölkədir. Ölkəmiz bir əsrdən də çox müddət ərzində özümüzün və dostlarımızın tələbatlarını ödəyəcək böyük qaz yataqlarına malikdir. Biz neft və qazı nəinki hasil etməyə, onu nəql etməyə də qadir olduq.

Macarıstanla ikitərəfli məsələlər gündəliyində duran digər bir sahə enerji sahəsindəki əməkdaşlığa aiddir.

Eyni zamanda, Avropa İttifaqı və Azərbaycan strateji enerji tərəfdaşlığı çərçivəsi yaradıblar. Memorandum ilyarım bundan əvvəl imzalanmışdır. Bu, zənnimcə, mühüm praktik nəticələrini verən strateji siyasətimizin aydın göstəricisidir. Azərbaycan neft və qaz sahəsində böyük potensiala, nəqletmə marşrutlarına malik olan və Xəzərdə hasil edilən qazı artıq Avropa bazarına çatdırmış ölkədir. Bu, bir neçə ay bundan əvvəl baş vermiş tarixi hadisə oldu.

Hazırkı mərhələdə biz Avropa İttifaqı və üzv ölkələrlə, eləcə də sizin regionun ölkələri, xüsusən də Macarıstanla əməkdaşlığımızı davam etdirməliyik. Bu, tərəfdaşlığımızın möhkəmləndirilməsinə xidmət edəcəkdir. Enerji ehtiyatlarımız Azərbaycan xalqının rifahına xidmət edir və regionumuzda sülhə, əməkdaşlığa, istehsalçı ilə istehlakçı arasında maraqların tarazlığına töhfə verir. Bu tarazlıq tapılmalıdır, ona görə də biz işimizi davam etdiririk və fikrimcə, artıq yaxşı nailiyyətlər əldə etmişik. Belə olan halda, enerji bazarı və enerji məsələləri bugünkü qədər vacib olmayacaqdır.

Əgər yadınızdadırsa, üç-dörd il bundan əvvəl, enerji təhlükəsizliyi məsələsi gündəlikdə yox idi. Bu mövzu müzakirə obyekti deyildi və narahatlıq doğurmurdu. Lakin bu gün bunlar baş verir. Niyə? Çünki məhdud ehtiyatlar, bazara məhdud çıxış və bəzi hallarda potensial bazarların qeyri-ədalətli bölüşdürülməsi gərginlik yaradır. Lakin əgər enerji siyasəti, enerji amili istehlakçılarla istehsalçıların maraqlarının tarazlığına, azad bazar iqtisadiyyatına, infrastruktura azad çıxışa, əməkdaşlıq və dostluğa, eləcə də qarşılıqlı dəstəyə əsaslanırsa, onda, əminəm ki, enerji təhlükəsizliyi ilə bağlı gərginlik və bu məsələlərin müzakirəsinin təcili olması azalacaqdır. Əminəm ki, gördüyümüz işlər bu sahədə potensial gərginliyin azalmasına yönəlibdir.

Bir daha bəyan etmək istəyirəm, bizim enerji ehtiyatlarımız sülhə, əməkdaşlığa və tərəfdaşlığa xidmət edir. Bu siyasət davam edəcəkdir. Bu baxımdan, Azərbaycan özünün mühüm rolunu davam etdirəcəkdir. Əminəm ki, bu amil bizə Avropa İttifaqı ilə daha geniş münasibətlər qurmağa imkan yaradacaqdır. Azərbaycanın qoşulduğu Avropa İttifaqının Yeni qonşuluq siyasətinin həyata keçirilməsi nəticəsində biz həyatımızın meyarlarını Avropa İttifaqının meyarlarına yaxınlaşdıracağıq. Bunlar bizim planlaşdırdığımız işlərdir.

Yaxşı coğrafi mövqeyimiz var. Şərq ilə Qərbin kəsişdiyi məkanda yerləşirik. Hazırda Asiya ilə Avropa arasında Azərbaycan vasitəsilə müasir nəqliyyat infrastrukturunun yaradılmasına töhfə veririk və mühüm rol oynayırıq. Çünki coğrafi baxımdan bunu Azərbaycanın iştirakı olmadan etmək mümkün deyildir. Biz nəqliyyat sahəsində olduqca ciddi infrastruktur yaradırıq. Zəngin təbii sərvətlərimiz, güclü siyasi iradəmiz və Azərbaycan xalqının apardığımız siyasətə tam dəstəyi var. Xarici siyasətə və enerji siyasətinə, eləcə də yerli proqramlara, yoxsulluğun və işsizliyin azaldılmasına dair atdığımız addımlar Azərbaycan xalqı tərəfindən dəstəklənir. Ölkəmizdə çox sabit və proqnozlaşdırılan vəziyyət mövcuddur.

Artıq qeyd etdiyim kimi, biz əlçatmaz səviyyəyə nail ola bildik. Dörd ildə ümumi daxili məhsulun 96 faiz artımı ciddi nailiyyətdir. Hazırkı mərhələdə biz siyasətimizi davam etdirməyi, qonşuluqda və Avropa İttifaqında olan dostlarımızla yeni razılaşmalar əldə etməyi və tərəfdaşlıq təşəbbüslərinə qoşulmağı planlaşdırırıq. Bu halda biz yenə də Macarıstanın dəstəyinə arxalanırıq. Biz həmin dəstəyi hər zaman, xüsusən də Avropa İttifaqının Yeni qonşuluq siyasəti ilə bağlı hiss etmişik. Əminəm ki, gələcəkdə təşəbbüslərimiz və birgə fəaliyyətimiz davam edəcəkdir.

Bütün bunlar Azərbaycanın mühüm rol oynadığı regiondakı müsbət inkişaf prosesləridir. Lakin eyni zamanda, regionda narahatlıq doğuran məsələlər də var. Yəni nail olmağa və yerinə yetirməyə planlaşdırdığımız işlər Azərbaycanın və keçmiş SSRİ-nin bəzi digər ölkələrinin uzun illər üzləşdiyi təhlükəli meyillər nəticəsində şübhə altına düşə bilər. Bu, separatizm siyasəti, ölkəmizə qarşı Ermənistanın təcavüzü, torpaqlarımızın 20 faizinin Ermənistanın silahlı qüvvələri tərəfindən işğalıdır. Azərbaycana qarşı təcavüz hətta müstəqillikdən öncə, Sovet İttifaqı vaxtlarında başlamışdır. Həmin dövrdə, Sovet İttifaqının o vaxtkı rəhbərliyinin Dağlıq Qarabağdakı separatçılara birtərəfli dəstəyi nəticəsində, ərazilərimiz Ermənistan silahlı qüvvələrinin təcavüzünə məruz qaldı. Torpaqlarımızın işğalı etnik təmizləmə ilə nəticələndi. Bir milyon azərbaycanlı doğma yurdundan qovulmuşdur. Hazırda, həmin insanlar çətin şəraitdə yaşayırlar. Biz onlara yardım etməyə, həyat şəraitini yaxşılaşdırmağa çalışırıq. Lakin ən vacibi ondan ibarətdir ki, onlar öz doğma yurd-yuvalarına qayıtmaq hüququna malik olmalıdırlar.

Bu gün Dağlıq Qarabağ tanınmamış, qeyri-qanuni qurumdur, orada heç bir beynəlxalq nəzarət və ya monitorinq yoxdur. Siz burada, Avropada beynəlxalq nəzarətdən kənar olan heç bir belə məkan tapa bilməzsiniz. Təhlükə məhz bundadır. Bu, bütün regiona təhlükədir. Erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə, Avropa Şurası Parlament Assambleyasının və ATƏT-in oxşar qətnaməsinə baxmayaraq, münaqişə hələ də həll olunmayıbdır. Sülh danışıqlarına sadiq qalmaq məqsədi ilə biz maksimum şəkildə konstruktiv yanaşmanı nümayiş etdiririk. Lakin hamı başa düşməlidir ki, bu, daim davam edə bilməz. Atəşkəs rejimi yarandıqdan sonra, artıq 14 ildir ki, biz danışıqlar prosesindəyik. Lakin praktik nəticələr yoxdur. Bu, elə bir məsələdir ki, beynəlxalq ictimaiyyət, xüsusən də Avropa strukturları ona daha fəal mövqedən yanaşmalıdırlar.

ATƏT nizamlama mandatına malikdir, lakin bu o demək deyil ki, Avropanın qalan hissəsi buna laqeyd baxmalıdır. Bu, təhlükədir və bizə qarşı ədalətsizlikdir, öz torpaqlarına qayıda bilməyən 1 milyon vətəndaşın insan hüquqlarının pozulmasıdır. Nəinki Dağlıq Qarabağın özü, həm də onun hüdudlarından kənarda yerləşən və ermənilərin heç vaxt yaşamadığı yeddi rayon da işğal altındadır. Bu, təhlükədir. Biz məsələnin həllinə çox çalışırıq. Lakin həll variantı kiminsə arzularına deyil, beynəlxalq hüquq normalarına, ədalətə və dünyada mövcud olan çərçivəyə əsaslanmalıdır. Belə olmasa, dünyanın quruluşu bundan əziyyət çəkəcəkdir. Belə olmasa, bu ədalətsizlik digər yerlərdə də ədalətsizliyə zəmin yaradacaqdır. Bilirik ki, dünyada və Avropada separatizm təhlükəsi olan bir çox yerlər var. Əgər bu başlasa, onun sonu olmayacaq və bizi uçuruma, düşmənçiliyə və gözlənilməyən nəticələrə aparacaqdır.

Bir sözlə, bu, bütün planlarımıza və layihələrimizə olan yeganə təhlükədir. Mən bir daha demək istəyirəm ki, biz həll yolunu tapmaq məqsədi ilə əlimizdən gələni edəcəyik. Lakin eyni zamanda anlayırıq ki, beynəlxalq hüquq normalarına əsaslanan ədalətli həll yolu üçün özümüz güclü olmalıyıq. Ona görə biz siyasi və iqtisadi islahatların aparılması, ölkənin müasirləşdirilməsi, ölkədəki meyarların beynəlxalq meyarlara yaxınlaşdırılması baxımından çox çalışırıq.

Biz təhsil, informasiya texnologiyaları, yeni texnologiyalar sahəsinə, iqtisadiyyatın enerji ilə bağlı olmayan sektorlarının inkişafına böyük sərmayələr yatırırıq ki, Azərbaycanın iqtisadiyyatını daha da şaxələndirək. Bu sahədə macar dostlarımızla əməkdaşlıq üçün bir çox imkanlar var. Enerji sahəsində tərəfdaşlıq uğurla gedir. Enerji şirkətlərimiz qarşılıqlı maraq doğuran məsələlər üzrə çox fəal ünsiyyət saxlayırlar. Biz bu tərəfdaşlığı neftlə bağlı olmayan sahələrə qədər genişləndirmək arzusundayıq. Bundan əlavə, humanitar aspekt var. Təhsil sahəsində əməkdaşlıq, tələbə-müəllim mübadiləsi, mədəni əlaqələr vacibdir. Biz bir-birimizi daha yaxşı tanımalıyıq, təmaslarımızı səfərdən-səfərə yox, dövri olaraq qurmalıyıq.

Bu səfərim son 16 il ərzində Azərbaycanın dövlət başçısının Macarıstana ilk dövlət səfəridir. Mən Macarıstan Prezidentini ölkəmizə səfərə dəvət etdim və ümidvaram ki, o, dəvətimi qəbul edib Azərbaycana gələcəkdir.

Mən Universitetin Elmi Şurasının üzvlərini, həmkarlarımı da Azərbaycana səfərə dəvət edirəm. Beləliklə, siz azərbaycanlı həmkarlarınız və tələbələrlə təmaslar qura bilərsiniz. Bu yaxınlarda biz gənc tələbələrin xaricdə, dünyanın aparıcı universitetlərində təhsil alması ilə bağlı prezident proqramını qəbul etmişik. Ötən il mən xüsusi fərman imzalamışam və bu ildən etibarən, biz ilk 60 tələbəni dünyanın aparıcı universitetlərinə göndərəcəyik. İlbəil həmin tələbələrin sayını artıracaq və onların sayını 100-ə çatdıracağıq. Tələbələr digər ölkələrdə həm də dostluq münasibətləri yaradacaqlar. Hesab edirəm ki, tələbələrimizin yollanacağı ünvanlardan biri də Macarıstan və sizin universitetiniz ola bilər. Nəzərə alsaq ki, mənim artıq bu universitetlə əlaqəm yaranıb, mən tələbələri sizin təhsil ocağınızda oxumaq üçün bu imkandan istifadə etməyə dəvət edəcəyəm.

Hörmətli dostlar, vaxtınızı çox almaq istəmirəm. Sıralarınıza qoşulmaq şərəfinə görə sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Siz mənə yüksək fəxri doktor adını verdiniz. Bir daha bildirmək istəyirəm, gələcək fəaliyyətim zamanı ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdırmaq və Macarıstan ilə Azərbaycan xalqlarının maraqlarına xidmət edəcək strateji tərəfdaşlıq qurmaq üçün əlimdən gələni edəcəyəm.

Sizə bir daha çox minnətdaram.

(Dövlətimizin başçısının nitqi diqqətlə dinlənildi və alqışlarla qarşılandı).

NORBERT KİŞ: Professor İlham Əliyev, sağ olun.

Xanımlar və cənablar, mən bütün iştirakçıları bir daha salamlayır, bugünkü mərasimi bağlı elan edirəm.

Sonra universitetin rektoru, professor Tamaş Mesaroş Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim etdi.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan NATO-nun xeyriyyə tədbirində iştirak edib

Mesut Özer: SOCAR ilə əməkdaşlıqdan məmnunuq

Qazaxda yanğın hadisəsi baş verib, 3 ton ot yanıb

“Qaraca qız” tamaşası yenidən Şəki səhnəsində məktəblilərə təqdim olunacaq

Cəlilabadda yaşayış evi yanaraq yararsız vəziyyətə düşüb

Türkiyəli deputat: Ölkələrimizin COP31-də də birgə iştirakı qardaşlığımızın növbəti təzahürüdür

Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan komandası Vətənə qayıdıb

COP30-dan COP31-ə velosipedlə gələn beynəlxalq qrup iqlim bayrağını Antalyaya çatdırıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

İran: AEBA ABŞ-nin və Avropanın bəzi ölkələrinin təsiri altındadır

ADSEA sədri Naxçıvanda bir sıra inzibati binalara baxış keçirib

AK Parti rəsmisi: Azərbaycan–Türkiyə qardaşlığının gələcək nəsillərə ötürülməsi ən mühüm vəzifələrimizdəndir

“Starship” təkrar istifadə edilən raket sınağından uğurla keçib və orbitdən eniş meydançasına qayıdıb

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

Ege Universitetinin rektoru: Azərbaycan universitetləri ilə daha sıx əməkdaşlıq etməyə hazırıq VİDEO

İordaniya məhkəməsi kilsədə terror aktı törədən üç nəfəri edam cəzasına məhkum edib

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi – ŞƏRH

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO

Rəsmi Tehran Körfəz ölkələrini ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarına logistik dəstək verməkdə ittiham edib

“The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir

Bu saata olan əsas xəbərlər

Balakəndə əlilliyi olan şəxslərin əl işlərinin satış-sərgisi olub

Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır

Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

ÜST Avropanı əqli sağlamlığı iqlim fəaliyyətinin bir hissəsinə çevirməyə çağırıb

FHN təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı maarifləndirmə tədbirləri keçirib

Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa

Şəkidə gənclər arasında intellektual yarış keçirilib

APEC-in zirvə toplantısında 12 lider iştirak edəcək

Birjalarda qızıl bahalaşıb, gümüş ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

İsmayıllı “DOST Evi”nin 3 illik fəaliyyəti: 150 vətəndaşa xidmət, 80-dən çox layihə

SEPAH Hörmüz boğazında iki neft tankerinin minaya düşdüyünü açıqlayıb

İranda dəhşətli avtobus qəzası: 11 ölü, 19 yaralı

Ərəb Koalisiyası Ər-Riyada atılan iki ballistik raketi zərərsizləşdirib

Peskov Avropa nümayəndə heyətinin Moskva ilə təmas qurmadığını bildirib

Fransa Prezidenti Avropanın gələcək təhlükəsizlik sistemində Ukrayna və NATO-nun rolunu vurğulayıb

CENTCOM Hörmüz boğazından neft daşınması ilə bağlı hesabat yayıb

Vaşinqton Avropadan 25 min deyil, cəmi 5 min əsgər çıxarmağı planlaşdırır

Rusiya Böyük Teatrı 250 illik yubileyinə özəl səhnə əsərləri hazırlayıb

“SpaceX” tarixi uğura imza atdı: "Starship" gəmisi ilk dəfə "Mechazilla" platforması ilə tutuldu

ABŞ Prezidentinin nümayəndəsi: NATO Avropa təhlükəsizliyinin əsas dayağı olaraq qalacaq

İtaliyada məxfilik pozuntusuna görə "Meta" şirkətinə rekord cərimə tətbiq olunub

UEFA Millətlər Liqası: V turun oyunları çərçivəsində 8 qarşılaşma baş tutub

Kuşner Ukrayna üzrə son danışıqlarda yeni həll yollarının ortaya çıxdığını açıqlayıb

Norveçdə quş qripinin yayılması ilə əlaqədar 13 min quş məhv ediləcək

Azərbaycan gimnastlarından Çində uğurlu nəticə: bürünc medal və iki final vəsiqəsi

Leyla Əliyeva COP31 çərçivəsində bir sıra görüşlər keçirib

COP31-də Türk dünyası qadınlarının iqlim təşəbbüslərinə dair fikir mübadiləsi aparılıb

ABŞ-də uçuşların dayandırılmasına səbəb olan nasazlığın kiberhücum olmadığı açıqlanıb

Azərbaycanın siyasi tarixinə həkk olunan Dublin Sammiti - ŞƏRH

Alimlər vikinqlərin genetik mənşəyi ilə bağlı gözlənilməz faktı üzə çıxarıblar

Amerikada yaşayan azərbaycanlı vəkillər Konstitusiya Gününü qeyd ediblər

Akademik Milli Dram Teatrı ilə Gəncə Dövlət Milli Dram Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb

Antalyada Türkiyənin İqlim Məktəbi açılıb

COP31 çərçivəsində innovativ texnologiyaların iqlim dayanıqlılığında rolu müzakirə olunub

Tələblərimiz yerinə yetirilməyib : “Sarı jiletlilər” yeni aksiyaya hazırlaşır

Fransada etirazlar: Parisdə aksiya insidentsiz başa çatıb

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər