Azərbaycan Prezidenti meksikalı həmkarına başsağlığı verib
Bakı, 21 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidenti Andres Manuel Lopes Obradora başsağlığı məktubu göndərib.
AZƏRTAC xəbər verir ki, məktubda dövlətimizin başçısı İdalqo ştatında boru kəmərində baş vermiş partlayış və yanğın nəticəsində çoxsaylı insan tələfatı barədə xəbərin onu olduqca kədərləndirdiyini bildirib.
Prezident İlham Əliyev faciə ilə əlaqədar Prezident Andres Manuel Lopes Obradora, həlak olanların ailələrinə və yaxınlarına, bütün Meksika xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 28 sentyabr
- 27.09.2026 [23:11]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb
- 27.09.2026 [17:50]