Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN PROKURORLUĞU: 90 İLLİK ÇƏTİN VƏ ŞƏRƏFLİ YOL

AZƏRTAC xəbər verir ki, oktyabrın 2-də Azərbaycan Prokurorluğunun yaradılmasının 90 illiyi və 1 oktyabr - prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə prokurorluq orqanlarında bir sıra tədbirlər keçirilmişdir.

Baş Prokurorluğun, Respublika Hərbi və Bakı şəhər prokurorluğu orqanlarının nümayəndələri Fəxri xiyabana gələrək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini anmış, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri düzülmüşdür.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılmış, məzarları üzərinə al qərənfillər düzülmüş, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulmuşdur.

Daha sonra Baş Prokurorluqda prokurorluq işçilərinin peşə bayramı və Azərbaycan Prokurorluğunun 90 illiyi ilə əlaqədar geniş kollegiya iclası keçirilmişdir.

Kollegiyanın işində iştirak edən Prezidentin İcra Aparatının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov peşə bayramı günü və 90 illik yubiley ilə əlaqədar dövlətimizin başçısı İlham Əliyevin təbrik məktubunu oxumuş, prokurorluğun fəaliyyətinin müasirləşdirilməsinə dair Dövlət proqramının təsdiq edilməsi barədə sərəncamlarını elan etmişdir.

Məruzə ilə çıxış edən baş prokuror Zakir Qaralov prokurorluq orqanlarının kollektivinə dövlət səviyyəsində göstərilən etimadın təzahürü kimi yubiley ərəfəsində bir qrup prokurorluq əməkdaşının yüksək dövlət mükafatlarına və ali xüsusi rütbələrə layiq görülməsini, prokurorluğun fəaliyyətinin müasirləşdirilməsinə dair Dövlət proqramının təsdiq olunmasını yüksək qiymətləndirmişdir.

Baş prokuror əmin olduğunu bildirmişdir ki, Azərbaycan Prokurorluğu bundan sonra da öz işini bu etimada layiq səviyyədə qurmaq üçün bütün mümkün və zəruri tədbirlərin görülməsini təmin edəcək, imkanlarını prokurorluğa həvalə olunmuş vəzifələrin layiqincə yerinə yetirilməsinə, dövlətçiliyimizin maraqlarının müdafiəsi işinə səfərbər edəcəkdir.

Diqqətə çatdırılmışdır ki, 90 illik tarixi ərzində mürəkkəb və şərəfli yol keçmiş Azərbaycan Prokurorluğunun dövlətçiliyimizin maraqlarına, insan hüquqlarının müdafiəsinə xidmət edən sivil və demokratik bir qurum kimi formalaşması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunvericilik və maddi-sosial bazanın yaradılması ölkəmizdə həyata keçirilən möhtəşəm islahatların, o cümlədən məhkəmə-hüquq islahatlarının memarı kimi müstəqil dövlətçiliyimizin yaradıcısı Heydər Əliyevin dövlətçilik siyasəti, onun qayğısı və dəstəyi nəticəsində mümkün olmuşdur.

Xüsusi vurğulanmışdır ki, dövlətimizin hərtərəfli dəstəyi ilə həyata keçirilən islahatların nəticəsidir ki, bu gün Azərbaycan Prokurorluğu müasir standartlar səviyyəsində normativ hüquqi bazası, demokratik məzmunlu fəaliyyət prinsipləri və iş metodları olan sivil dövlət təsisatına çevrilmiş, şəffaf prosedurlar əsasında kadr tərkibi mütəmadi olaraq yenidən formalaşdırılan prokurorluğun kollektivinin və hər bir əməkdaşın məsuliyyət hissi artırılmış, qarşıda duran vəzifələrin yerinə yetirilməsini və nöqsanların dərhal aradan qaldırılmasını təmin edən nəzarət mexanizmi yaradılmışdır.

Daha sonra baş prokuror Zakir Qaralov “Prokurorluğun fəxri işçisi” döş nişanını, “Fəxri Fərmanı”, “Azərbaycan Respublikasının Prokurorluğunun 90 illiyi” yubiley xatirə medalı ilə təltif edilmiş bəzi əməkdaşlara həmin mükafatları, habelə vaxtından əvvəl və növbədənkənar verilmiş rütbələri təqdim etmişdir.

Baş Prokurorluqda, eyni zamanda, şəffaf prosedurlar əsasında cari ildə 7-ci dəfə keçirilən müsabiqə yolu ilə prokurorluğa yeni qəbul edilmiş 79 gənc mütəxəssisin andiçmə mərasimi keçirilmişdir.

Baş prokuror Zakir Qaralov bildirmişdir ki, bu gənclərin taleyinə qismət olan və prokurorluğun kadr korpusunun formalaşdırılmasının yeganə düzgün yolu kimi beynəlxalq standartlara uyğun prosedur əsasında işə qəbul edilmələri ölkəmizdə uğurla davam etdirilən hərtərəfli məhkəmə-hüquq islahatları nəticəsində mümkün olmuşdur. 2002-ci ildən başlayaraq builki müsabiqə də nəzərə alınmaqla keçirilən müsabiqələr nəticəsində işə qəbul edilmiş 293 gənc mütəxəssis hazırda prokurorluq işçilərinin ümumi sayının 32 faizini təşkil edir.

Prokurorluq işçiləri üçün çox əlamətdar hadisə olan bu tədbirin əhəmiyyətini xüsusi vurğulayan müsabiqə komissiyasının sədri, baş prokurorun müavini Namiq Əsgərov komissiyanın fəaliyyəti və müsabiqənin keçirilməsi ilə bağlı iclas iştirakçılarına ətraflı məlumat vermişdir.

Bundan sonra, stajor qismində prokuroruğa işə qəbul edilən şəxslər barəsində əmr elan olunmuşdur. İşə qəbul olunanlar Azərbaycan Respublikasının Dövlət bayrağı önündə təntənəli surətdə and içmişlər. Onlara Baş prokuror tərəfindən xidməti vəsiqələr təqdim olunmuşdur.

Yeni işçilər yüksək etimadı layiqincə doğruldacaqlarına söz vermişlər.

Baş prokuror Zakir Qaralov ilk dəfə prokurorluğa işə qəbul olunan gənc mütəxəssisləri təbrik etmiş, ümidvar olduğunu bildirmişdir ki, onlar öz fəaliyyətləri dövründə prokurorluq işçisi adının şərəfini yüksək tutacaq və bu adı həmişə qoruyacaqlar. Gənc işçilər bildirmişlər ki, stajorluq müddəti ərzində öz biliklərini daha da təkmilləşdirəcək, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işi hərtərəfli öyrənəcək, yeni informasiya texnologiyalarından istifadə vərdişlərini daha da təkmilləşdirəcək, xarici dilləri mükəmməl mənimsəməyə səy göstərəcəklər.

Eyni zamanda, Baş Prokurorluğun Kadrlar idarəsinə gənc mütəxəssislərin stajorluq dövrü ərzindəki fəaliyyətlərinin mütəmadi nəzarətdə saxlanılması, bu işin düzgün təşkilinə görə tabe prokurorların məsuliyyətinin daha da artırılması üçün zəruri təşkilati tədbirlərin görülməsi barədə tapşırıqlar verilmişdir.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Luvr Muzeyində təhlükəsizlik sistemləri yenilənir

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb – STATİSTİKA

İyunun 19-u Ümumdünya Uşaq Futbolu Günüdür

Nazir müavini: Yeni Dövlət Proqramında əkin sahələrinin genişləndirilməsi əsas məqsəd deyil

Aİ liderləri Rusiya ilə danışıqlar məsələsində iki düşərgəyə bölünüblər

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəis müavini beynəlxalq konfransda iştirak edib

Qarabağın geosiyasi perspektivlərinə dair araşdırma “Routledge” nəşriyyatında işıq üzü görüb

Nəqliyyat vasitələrinin utilizasiyası ilə əlaqədar 1 milyon manatdan çox ödəniş olunub

Bu saata olan əsas xəbərlər

Kamçatka sahillərində zəlzələ baş verib, sunami təhlükəsi elan olunub

Bakı ilk dəfə Avropa Su İdmanı Federasiyasının konfransına ev sahibliyi edəcək

Əbubəkr Gizligider: Çirkab suların monitorinqi pandemiyanın erkən aşkarlanmasında mühüm rol oynayır

Milli Məclis Azərbaycanla Ekvador arasındakı viza sazişini təsdiqləyib

İlhamə Qədimova: İxracyönümlü istehsalın artırılması nəzərdə tutulur

Xaçmazda ev yanıb VİDEO

Xaçmazda ev yanıb VİDEO

Azərbaycan ilə Pakistan arasında iqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilmə imkanları dəyərləndirilib

Şəkidə səslənən ölməz nəğmələr: Arif Babayevin xatirəsi yad olunub

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə Folklor İnstitutu birgə layihələr reallaşdıracaq

Nazir müavini: Qazax-Tovuz iqtisadi rayonu üzrə buğda istehsalının artırılması əsas prioritetlər sırasında olacaq

Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusu alır

Nazir müavini: Hökumətlər üçün riskləri erkən görmək daha tez hərəkətə keçmək deməkdir

Culfada yanğın zamanı xəsarət alan qadın ölüb

Gömrük sistemində islahatlar: Məcəllədə hansı dəyişikliklər edilir?

Tokioda ibtidai məktəbdə yanğın baş verib, xəsarət alanlar var

Fransa və Türkiyə müdafiə sahəsində əməkdaşlığı genişləndirir

Bu il Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən 1072 hüquqpozma faktı aşkarlanıb

Qərb bölgəsinin qədim tarixi və arxeologiyasına dair yeni elmi nəticələr təqdim edilib

Azərbaycanda intensiv meyvə bağları və istixana komplekslərinin sayı çoxaldılacaq

Natiq Əmirov: Kənd təsərrüfatında rəqabətqabiliyyətli və yüksək məhsuldarlığa əsaslanan yeni inkişaf mərhələsi formalaşdırılacaq

Yay tətilində uşaqlar nə etməlidir? - mütəxəssislərdən tövsiyələr

Azərbaycan regional investisiya mərkəzi kimi mövqeyini möhkəmləndirir

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə mediatur təşkil olunub

Dünya çempionatının oyunlarını stadionlardan 1,5 milyondan çox azarkeş izləyib

Prezidentin köməkçisi: Məqsəd sadəcə istehsalın həcmini deyil, məhsuldarlığı və keyfiyyətini artırmaqdır

Lima və Bakı mədəni əlaqələri gücləndirir: Metropoliten Muzeyinə xalça hədiyyə ediləcək

Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi ölkənin siyasi kursunun uğurlu nəticəsidir ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Şəmkirdə Qazax-Tovuz iqtisadi rayonu üzrə aqrar sahəyə dair regional müşavirə keçirilir

Çad “ASAN xidmət” təcrübəsini öyrənmək istəyir

“AzerGold” Qvineya ilə hasilat və geoloji kəşfiyyat sahəsində əməkdaşlıq imkanlarını dəyərləndirib

FHN qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib

İİB Qrupunun İllik Toplantıları çərçivəsində startaplar üçün keçirilən müsabiqənin qalibləri açıqlanıb

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

Almatıda yaşayan şəkili usta: Azərbaycan naxışları ilə sintez edəndə ortaya unikal əsərlər çıxır

Azərbaycan ŞƏT-in energetika nazirlərinin 6-cı iclasında təmsil olunub

Futbol üzrə dünya çempionatında yeni rekordlar qeydə alınıb

BDYPİ piyadaları təhlükəsizliyə laqeyd yanaşmamağa çağırıb VİDEO

BDYPİ piyadaları təhlükəsizliyə laqeyd yanaşmamağa çağırıb VİDEO

Avstraliyada yüksək patogenli H5N1 virusuna ilk şübhəli hal aşkarlanıb

Azərbaycan beynəlxalq əməkdaşlıq, dialoq və inkişaf platforması kimi etimad qazanıb ŞƏRH

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Səhnəmizin əbədi təbəssümü: Möhsün Sənani

“Səbail” yeni baş məşqçisini açıqlayıb

Dünya bazarında qızıl 87 dollar ucuzlaşıb VİDEO

Dünya bazarında qızıl 87 dollar ucuzlaşıb VİDEO

DİM iyunun 21-də ümumi orta təhsil səviyyəsi üzrə imtahanlar təşkil edəcək

Tailandda təhlükəsizlik qüvvələrinə qarşı partlayış törədilib

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi üzrə 2141 namizəd qeydiyyatdan keçib

Azərbaycanın voleybol yığmaları Avropa Liqasında növbəti oyunlarına çıxacaqlar

Dünya birjalarında neft bahalaşıb VİDEO

Dünya birjalarında neft bahalaşıb VİDEO

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Lənkəran-Astara bölgəsində çiyələk və kartof təsərrüfatlarının fitosanitar vəziyyəti qiymətləndirilib

Oğuzda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Azərbaycan nefti 80 dollara satılır VİDEO

Azərbaycan nefti 80 dollara satılır VİDEO

Böyük Qayıdış: Xankəndi şəhərinə növbəti köç karvanı yola salınıb

Azərbaycan ilə İtaliya mədəni əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirir

“Reuters”: ABŞ-İran danışıqları iyunun 19-da baş tutmayacaq

Bu gün Xalq artisti Ağababa Bünyadzadənin anadan olmasından 111 il ötür

“Axios”: Vensin İsveçrəyə səfərinin təxirə salınması İranın Livanla bağlı mövqeyi ilə əlaqəli ola bilər

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Pentaqon İrandakı əməliyyatın xərclərini qarşılamaq üçün Konqresdən 80 milyard dollar istəyib

Vitkoff: İran AEBA müfəttişlərini nüvə obyektlərinə dəvət edəcək

Ağ Ev: Vensin İsveçrəyə planlaşdırılan səfəri təxirə salınıb

ABŞ-nin narkotik daşıdığı iddia edilən gəmiyə zərbəsi nəticəsində üç nəfər ölüb

Dünya çempionatı: Kanada Qətəri 6 cavabsız qolla məğlub edib

BMT: Afrika daha sürətlə istiləşir

Aİ-də su resurslarının iqtisadi təhlükəsizlik məsələsi kimi qiymətləndirilməsi təklif olunur

Pentaqon Avropanı Ukraynaya ABŞ silahlarının alınmasını genişləndirməyə çağırıb

Almaniya və Ukrayna ballistik raketlərə qarşı hava hücumundan müdafiə sistemi istehsal edəcək

Peyklər Günəş panellərindən yaradılmış şəhər boyda nəhəng at təsvirini qeydə alıb

“Volkswagen” 2030-cu ilədək 50 min iş yerini ixtisar edəcək

Makron: Yaxın Şərqdə müharibənin tam başa çatdığını demək hələ tezdir

Konqoda “Ebola” virusundan ölənlərin sayı 232 nəfərə çatıb

Dünya çempionatı: İsveçrə Bosniya və Herseqovinanı məğlub edib

İran Hörmüz boğazında 60 gün müddətində xidmət haqları tələb etməyəcək

Şəkidə Avropa çempionatının mükafatçısı ilə görüş olub

Azərbaycanın zəngin qastronomik irsi Sofiyada təqdim olunub

Küveyt neft istehsalı həcmini qısa vaxtda əvvəlki səviyyəyə çatdırmağı planlaşdırır

Türkiyə Milli Təhlükəsizlik Şurası Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığın gücləndirilməsi səylərini müzakirə edib

Misir, Türkiyə, Sudan XİN başçıları və ABŞ Prezidentinin müşaviri arasında görüş olacaq

Astarada avtomobil dərəyə aşıb: Ölən və yaralananlar var

Tramp: ABŞ sülhə sadiqdir

Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarına dair videoçarx paylaşılıb VİDEO

AZAL: Hava şəraiti ilə əlaqədar Bakı–Naxçıvan reysləri ləğv edilib

Nigerdə hava limanına hücum nəticəsində 11 təhlükəsizlik əməkdaşı ölüb

Dünya çempionatı: Çexiya və CAR ilk xallarını qazanıb

Musiqişünas Fərəh Tahirova: Avstriyada Azərbaycan musiqisinə çox böyük maraq var

Azərbaycan və İran arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub

Mərkəzi Komandanlıq: ABŞ qüvvələri İranla bağlı bütün dəniz nəqliyyatına qarşı blokadanı götürüb

Rumıniya və Bolqarıstan Qara dənizdə birgə dəniz təhlükəsizliyi mərkəzi yaradır

İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır

Corc Ceykob Kuvakad: Bu səfər Azərbaycanı yaxından tanımaq baxımından dəyərli bir fürsət oldu