AZƏRBAYCAN QADINLARININ III QURULTAYINA NÜMAYƏNDƏLƏR SEÇİLİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 5-də Azərbaycan qadınlarının III qurultayına hazırlıq çərçivəsində Xətai rayonu qadınlarının konfransı keçirilmişdir.
Konfransda qeyd edilmişdir ki, 1969-1982-ci illərdə Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə ölkədə qadın hərəkatı genişlənmiş, onların problemlərinin həlli istiqamətində məqsədyönlü addımlar atılmışdır. 1993-cü ildə ulu öndərin yenidən hakimiyyətə qayıdışı Azərbaycan qadın hərəkatında böyük dönüş yaratmış, qadın problemlərinin həllinə dövlət səviyyəsində diqqət yetirilməyə başlanmışdır.
Tədbirdə rayon təşkilatının hesabatı dinlənilmişdir. Hesabatda bildirilmişdir ki, son illər qadınlar rayonun ictimai-siyasi həyatında fəal iştirak etmişlər. Hazırda rayonun bütün idarə və təşkilatlarında qadınlar yüksək səviyyədə təmsil olunurlar.
Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Rəna Mirzəzadə iştirak etmişlər.
Konfransda Azərbaycan qadınlarının III qurultayına nümayəndələr seçilmiş, Ağbirçəklər Şurası yaradılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:53]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:35]
Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb
“Turan Tovuz” Konfrans Liqasında iştirak etməyəcək
- 15.06.2026 [23:52]
Qurtuluşun açdığı yol, Zəfərin ucaltdığı Azərbaycan
- 15.06.2026 [23:42]
Ərdoğan və BMT-nin Baş katibi arasında telefon danışığı olub
- 15.06.2026 [23:25]
Göyçayda minik avtomobilləri toqquşub, 2 nəfər xəsarət alıb
- 15.06.2026 [22:25]
İspaniya millisi dünya çempionatına heç-heçə ilə başlayıb
- 15.06.2026 [22:12]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:53]
Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb
- 15.06.2026 [21:35]
Yəmən sahilləri yaxınlığında gəmiyə silahlı hücum edilib
- 15.06.2026 [21:24]
İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub
- 15.06.2026 [21:18]
Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq
- 15.06.2026 [20:47]
ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq
- 15.06.2026 [20:39]
Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir
- 15.06.2026 [20:28]
Karpat hövzəsinin qədim sakinləri
- 15.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 15.06.2026 [20:00]
"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb
- 15.06.2026 [19:51]