RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ ERMƏNİSTAN PREZİDENTİ SERJ SARKİSYANIN GÖRÜŞÜ OLMUŞDUR
Soçi, 25 yanvar (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 25-də Soçinin “Adler” Beynəlxalq hava limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın görüşü olmuşdur.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın, ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bratkenin (ABŞ), Bernar Fasyenin (Fransa), Yuri Merzlyakovun (Rusiya), habelə təşkilatın fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşikin iştirak etdikləri görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.
######