Azərbaycan Prezidenti İlham Əliyevin və İsrail Prezidenti Şimon Peresin görüşü
Davos, 25 yanvar (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, yanvarın 25-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti Şimon Peresin görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparıldı, iqtisadi, elmi tədqiqatlar və digər sahələrdə əməkdaşlığın perspektivləri mzakirə edildi.