AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi Amerikanın Əsas Yəhudi Təşkilatları Prezidentləri Konfransı adından təbrik etmək istəyirik. Bildiyiniz kimi, bizim Azərbaycanla geniş münasibətlərimiz və bu ölkəyə böyük marağımız var. Azərbaycana bir neçə dəfə səfər etmiş və atanızla görüşlər keçirmişik.
Biz hesab edirik ki, bu böyük məsuliyyət Sizin üzərinizə çox çətin bir anda düşür. Bilirik ki, Siz Azərbaycanla Birləşmiş Ştatlar arasındakı münasibətlərə, habelə İsrail ilə əlaqələrə böyük önəm verirsiniz. Biz bu əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsini səbirsizliklə gözləyirik.
Ən xoş arzularla və səmimiyyətlə, Sizin,
Ceyms Tiş
Amerikanın Əsas Yəhudi Təşkilatları
Prezidentləri Konfransının sədri.
Malkolm Hunleyn
İcraçı sədr müavini.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [13:52]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 09.10.2026 [16:30]