RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ilə görüşü
İstanbul, 26 iyun (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, Türkiyədə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev iyunun 26-da Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ilə görüşmüşdür.
Baş nazir Rəcəb Tayyib Ərdoğan Dolmabaxça sarayının önündə Prezident İlham Əliyevi qarşıladı.
Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etməsindən məmnunluq ifadə olundu.
Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin Avropanın enerji təhlükəsizliyinə, o cümlədən ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinin vurğulandığı görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.