AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT NEFT ŞİRKƏTİ NÖVBƏTİ MÜSABİQƏ ELAN ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) noyabrda bu ilin son müsabiqəsini keçirəcəkdir. “Çıraq” yatağında hasil edilmiş 1 milyon barrel (135 min ton) mənfəət nefti Gürcüstanın Supsa limanında satılacaqdır. Bu, şirkətin cari ildə satışa çıxardığı mənfəət neftinin 7-ci partiyasıdır.
Xatırladaq ki, bp-nin operator olduğu “Çıraq” layihəsində ARDNŞ-in 10 faiz payı vardır. 1997-ci ilin noyabrında istismara verilmiş “Çıraq” yatağından indiyədək 260 milyon barreldən çox neft çıxarılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb
- 04.10.2026 [23:37]
Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb
- 04.10.2026 [23:06]
GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir
- 04.10.2026 [22:32]
Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB
- 04.10.2026 [22:13]
Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar
- 04.10.2026 [21:23]
Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq
- 04.10.2026 [21:04]