AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN VƏ UKRAYNA PREZİDENTİ VİKTOR YUŞŞENKONUN TƏKBƏTƏK GÖRÜŞÜ
AZƏRTAC xəbər verir ki, iyunun 30-da Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizə işgüzar səfərə gəlmiş Ukrayna Prezidenti Viktor Yuşşenkonun təkbətək görüşü olmuşdur.
Görüşdə siyasi, iqtisadi və humanitar sahələrdə hazırda uğurla inkişaf edən ikitərəfli əlaqələrin genişləndirilməsi üçün yüksək səviyyədə görüşlər keçirməyin səmərəli olması qeyd edildi. Dövlət başçıları Azərbaycan ilə Ukraynanın beynəlxalq təşkilatlarda bir-birinin mövqelərini dəstəklədiklərini vurğuladılar. Tərəflər əmin olduqlarını bildirdilər ki, budəfəki səfər Azərbaycan-Ukrayna əlaqələrinin dərinləşməsi işinə öz töhfəsini verəcəkdir.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıldı.
######
![]() |
![]() |

