AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ HEYDƏR ƏLİYEVİN NYU-YORK GÖRÜŞLƏRİ
Si-En-En teleşirkəti həmin görüş barədə Azərbaycan Prezidenti Heydər Əliyev ilə geniş müsahibə vermişdir. Dövlətimizin başçısı bu müsahibədə ABŞ-Azərbaycan münasibətlərinin inkişafından razı qaldığını bildirmişdir.
Oktyabrın 24-də axşam Nyu-Yorkda Amerikanın neft şirkətləri Azərbaycan Prezidenti Heydər Əliyevin şərəfinə böyük ziyafət vermişlər. Ziyafətdə ABŞ-ın rəsmi nümayəndələri də iştirak etmişlər.
Oktyabrın 26-da Azərbaycan Prezidenti Heydər Əliyev Nyu-Yorkda Bosniya-Hersoqovinanın Prezidenti Aliya İzzətbəyoviçlə, Litva Prezidenti Algirdas Brazauskasla və ABŞ-ın nüfuzlu banklarının rəhbərləri ilə görüşlər keçirmişdir.
Azərbaycan və Ermənistan rəhbərləri ilə görüşən Finlandiya Prezidenti Marti Axtisaari demişdir ki, “Hazırda ən başlıca vəzifə qoşunların işğal olunmuş ərazilərdən çıxarılmasıdır”.