Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ DAXİLİ İŞLƏR ORQANLARININ ŞƏXSİ HEYƏTİNƏ

Hörmətli polis əməkdaşları və veteranlar! Sizi Azərbaycan polisinin yaranmasının 85-ci ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirəm. 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə müstəqil dövlətin zəruri təsisatlarından biri olan milli polis orqanlarının əsası qoyulmuşdur. Bu gün özünün şanlı yubileyini qeyd edən Azərbaycan polisi çətin və şərəfli yol keçərək, xalqına və dövlətinə sədaqətlə xidmət etmiş, əhalinin dinc və təhlükəsiz yaşayışının qorunmasında əzmkarlıq nümayiş etdirmişdir. Öz inkişaf yolunu asayişi mühafizə dəstələrinin təşkilindən başlayan Azərbaycan polisi 1918-1920-ci illərdə ilk müstəqil Azərbaycan dövlətinin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynamış, müstəqilliyin müdafiəsinin ön sıralarında olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra SSRİ dövründə fəaliyyət göstərən sovet milisi sosialist quruluşuna uyğun, mahiyyətcə sinfi xarakter daşıyan orqan idi və ondan siyasi məqsədlər üçün istifadə edilirdi. Lakin buna baxmayaraq, həmin dövrdə Azərbaycanın daxili işlər orqanları böyük təcrübə qazanmış, yüksək bilik və peşə hazırlığı əldə etmiş, təşkilati cəhətdən möhkəmlənmişdir. 1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası öz tarixinin mürəkkəb dövrünə qədəm qoymuşdu. Müstəqilliyin ilk illərində mövcud olan qeyri-sabit ictimai-siyasi vəziyyət, dağıdıcı proseslər nəticəsində qanunlara itaətsizlik, insan hüquqlarının kütləvi surətdə pozulması, hərc-mərclik, özbaşınalıq və bu kimi digər hallar dözülməz həddə çatmışdır. Saysız-hesabsız qanunsuz silahlı dəstələr və ayrı-ayrı şəxslərdə olan silah-sursat respublikanın kriminogen durumunu xeyli gərginləşdirmiş, əhalidə vahimə və qorxu hissi, dövlət orqanlarına inamsızlıq yaratmışdı. Əslində cinayətkarlıqla mübarizə aparmalı, hüquq qaydalarını qorumalı olan daxili işlər orqanlarının tərkibində həmin illərdə dövlətə tabe olmayan cinayətkar silahlı dəstələr yaranmış, kadr siyasəti ciddi şəkildə təhrif olunmuş, polisə səriştəsiz, yararsız, əməkdaş adına ləkə gətirən və hətta əvvəllər cinayət törətmiş şəxslər qəbul edilmiş və rəhbər vəzifələrə irəli çəkilmişdi. Bütün bunlar əhali arasında polis orqanlarının nüfuzdan düşməsinə gətirib çıxarmışdı. Dövlətin mühüm qurumlarından biri olan polisin fəaliyyətinə bu cür səthi və səriştəsiz münasibət cinayətlərin kəskin artmasına öz təsirini göstərmiş, cinayətkarlığa qarşı mübarizə və sabitliyin bərqərar olunması işini səmərəsiz etmişdir. Son on il ərzində daxili işlər orqanlarına tələbkarlığın artırılması, nizam-intizamın gücləndirilməsi, şəxsi heyətin saflaşdırılması, polis orqanlarına dövlət tərəfindən mütəmadi qayğı göstərilməsi və onun maddi-texniki təminatının möhkəmləndirilməsi nəticəsində polisin fəaliyyətində əsaslı dönüş yarandı. Bu da öz növbəsində cinayətlərin qarşısının alınmasına, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsinə, cəmiyyətdə əmin-amanlığın, sabitliyin, ictimai təhlükəsizliyin təmin olunmasına öz müsbət təsirini göstərmişdir. Bütün bunlar görülmüş tədbirlərin, o cümlədən də polis əməkdaşlarının gərgin əməyinin nəticəsində mümkün olmuşdur. Müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsində, respublikamızın suverenliyinə və torpaqlarımızın ərazi bütövlüyünə qarşı erməni silahlı qüvvələri tərəfindən təcavüzlərin dəf edilməsində, vətəndaş sülhünün bərqərar olunmasında, qanunun aliliyinin təmin edilməsində Azərbaycan daxili işlər orqanlarının və onun əsas tərkib hissəsi olan polisin xidmətləri danılmazdır. Bu gün Azərbaycan polisi özünün inkişaf və təkmilləşmə mərhələsini yaşayır. Hüquq mühafizə orqanları sistemində mühüm yer tutan polisin fəaliyyətini nizama salan onlarla qanunlar və digər normativ hüquqi aktlar qəbul edilmişdir. Yeni qanunvericilik polisin ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması, insanların həyat və sağlamlığının, vətəndaşların hüquq və azadlıqlarının təminatı, onların hüquqazidd əməllərdən müdafiəsi kimi funksiyalarını dəqiq müəyyən etmişdir. Bu gün ölkəmizdə polisin fəaliyyəti, bütünlüklə hüquq sisteminin vəziyyəti beynəlxalq standartlara cavab verir. Eyni zamanda dövlətimizin güclənməsi, demokratiyanın inkişafı, qanunun aliliyinin təmin edilməsi sahəsində biz əldə edilmiş nailiyyətlərlə kifayətlənməməliyik. Bu sahədə fəaliyyəti daha da gücləndirmək üçün hər bir polis əməkdaşı öz vəzifələrini icra edərkən qanunçuluğa və müəyyən olunmuş davranış qaydalarına ciddi riayət etməli, ictimai asayişin qorunmasında və cinayətkarlıqla mübarizədə barışmaz və qətiyyətli olmalı, insan hüquq və azadlıqlarının keşiyində sayıqlıqla durmalı, vətəndaşların etimad və inamını qazanmalıdır. Əmin olduğumu bildirirəm ki, dövlətçiliyə və peşə borcuna sadiq olan Azərbaycan polisi bundan sonra da xalqa və dövlətə sədaqətlə xidmət edəcəkdir! Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti. Bakı şəhəri, 1 iyul 2003-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisinin qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub