AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının Baş naziri kimi yüksək vəzifəyə təyin olunmağınız münasibətilə Sizə ən səmimi təbriklərimizi çatdırmaq istəyirik. Bu xoş xəbər Mərakeşin Kasablanka şəhərində keçirilən Dünya gənclərinin qurultayında, təqribən 150 ölkədən gəlmiş 1000-dən çox nümayəndəyə çatdırılmışdır.
Düşünürəm ki, gələn illər ərzində siyasətinizin əsas müddəaları ölkənizin rifahı üçün gənclərin həyatına birbaşa təsir göstərəcəkdir. Biz, Beynəlxalq Sülh Uşağı təşkilatı bu siyasətin həyata keçirilməsində Sizə və hökumətinizə böyük uğurlar arzulayırıq.
Fikrimizcə, indi elə bir cəmiyyət qurulmasına imkan var ki, orada keyfiyyətli təhsil, yoxsulluğun aradan qaldırılması və iqtisadi rifah yolu ilə bütün gənclərin böyük imkanları olsun və onlar tam potensiala nail olmaqla fəal vətəndaşlar kimi böyüsünlər. Biz tam inanırıq ki, Ermənistan-Azərbaycan münaqişəsi Sizin fəaliyyətiniz dövründə sülh yolu ilə həll edilə bilər və həll olunacaqdır. Bu, nailiyyət sosial və iqtisadi siyasət sahəsində bir sıra problemlərin həllini asanlaşdıracaqdır.
Eyni zamanda, gənclər siyasətini dəstəkləmək və məsləhətləşmək sahəsində təşkilatımızı potensial tərəfdaş kimi qəbul etsəniz, Sİzə minnətdar olardıq. Bİz, Beynəlxalq Sülh Uşağı təşkilatı inanırıq ki, əməkdaşlığımız siyasətinizi Azərbaycanın hər yerində həyata keçirməyə xidmət edəcək və bütün dünyada siyasətin dəyişilməsinə təsir göstərəcəkdir.
Səmimiyyətlə sizin,
Devid Uolkomb Beynəlxalq Sülh Uşağı təşkilatının
prezidenti
Kasablanka, 28 avqust 2003-cü il.