Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN YEKUN NİTQİ

- Biz aran zonasında gedən işlər haqqında məlumatları dinlədik. Bütövlükdə, hər yerdə olduğu kimi, burada da inkişaf var və eyni zamanda da oxşar problemlər var. Sevindirici hal odur ki, demək olar, indi rayonların tam əksəriyyətində işıq problemi aradan qaldırılıbdır. Bu, bizi narahat edən ən əsas problemlərdən biri idi. Əvvəlki illərdə həmişə əhali, sahibkar tərəfindən ən çox şikayətlər bu barədə idi. İndi demək olar ki, yaz, yay, payız aylarında problem yoxdur. Fasilələr aradan qaldırılıbdır. İndi əsas məqsəd budur ki, qışda da bu problem yaranmasın. Bu problemin tam aradan qaldırılması üçün müəyyən bir zaman lazımdır. Əminəm ki, bu problem gələn ilin sonuna qədər tamamilə aradan qaldırılacaqdır. Çünki gələn ilin sonuna qədər Azərbaycana 52 kiçikhəcmli elektrik stansiyası gətiriləcək və ölkənin müxtəlif yerlərində quraşdırılacaqdır. Bu, bizə haradasa 400-450 meqavat əlavə güc deməkdir. Demək olar ki, elektrik enerjisinə olan tələbat tam şəkildə ödəniləcəkdir.

Nəzərə alsaq ki, Sumqayıt buxar-qaz qurğusunun tikintisinə başlamışıq, “Şimal-2” elektrik stansiyası tikilməlidir - bunlar birlikdə yerdə 1000 meqavat güc təmin etməlidir. Əli Bayramlı elektrik stansiyasının yenidən qurulması layihəsinin müzakirəsinə başlanıbdır. Mən hökumətə və “Azərenerji”yə göstəriş verdim ki, layihə hazırlasınlar. Bəlkə də biz heç xaricdən kredit axtarmayaq, indi bizim öz imkanlarımız var. Özümüz pul qoyaq və bu stansiyanı yenidən quraq. Çünki burada şərti yanacaq sərfi çox yüksəkdir. Adətən, müasir elektrik stansiyalarında hər bir kilovat-saata 200, 300, maksimum 400 qram mazut sərf edilir. Amma Əli Bayramlıda 700 qram, 800 qram. Bu, əlbəttə, əlavə xərclərə səbəb olur, əlavə mazut, qaz yandırılır. Bir sözlə, elektrik enerjisi sahəsindəki problemlər aradan qaldırılmaqdadır və tədricən biz buna nail olacağıq.

Qaz təchizatı sahəsində də işlər yaxşı gedir. Bir neçə il bundan əvvəl, uzun fasilədən sonra Azərbaycanın bir çox rayonlarına təbii qazın verilməsi bərpa edildi. Verilən qazın həcmi ildən-ilə artırılır. Amma tam şəkildə bizi təmin etmir. Azərbaycanda 4 milyard kubmetr, bəlkə də bir az çox təbii qaz hasil edilir və xaricdən 4,5 milyard kubmetr təbii qaz alınır. Biz daha da çox ala bilərik. Rusiya ilə bu məsələyə dair bağlanmış müqaviləyə əsasən, bu il Azərbaycana 5,5 milyard kubmetr qaz gəlməli idi. Ancaq orada qazın verilməsi ilə problemlər yarandı və bizə 4,5 milyard kubmetrdən çox qaz verə bilmirlər. Bəzi yerlərdə qazın çatışmamasının səbəbi məhz bundadır. Yəni kifayət qədər yerli qaz hasil edilmir. İmkanımız yoxdur ki, xaricdən lazımi səviyyədə alaq. Amma bu məsələ də aradan qaldırılacaqdır. Artıq “Çıraq” yatağından və “Azəri” yatağından çıxan səmt qazı bizim sistemə daxil edilibdir. Orada hasilat ildən-ilə artacaqdır. 2006-cı ildən başlayaraq, “Şahdəniz” qaz-kondensat yatağı işə düşəcək və Azərbaycanda bu problem də aradan qaldırılacaqdır.

Bir sözlə, son 2-3 ilə qədər əhalini narahat edən ən mühüm problemlər, demək olar ki, artıq aradan qaldırılıbdır. Əsas problem, - siz də burada deyirsiniz, başqa rayonlarda da bunu eşdirəm, Bakıda da bu problem çox kəskin şəkildə durur, - su təchizatı və kanalizasiya sistemidir. İndi biz əsas səylərimizi buna yönəldirik. Beynəlxalq maliyyə qurumları ilə müvafiq müzakirələr aparılır, müqavilələr bağlanıbdır. Bəzi hallarda kreditlərin ayrılması da nəzərdə tutulub, bəzi hallarda isə biz öz pulumuzla etməliyik.

Yəqin eşitmisiniz, bir müddət bundan əvvəl Bakını və Abşeron yarımadasını bulaq suyu ilə təmin etmək üçün qərarlar qəbul edildi. Qəbələ-Oğuz zonasında yerləşən böyük su mənbəyində kəşfiyyat işləri aparılmışdır, quyular qazılmışdır. O quyular sübut etdi ki, çox yüksək debitli su mənbəyi var, özü də bulaq suyu. İndi biz su kəmərinin tikilməsi ilə məşğuluq. Mən qarşıya vəzifə qoydum ki, 2 il 6 ay ərzində bu su kəməri tikiIsin. Bu tikiləndən sonra Bakıda, Abşeron yarımadasında su problemi tamamilə aradan qaldırılacaqdır. Uzun müddət ərzində, onillilklər ərzində bu problemlər olmayacaqdır.

Ancaq eyni zamanda, hər bir rayonun su və kanalizasiya problemi bizi narahat etməlidir. Müvafiq göstərişlər veriləcəkdir. İndi bilirsiniz ki, bu sahədə qayda-qanun yaradıldı. Əvvəllər bu sahədə idarəetmə çox pərakəndə şəkildə idi. Çünki Abşeron regional su idarəsi var idi və o, Bakının Abşeron yarımadasının su təminatı ilə məşğul idi. Rayonların su ilə təmin olunması başqa strukturlarda idi. Kanalizasiya sistemi, tutaq ki, Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində idi. Mən bunların hamısını birləşdirdim. “Azərsu” Səhmdar Cəmiyyəti yarandı və bütün su, kanalizasiya problemləri artıq orada həll olunur. Orada böyük işlər gedir, təhlillər aparılıbdır, layihələr müəyyən edilibdir. Bu müşavirədən sonra da əlavə göstərişlər veriləcək ki, rayonlarda bu məsələ tezliklə öz həllini tapsın.

İş yerlərinin açılması prosesi sürətlə gedir. Bu, Azərbaycanda artıq, - kampaniya demək istəmirəm, çünki “kampaniya” sözü bəzi hallarda mənfi mənalarda da ifadə olunur, - sözün yaxşı mənasında bir hərəkata çevrilibdir. Hər bir rayonda, hər bir bölgədə iş yerlərinin yaranması prosesi sürətlə gedir. Mənə məruzələr ediləndə də mütləq bildirilir ki, nə qədər iş yeri açılıbdır. Çünki bilirlər və siz də bilirsiniz ki, bu, mənim üçün çox vacibdir. Ona görə yox ki, mən demişəm, 600 min iş yeri açılmalıdır və açılacaqdır. Ona görə ki, iş yerlərinin açılması sadəcə, bir statistik rəqəm deyildir. Hər bir iş yerinin açılması insanların həyat səviyyəsinin yaxşılaşmasına gətirir. İş yerinin açılması, eyni zamanda, müəssisələrin, fabriklərin, yeni infrastrukturun, yeni imkanların yaradılması deməkdir.

Əlbəttə, 300 min iş yerinin tam əksəriyyəti özəl sektorda yaranıbdır. Bilirik ki, özəl sektorda maaşlar dövlət sektorunda olan maaşlardan xeyli yüksəkdir. Deməli, yeni iş yerləri eyni zamanda yüksək şərait yaradır. İşləyən yüksək əmək haqqı alır və beləliklə, həm ailə yaxşı dolanır, həm də ölkə zənginləşir.

Bu bölgədə, Saatlıda, Sabirabadda qaçqın-köçkün problemi də mövcuddur. Bilirsiniz ki, biz bu problemin aradan qaldırılması üçün müvəqqəti şəkildə böyük işlər görürük. Mən iki il bundan əvvəl bəyan etmişdim ki, 2003-cü ildən 2008-ci ilə qədər, yəni bu prezidentlik dövrü ərzində Azərbaycanda bir dənə də çadır şəhərciyi qalmamalıdır. Bu istiqamətdə işlər görülür. Bilirsiniz ki, Biləsuvar rayonunda çadır şəhərciyi tamamilə ləğv olunubdur. Deyəsən, 2003-cü ilin oktyabr ayında orada yeni şəhərciyin açılışını qeyd etdik. İndi Bərdə rayonunda məskunlaşmış soydaşlarımızın həyat səviyyəsini yaxşılaşdırırıq. Orada da bütün çadır şəhərcikləri ləğv olunmalıdır. Ağdam rayonu ərazisində müasir evlər, məktəblər, xəstəxanalar, yollar, infrastruktur yaradılır. Bu, böyük bir layihədir. Minlərlə ailə oraya köçəcəkdir. Sonuncu mərhələ Saatlı, Sabirabad rayonları ərazisində yerləşən çadır şəhərciklərinin ləğvidir. Buna da biz nail olacağıq. Bizim soydaşlarımız müvəqqəti olaraq normal şəraitlə təmin ediləcəklər.

Bu bölgədə kənd təsərrüfatı ənənəvi xarakter daşıyır. Əhalinin tam əksəriyyəti kənd təsərrüfatı ilə məşğuldur. Bu gün mən çıxışımda qeyd etdim ki, “Aqrolizinq”in yaradılması burada bu sahənin inkişafına güclü təkan verəcəkdir. Artıq işlərə başlanıb, texnika alınıbdır. Bu il 100 milyard manat, gələn il 150 milyard manat dəyərində texnika alınacaqdır. Gələn il lazım olarsa, biz bu məbləği artırarıq ki, qısa müddət ərzində texnikaya, özü də müasir texnikaya olan tələbat ödənilsin.

Siz yaxşı bilirsiniz, indi bizdə olan texnika sovet dövründən qalan kombayn, traktorlardır. Onların böyük əksəriyyəti yararsız vəziyyətdədir. Kombaynlar bir gün işləyir, bir gün işləmir. Onu işlədənlər də təmirə çox böyük pul xərcləyirlər. Belə olan halda, böyük çətinliklər yaranır. Bir rayonda iş qurtarır, kombaynı 100-200 kilometr yol keçib, başqa yerə aparırlar.

Biz hər bir bölgədə “Aqrolizinq”in məntəqələrini yaradacağıq ki, fermerlər oradan texnikanı icarəyə alsınlar, müasir texnikadan istifadə etsinlər və öz işlərini görsünlər. Mən eyni zamanda gübrələrin alınması barədə də göstəriş verdim ki, bu məsələ də öz həllini tapsın. Əminəm ki, bu il görülən, gələn il görüləcək işlər 2-3 ildən sonra öz nəticəsini göstərəcəkdir.

Burada ərizələrlə bağlı məsələyə də toxunuldu. Buna da diqqət göstərməliyik. Mən həmişə bunu deyirəm. Siz, rayon rəhbərləri də buna çox diqqət göstərin. Əgər problem olmasa, heç kim ərizə ilə saatlarla Prezidenti gözləməz. Yaxud da başqa şəhərdən, başqa yerdən Prezidentin dalınca gəlməz. Deməli, insanı nə isə narahat edir, haradasa ədalətsizlik var, haradasa köməyə ehtiyac var. Amma bununla yanaşı, çalışıram ki, mənə verilən bütün ərizələrlə tanış olum. Tapşırıram ki, reaksiya verilsin, operativ qaydada həll olunsun.

Təhlil onu göstərir ki, - Fəxrəddin Məlikov bunu qeyd etdi, - artıq şikayətlər kəskin şəkildə azalıbdır. Ərizələrdə əks olunan əsas məsələlər maddi köməklə bağlıdır, hansısa bir xəstənin müalicəsi, tələbənin oxuması, məişət problemlərinin həlli ilə bağlıdır. Bir də həbsdə olan insanların azad olunması, əfv edilməsi ilə bağlıdır. Bu, çox müsbət bir haldır ki, bu ərizələrdə şikayət xarakterli məqamlar kəskin şəkildə azalıbdır. Bu onu göstərir ki, insanlara yerlərdə də diqqət artır, məsələlər də həll olunur və işlər normal şəkildə gedir. Amma bununla yanaşı, imkan daxilində çalışmalıyıq ki, hər bir müraciətə, ərizəyə reaksiya verək və insanların qayğılarını, onları narahat edən məsələləri həll edək.

Bu gün həm Kürdəmirdə, həm də Sabirabadda yeni olimpiya komplekslərinin təməli qoyuldu. Bu da rayonların inkişafı üçün, infrastrukturun yaranması üçün, insanların istirahəti, sağlamlığı üçün çox vacibdir. Mən çox şadam ki, biz buna nail olduq. Gələn ildə yeni idman komplekslərinin tikintisi nəzərdə tutulur. Bilirsiniz ki, biz buna 2000-ci ildə başlamışıq. Bu təşəbbüslə Milli Olimpiya Komitəsi çıxış etdi. Baxmayaraq ki, bu, Milli Olimpiya Komitəsinin bilavasitə işi deyildir. Dünyada mövcud olan olimpiya komitələri adətən, Olimpiya hərəkatının, Olimpiya ideallarının təbliği ilə məşğul olurlar. Amma bizdə belə deyildir. Mən Olimpiya Komitəsinin prezidenti vəzifəsinə seçiləndən dərhal sonra biz bu işlərə başladıq. Görün, nə qədər böyük işlər görmüşük. İndi təsəvvür edin, 10-12 rayon və şəhərdə müasir olimpiya kompleksləri tikilib, onların gözəl şəraiti, qapalı, açıq idman meydançaları, üzgüçülük hovuzları var, kotteclər tikilmişdir. Bu, inkişaf deməkdir. Bu, o deməkdir ki, ölkəmiz inkişaf edir. Hansı başqa ölkədə bu məsələyə belə yüksək diqqət göstərilir? Heç bir ölkədə!

Biz bunu bundan sonra da edəcəyik. Bununla yanaşı, digər sosial infrastrukturun yaradılması məsələləri də çox böyük diqqət tələb edir. Məktəb tikintisi. Bu ənənə artıq başlanıb, yüzlərlə məktəb tikilib və siz də çalışın, öz tərəfinizdən bu məsələyə, bu işlərə dəstək verin. Ondan sonra xəstəxanaların tikintisi nəzərdə tutulubdur. Mən artıq göstəriş vermişəm. Hər bir bölgədə müasir diaqnostika mərkəzi və xəstəxana tikilməlidir. Müxtəlıif şöbələr olmalıdır, reanimasiya şöbəsi olmalıdır, müasir avadanlıq olmalıdır. Bunlar bizdə yoxdur.

Yadımdadır, Lənkəranda bədbəxt hadisə baş verəndə, bina çökəndə oraya getdim. Mərkəzi xəstəxanaya gəldim. Deyirəm ki, bəs, ən ağır xəstələr haradadır? Deyirlər ki, onlar reanimasiyadadır. Dedim, gedək reanimasiyaya. Getdik. Nədir reanimasiya? İkinci mərtəbədə adi palata, “dırnaqarası” reanimasiya da üçüncü mərtəbədə. Adi palatadır, adi otaqdır, taxta çarpayıdır. Heç nə yoxdur. Nə təzyiqölçən cihaz, nə monitor, nə elektrokardioqraf var, heç nə yoxdur. Reanimasiyanın adı var. Burada insan necə müalicə olunsun?

Ona görə mən bu dəfə Lənkəranda olanda, orada yeni, müasir xəstəxananın təməlini qoydum. Bu, bütün bölgələrdə olmalıdır. İnsanlar xəstələnəndə Bakıya, yaxud, başqa böyük şəhərə getməməlidir. İlk mərhələdə elə etməliyik ki, hər 100-150 kilometr məsafədə bir müasir tibb məntəqəsi olsun. Düzdür, indi özəl tibb məntəqələri də yaradılır. Biz bu gün Sabirabadda da bunun açılışında iştirak etdik. Çox müsbət haldır. Başqa yerlərdə də var. Xaçmazda da görmüşəm, başqa rayonlarda da var. Amma biri var özəl klinika, biri də var dövlət klinikası. Biz gərək dövlət tərəfindən bu işləri görək. Əminəm ki, mənim bu təşəbbüsümə özəl sektor da qoşulacaqdır. Çünki mənim bütün təşəbbüslərim Azərbaycan xalqının rifah halının yaxşılaşmasına yönəlibdir.

İdman - sağlamlıq deməkdir, məktəb- savad, bilik deməkdir, gələcək deməkdir, gənc nəslin yetişməsi deməkdir. Xəstəxana isə sağlamlıq deməkdir, şəfa deməkdir. Yəni bütün bu təşəbbüslər Azərbaycan xalqının rifah halına xidmət edir. Ona görə mən şübhə etmirəm ki, bu təşəbbüslərə qoşulanların sayı da çox olacaqdır. Əminəm ki, biz müasir tələblərə uyğun sosial infrastrukturun yaradılmasına nail olacağıq.

Eyni zamanda indi bizim şəhər və rayonlarımızın görkəmi də dəyişməlidir. Bilirsiniz, keçmiş illərdə işlər görülübdür. Çoxlu binalar, zavodlar, fabriklər tikilibdir. Ancaq o vaxt müəyyən çərçivələr var idi. Moskvada, yaxud da başqa mərkəzdə hazırlanmış müəyyən layihələr var idi. Standart layihələr idi, nə memarlığı, nə də bir yaraşığı vardı.

Biz isə yeni tikilən binalara o nöqteyi-nəzərdən yanaşmalıyıq ki, bunların xarici görkəmi də gözəl olsun. Ona görə siz də abadlıq işlərinə fikir verin. Mən görürəm ki, rayonlarda çox iş görülür, binalar tikilir, yeni xiyabanlar salınır. Bu, çox müsbət haldır. Mən bunu dəstəkləyirəm, lazımi vəsaiti ayırıram və ayıracağam da. Amma bəzi hallarda görürəm ki, binalar bir az zövqsüz tikilir. Yaxud da elə rənglənir ki, adam baxanda məəttəl qalır: kimin ağlına gəlib ki, onu bu rənglə rəngləsin. Bunu eləyəndə gərək ictimai rəyi biz nəzərə alaq. Eyni zamanda, bu məsələlərlə məşğul olan xüsusi qurumlar var, dizaynerlər var, yüksək zövqlü mütəxəssislər var. Onlarla da məsləhətləşmək lazımdır. Çünki rəng qamması elə mürəkkəb bir məsələdir ki, bir balaca burada uyarlılıq nəzərə alınmayanda lap memarlıq baxımından ən gözəl bina olsun, onu belə rəngləsən heç bir görkəmi olmayacaqdır. Əksinə, çox eybəcər görünəcəkdir. Ona görə buna fikir verin. Hər şey səliqəli olmalıdır.

Mən rayonlarda tez-tez oluram. Maşınla da, qatarla da, vertolyotla da gedirəm, hər tərəfdən - həm yerdən, həm də göydən görürəm. Çalışın ki, rayon ərazisində səliqəsiz daxmaları, paslanmış budkaları, köhnəlmiş, heç kimə lazım olmayan dəmir-dümürləri yığışdırın. Bunu etmək üçün böyük vəsait lazım deyildir. Sadəcə olaraq, təmizlik işləri aparın, bir səliqə yaradın ki, adam gələndə, vətəndaş baxanda onun gözünü oxşasın. Axı, biz bu qədər iş görürük. Büdcəmiz, maaşlar bir neçə dəfə artıbdır. İndi gələn ilin büdcəsinə baxacağıq. Onu da artıracağam və sizin rayonlara da vəsait ayıracağam.

Əlbəttə ki, kommunikasiya işləri, elektrik stansiyaları, qaz xətləri, su xətləri – bunlar çox lazımdır, çox pul aparır. Ancaq bunlar kənardan görünən işlər deyildir. Amma kənardan görülən işlər də var. Ona bəlkə o qədər pul ayırmaq heç lazım da deyildir. Sadəcə, təmizlik aparmaq, süpürmək, yararsız vəziyyətdə olan daxmaları sökmək, dəmir-dümürləri yığışdırmaq lazımdır. Buna böyük vəsait lazım deyildir. Bu işlərə sadəcə, bir az düzgün yanaşma lazımdır. Ona görə mən bunu sizə də, məni bu gün eşidən bütün başqa rayon icra hakimiyyətlərinin başçılarına, məsul şəxslərə də deyirəm. Bu, təkcə rayon icra hakimiyyəti başçılarının vəzifəsi deyil, həm də rayon ərazisində yerləşən müəssisələrin işidir.

Bir də ki, bilmirəm, bu haradan yaranıb - bizdə bəzi hallarda çox mənfi bir hal var. Böyük bir bina, yaxud da ev tikirlər. Tiksinlər, heç kim etiraz etmir. Amma onun yanında zibilxana, hansısa xoşagəlməz mənzərə olur. Axı, orada yaşayanın, imarəti tikənin yəqin imkanı var ki, tikir. Qoy daha da artıq olsun. Biz elə onu istəyirik. İstəyirik ki, sahibkarlar sinfi güclənsin, Azərbaycan xalqı zənginləşsin, insanlarımızın pulu çoxalsın. Özləri üçün də, xalq üçün də çox ev tiksinlər. Ancaq bunu tikəndə heç olmasa, öz yan-yörəsinə də fikir versin. Heç olmasa baxsın ki, onun ətrafında zibilxana, yaxud da başqa çirkin mənzərə var. Axı, bu, bütün görüntünü pozur. Ona görə də deyirəm, bu təkcə sizin işiniz deyil, bütün müəssisə və təşkilatların işidir. Özəl sektor da buna fikir verməlidir.

İnkişaf etmiş ölkələrdə çox ciddi qaydalar var. Müəyyən yerlərdə müəyyən mərtəbədən çox bina tikilə bilməz. Yaxud da fasad hissəsində hansısa başqa bir rəng ola bilməz. Yaxud da ki, başqa bir memarlıq əlaməti ola bilməz. Bu, bizdə yoxdur. Bu da təbiidir. Çünki bu qaydanı yaratmaq üçün vaxt lazımdır. Amma mən əminəm ki, biz bunu yaradacağıq. Ancaq indi biz gərək çalışaq ki, tikilən hər bir yeni bina, obyekt, müəssisə estetik cəhətdən də gözəl olsun. Əlbəttə, biz gərək narahatlıq doğuran məsələləri aradan qaldıraq.

Kənd yollarının tikintisi çox vacibdir. Mən bunu bilirəm. Bu məqsədlər üçün başqa rayonlara vəsait ayırmışam. Bakıya gedən kimi göstəriş verəcəyəm ki, sizin rayonlara da vəsait ayrılsın. Bütövlükdə, mən soruşdum ki, indi bütün kənd yollarının tikintisi üçün nə qədər vəsait lazımdır? Dedilər, 500 milyon manat. Mən sizə deyirəm, Bakıya gedən kimi göstəriş verəcəyəm ki, hər rayona 1 milyard 500 milyon manat vəsait ayrılsın. Ondan siz səmərəli istifadə edin, kənd yollarının hamısına əl gəzdirin. Harada ki, təmir lazımdır, təmir edin, harada ki, yol yoxdur, yol çəkdirin. Qalan hissəni də şəhərin, rayonun abadlıq işlərinə sərf edin. Büdcədə nə qədər vəsair nəzərdə tutulubsa, bu, ondan əlavə olacaqdır. Bu barədə göstəriş veriləcəkdir. Amma buna nəzarət edəcəyəm. Sonra gərək siz şifahi, sənədlərlə, şəkillərlə hesabat verəsiniz. Mən Yusif Hümbətova tapşırıram. Nəzarət edin və sizə də məruzə etsinlər ki, harada nə edirlər, necə edirlər. Təki, insanlar bundan razı olsunlar.

Biz əsas məsələləri müzakirə etdik. Qarşıdan gələn seçkilər barədə mən bu gün çıxışlarımda öz münasibətimi bildirdim. Bu, artıq sizə də bəllidir. Mənim çıxışlarımda, imzaladığım Sərəncamda bütün bu məsələlər öz əksini tapıbdır. Biz şəffaf, ədalətli seçkilərin tərəfdarıyıq. Əminəm ki, bu, belə də olacaqdır. Kampaniya çox uğurla gedir. Bu günə qədər heç bir qanun pozuntusu qeydə alınmayıbdır. Xırda anlaşılmazlıqlar var, onlar da təbiidir. Biz onları da aradan qaldırırıq. Haradan siqnal gəlirsə ki, qanun pozuntusu var, buna dərhal reaksiya verilir.

Bilirsiniz ki, bütün namizədlərə eyni şərait yaradılıbdır. Qeydiyyatda heç bir problem olmadı, kampaniyada heç bir problem yoxdur. İctimai televiziyada, dövlət televiziyasında hamıya eyni hüquqlar verilibdir. Siyasi əqidəsindən asılı olmayaraq, bütün namizədlərə eyni şərait yaradılıbdır. Bu, normal prosesdir. Şübhə etmirəm ki, seçkilərə qədər qalan dövr də normal keçəcəkdir. Azərbaycanda demokratik proses təmin ediləcəkdir.

O ki qaldı bəzi qüvvələrin vəziyyəti gərginləşdirmək istəyinə, biz buna da adekvat cavab veririk. Azərbaycanda qayda-qanun var. Azərbaycan hüquqi dövlət qurur. Biz heç vaxt özbaşınalığa, anarxiyaya yol verə bilmərik. Kiminsə nazı ilə də oynayan deyilik. Hamı üçün qayda-qanun var. Hamı qanuna tabe olmalıdır. Kim qanuna tabe olmursa, kim qanunu pozursa, kim qeyri-qanuni hərəkət edirsə, o, qanun qarşısında cavab verməlidir və verəcəkdir. Azərbaycan dövlətinin gücü kifayət qədərdir. Hesab edirəm ki, Azərbaycanda sabitliyi pozmaq istəyən qüvvələr də artıq buna yaxşı bələddir. Yaxşı bilirlər ki, Azərbaycan dövləti istənilən qanunsuz hərəkətin qarşısını qətiyyətlə, cəsarətlə və qanun çərçivəsində alacaqdır.

Sizə də deyirəm ki, seçki prosesinə qarışmayın, müdaxilə etməyin. Bilirəm ki, yaxşı bir iş görmək naminə bəzi hallarda istəyirlər, müəyyən namizədlərə kömək eləsinlər. Lazım deyil, onda bu, “ayı xidmət”i olacaqdır. Bu lazım deyil. Seçkilər normal gedir. Prezident kimi və Yeni Azərbaycan Partiyasının sədri kimi mən tam əminəm ki, Azərbaycan dövlətinin rəhbərliyinin siyasi xətti bu seçkilərdə dəstəklənəcəkdir. Buna heç bir şübhə yoxdur. Bu vaxta qədər keçirilən və bundan sonra keçiriləcək rəy sorğuları da bunu təsdiqləyir və təsdiqləyəcəkdir. Həm mötəbər beynəlxalq təşkilatlar, həm də yerli təşkilatlar tərəfindən rəy sorğuları kifayət qədər siqnal verir ki, seçkilərin nəticələri nə olacaqdır.

Ona görə hamıya eyni şərait yaradılmalıdır. Rayonlarda mitinqlərin keçirilməsi üçün hamıya eyni yerlər – klublar, yaxud başqa yerlər ayrılmalıdır. Əlbəttə, baxmalısınız ki, tədbirlər insanların gündəlik həyatına müdaxilə etməsin, heç kimə narahatçılıq yaratmasın, normal həyat tərzi davam etsin.

O ki qaldı bəzi populist çıxışlara, onlara da fikir vermək lazım deyildir. Bəzi adamlar var ki, beş ildə bir dəfə xalq qarşısına çıxır və hansısa vədləri verir, kimisə təhqir etməyə çalışırlar. Bunlara fikir vermək lazım deyildir. Mən demişəm, bir də deyirəm, - Azərbaycanda boşboğazlıq dövrü çoxdan bitdi. Sadəcə olaraq, bəzi insanlar hələ 1980-ci illərin sonları - 1990-cı illərin əvvəlində baş vermiş hadisələrlə, o əhval-ruhiyyə ilə yaşayırlar. O bitdi, qurtardı, heç vaxt da təkrarlanmayacaqdır. O tarixdir və acı tarixdir. O tarixin kitabı bağlandı və arxivə göndərildi.

Azərbaycan yeniləşir, müasirləşir. Azərbaycan dünya birliyinə inteqrasiya edir. Biz öz işimizi xalqın iradəsi ilə aparırıq. Bütün sahələrdə - siyasi müstəvidə, demokratikləşmə prosesində, Azərbaycanda sabitliyin qorunması işində, iqtisadi islahatların davam etdirilməsində, sosial məsələlərin həllində, büdcənin artırılmasında, ordu quruculuğunda görülən işlərdə bizim nailiyyətlərimiz var. Biz bunları daha da artırmalıyıq və ölkəmizi inkişaf etdirməliyik, möhkəmləndirməliyik.

O ki qaldı bizə müxalif olmaq istəyən adamlara, xatırlayıram, - 2000-ci ildə parlament seçkilərində Yeni Azərbaycan Partiyasının siyahısına rəhbərlik edirdim, - çıxışlarımın birində ya mənə sual verildi, yaxud haradasa demişdim ki, müxalifət pensiyaya çıxana qədər müxalifət olaraq qalacaqdır. İndi üstündən beş il keçibdir. Mən yenə haqlı çıxdım. İndi onların pensiyasına hələ 10-15 il var. Allah onlara ömür versin. Pensiyaya qədər müxalifətdə olarlar. Ondan sonra biz onlara yaxşı pensiya verərik, getsinlər yaşasınlar. Ona görə bu barədə heç kimin heç bir narahatçılığı, şübhəsi olmasın. Biz ölkəni inamla idarə edirik, xalqın dəstəyinə arxalanırıq. Milli maraqlarımızı müdafiə edirik və ölkəmizi bu yolla irəliyə, gələcəyə aparacağır. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dünya bazarında qızıl ucuzlaşıb

Bakıda 19 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp “The New York Times” qəzetinin bağlanacağını bildirib

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Tramp: ABŞ bombardmançılarının Britaniyadan çıxarılmasına təhdidlər səbəb olub

Böyük Britaniyada dizel yanacağının bahalaşması məktəb avtobuslarının fəaliyyətində problemlər yaradıb

Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər