AZƏRBAYCAN QƏBƏLƏ RLS RAYONUNDA TƏDQİQATLAR APARMAQ ÜÇÜN BÜTÜN LAZIMİ AVADANLIĞA MALİKDİR
Xatırladaq ki, hökumətlərarası sazişə uyğun olaraq, bu stansiya 10 il müddətinə Rusiyaya icarəyə verilmişdir. İTAR-TASS-ın xəbərində deyilir ki, Azərbaycan ekoloqları radarın yerləşdiyi sahədə monitorinq keçirmək üçün guya lazımi avadanlığa malik deyildirlər və avadanlığın dəyişdirilməsi ilə əlaqədar stansiya artıq bir ildən çoxdur minimum zəruri güclə işləyir.
Lakin nazirliyin nümayəndəsi vurğulamışdır ki, İraq müharibəsi ərəfəsində RLS tam gücü ilə işləmişdir və bu, Azərbaycan tərəfinin malik olduğu avadanlıqla qeydə alınmışdır. O ki qaldı RLS-nin ətraf mühitə mənfi təsir göstərmədiyi barədə iddialara, Azərbaycan ekoloqu demişdir ki, elmi ədəbiyyatda, o cümlədən də alimlərimizin tədqiqatlarında qeyri-ionlaşdırıcı elektromaqnit şüalanmasının bütün tezlik diapazonunda ətraf mühitə, canlılara, əsasən də, insanların sağlamlığına dağıdıcı təsir göstərdiyinə dair kifayət qədər sanballı sübutlar var.
Lahuti Əliyev həmçinin bildirmişdir ki, birgə monitorinq keçirmək haqqında razılaşma var, amma onun nə vaxt aparılacağı hələlik müəyyən edilməmişdir.