AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ İLHAM ƏLİYEV NYU-YORKA GƏLMİŞDİR
AZƏRTAC-ın Amerika Birləşmiş Ştatlarındakı xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri İlham Əliyev BMT Baş Məclisinin 58-ci sessiyasında keçiriləcək ümumi müzakirələrdə iştirak etmək üçün sentyabrın 22-də ABŞ-ın Nyu-York şəhərinə gəlmişdir.
Kennedi hava limanında Azərbaycan hökumətinin başçısını ölkəmizin Vaşinqtondakı səfiri Hafiz Paşayev, respublikamızın BMT-dəki daimi nümayəndəsi, səfir Yaşar Əliyev qarşılamışlar.
Xatırladaq ki, Azərbaycanın Baş naziri müzakirələrdə çıxış edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [13:52]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 09.10.2026 [16:30]