RƏSMİ XRONİKA
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV KLİVLENDƏ YOLA DÜŞMÜŞDÜR
***
AZƏRBAYCAN RESPUBLİKASININ BAŞ NAZİRİ İ.H.ƏLİYEVƏ HAQQI ÖDƏNİLMƏYƏN MƏZUNİYYƏTİN VERİLMƏSİ HAQQINDAAZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 69.2-ci və 70.1-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. Azərbaycan Respublikasının Baş naziri İlham Heydər oğlu Əliyevə Azərbaycan Respublikasının Prezidentliyinə namizəd qismində seçkiqabağı təşviqatda və seçkilərdə iştirakının təmin edilməsi məqsədi ilə 2003-cü il avqustun 6-dan başlayaraq, Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin rəsmi dərc edildiyi günədək haqqı ödənilməyən məzuniyyət verilsin. 2. Azərbaycan Respublikası Baş nazirinin səlahiyyətlərinin icrası bu qərarın 1-ci bəndində göstərilən müddətdə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Artur Tahir oğlu Rasizadəyə həvalə edilsin. 3. Bu qərar imzalandığı gündən qüvvəyə minir. İlham Əliyev Azərbaycan Respublikasının Baş naziri
***
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEV KLİVLENDƏ GƏLMİŞDİR
AZƏRTAC-ın Vaşinqtondakı müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev müayinə və müalicəsini davam etdirmək üçün avqustun 6-da yerli vaxtla saat 18.00-da ABŞ-ın Klivlend şəhərinə gəlmişdir. Prezident Heydər Əliyevi Klivlendin hava limanında Azərbaycanın Vaşinqtondakı səfiri Hafiz Paşayev qarşılamışdır.