RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ RUMINİYA PREZİDENTİ TRAYAN BESESKUNUN GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 4-də Buxarestdə, Rumıniya dövlət başçısının sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rumıniya Respublikasının Prezidenti Trayan Beseskunun görüşü olmuşdur.
Rumıniya rəhbəri Azərbaycan Prezidentini sarayın önündə hörmətlə qarşıladı.
Dövlət başçılarının görüşündə müxtəlif sahələrdə ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi bildirildi. Trayan Besesku Prezident İlham Əliyevin Dialoq və Tərəfdaşlıq Naminə Qara dəniz Forumunda iştirak etmək üçün Buxarestə gəlməsini yüksək qiymətləndirdi.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə də toxunuldu. Prezident İlham Əliyev bildirdi ki, bu məsələdə Azərbaycanın mövqeyi dəyişməzdir və biz münaqişənin yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdarıq.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə olundu.