AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Martın 17-də Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının geniş tərkibdə iclası keçirilmişdir.
Dövlətimizin başçısı ABŞ Prezidenti cənab Corc Buşun dəvəti ilə fevralın 23-28-də Birləşmiş Ştatlara səfəri, orada keçirdiyi görüşlər, apardığı danışıqlar və onların nəticələri haqqında məlumat vermişdir.
Sonra Milli Məclisin sədri Murtuz Ələsgərov, baş nazir Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, iqtisadi siyasət üzrə dövlət müşaviri Vahid Axundov və digər rəsmi şəxslər bir çox daxili və xarici məsələlər barədə çıxış etmiş, müzakirələr aparılmışdır.
Azərbaycan Prezidenti Heydər Əliyev iclasa yekun vurmuşdur.