Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA DÖVLƏT İDARƏÇİLİK AKADEMİYASININ PROFESSORU VƏLİ HƏBİBOĞLUNUN ÇIXIŞI

- Hörmətli xanımlar və cənablar!

Hörmətli mərasim iştirakçıları!

“Azərbaycanın qurtuluş tarixi”, “Böyük Xilaskar” kitabları, bu qəbildən olan digər ədəbiyyatla tanış olduqca, hər birimizin qəlbinə belə bir hiss hakim kəsilir ki, Azərbaycan xalqı xoşbəxt xalqdır. Ona görə ki, zəmanəmizin ən böyük siyasi liderini bu xalq yetirmişdir. Ona görə ki, onun əbədiyaşar ideyaları bu gün də, sabah da xalqımızı daha işıqlı gələcəyə aparır və bundan sonra da aparacaqdır.

Xalqımızın ümummilli lideri Heydər Əliyev haqqında indiyədək çox kitab yazılıbdır. Bundan sonra da bu böyük şəxsiyyətin həyat və fəaliyyəti diqqət mərkəzində olacaq, sanballı tədqiqatlar aparılacaqdır.

Xalqımız əbədiyyətə qovuşmuş böyük öndərdən zaman baxımından uzaqlaşdıqca, onun müstəqil dövlətçiliyimizin tarixində gördüyü işlər daha çox siyasətçilərin, tədqiqatçıların diqqət mərkəzində durur. Bu cəhətdən respublikamızda tanınmış siyasətçi Abutalıb Səmədovun “Azərbaycanın qurtuluş tarixi” kitabı təqdirəlayiqdir. Heydər Əliyevin 1993-cü ildə Bakıya gələrək, artıq məhv olmaq təhlükəsi qarşısında qalmış müstəqil dövlətçiliyimizi xilas etməsi indiyədək bir sıra kitablarda, çoxsaylı məqalələrdə öz əksini tapmışdır. Lakin Azərbaycanın qurtuluş tarixinin bu səviyyədə, bu həcmdə yazılıb oxuculara çatdırılması faktı yenidir.

Qurtuluş tarixinə dair çoxcildlik tədqiqat və üstəlik, bunun yekunu olaraq “Böyük Xilaskar” kitabının da yazılması həm siyasi elmimizə, həm də Əliyevşünaslığa böyük töhfədir. Xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin müstəqil respublikamızın Prezidenti seçilməsinin bir ilinin tamam olması ərəfəsində böyük öndərimizin fəaliyyətinin müəyyən dövrünü əks etdirən belə sanballı kitabların nəşr olunması, sözün əsl mənasında, böyük hadisədir.

Kitabın məsləhətçisi, millət vəkili Fəttah Heydərovun, buraxılışa məsul, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun, elmi redaktoru, tarix elmləri doktoru Əli Həsənovun bu nəşrin hazırlanmasında çox böyük əməkləri var. Onlar öz dəyərli məsləhətləri, konkret fəaliyyətləri ilə Azərbaycanın qurtuluş tarixi haqqında yazılmış bu sanballı kitabın, nəşrin işıq üzü görməsində müəlliflə birgə böyük zəhmət çəkmişlər.

Yüksək təşkilatçılıq, siyasi uzaqgörənlik istedadına və böyük dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyev öz əməli fəaliyyəti ilə Azərbaycanın qurtuluş tarixini dövlətçiliyimizin tarixinə əbədi həkk etmişdir. Bu tarixin böyük həssaslıqla öyrənilməsi, tədqiq olunaraq bugünkü, həm də gələcək nəsillərə, eləcə də dünya ictimaiyyətinə çatdırılması çox vacib, aktual bir vəzifədir.

Abutalıb Səmədovun belə məsul, deyərdim ki, həm də çox şərəfli bir vəzifəni üzərinə götürməsini, onun öhdəsindən layiqincə gəlməsini, müstəqillik tariximizin ayrılmaz bir hissəsi olan o illərin çox geniş miqyasda, ətraflı araşdırılması faktını yüksək qiymətləndirməmək olmaz. Çünki bu nəşr qurtuluş tariximizi daha müfəssəl əks etdirir, təsəvvürlərimizi xeyli genişləndirir, böyük öndərin həmin dövrdə dövlətçiliyimizin qorunub saxlanılması naminə gecə-gündüz məqsədyönlü fəaliyyətini gözümüz önündə canlandırır, tariximizin ən faciəli, ən ağır səhifələrini bir daha yada salır. Bu nəşr həm də zəmanəmizin ən qüdrətli, ən müdrik siyasətçisinin, dövlət başçısının müstəqil ölkəmizi bütün fəlakətlərdən çox məharətlə qorumasını, quruculuq, inkişaf yoluna, özünün qeyd etdiyi kimi, demokratik, dünyəvi cəmiyyət qurmaq yoluna çıxarmasını parlaq şəkildə əks etdirir.

Azərbaycanın qurtuluş tarixi çox zəngindir, həm də bu qısa dövr çox mürəkkəb bir dövrdür. Həmin dövrə aid indiyədək yazılmış bir sıra kitablardan fərqli olaraq, müəllif xalqımızın, müstəqilliyimizin qurtuluşuna aparan yolu geniş şəkildə işıqlandırmış və ümummilli liderimizin fəaliyyətini Azərbaycanda, bütün ölkə miqyasında gedən ictimai-siyasi hadisələrin, proseslərin fövqündə verməyə çalışmışdır. Biz kitabda 1985-ci ildən sonra erməni lobbisinin qəsdinin həyata keçirilməsi mexanizmi, xalqımızın başına açılacaq böyük faciənin hazırlıq mərhələsi ilə tanış oluruq. Erməni lobbisinə xidmət edən sapı özümüzdən olan baltaların canfəşanlığı isə hər birimizdə onlara qarşı nifrət oyadır.

Kitabın birinci cildində Heydər Əliyevə qarşı böhtan kampaniyasının geniş xarakter alması, müdrik siyasətçinin məcburiyyət qarşısında qalaraq istefa verməsi və bununla da ermənilərin Azərbaycana, xalqımıza qarşı ərazi iddialarının başlanması, xəyanətin ayaq açması prosesi işıqlandırılmışdır. Biz bu cilddə Heydər Əliyevin böhtançılara qarşı apardığı geniş mübarizə ilə qarşılaşırıq. Bu böhtan kampaniyasının Moskvadan dəstəklənməsi tarixi faktlar, materiallar əsasında diqqətimizə çatdırılır. Qanlı yanvar gecəsinə gedən yol həmin ərəfədə baş verən hadisələr və proseslər fonunda araşdırılır.

Şübhəsiz ki, Heydər Əliyev bütün bu hadisələrdən, faciədən sonra Moskvada qala bilməzdi. O, Vətəni, Azərbaycanı böhtanlardan, erməni qəsbkarlarından, xalqı aldadan yalançı demokratlardan qorumağa, ən başlıcası isə, torpaqlarımızın işğalının qarşısını almağa, təhlükə ilə üz-üzə qalan müstəqil dövlətimizi məhv olmaqdan, parçalanmaqdan xilas etməyə can atırdı. Lakin əleyhdarları burada da ona bu müqəddəs missiyanı həyata keçirməyə qoymur, hədələyir, oğluna, qardaşına, yaxınlarına qarşı qəsd edəcəklərini bildirirdilər.

Görkəmli ziyalı, Azərbaycanda kitab nəşri sahəsində çox böyük əməyi olan mərhum Əjdər Xanbabayevə qarşı sui-qəsd edilməsi onun Vətənə qayıtmaq əzmini, qətiyyətini daha da artırdı. Kitabda bu məsələlərin şərhinə geniş yer verilməsi qarşıya qoyulan mövzunun daha dərindən tədqiq edilməsini ön plana çəkir. Müəllif çox geniş material əsasında qurtuluş tariximizin xalqa az bəlli olan səhifələrini özünəməxsus məntiqi ardıcıllıqla çatdırır. Moskvadan Bakıya və Bakıdan Naxçıvana gəlmək ərəfəsində və Vətənə tarixi qayıdışdan sonra Heydər Əliyevin hansı maneələrlə, çətinliklərlə qarşılaşdığını, həmin dövrdə baş verən hadisələrə, ictimai-siyasi proseslərə onun münasibətini əks etdirən materiallarla tanış olduğumuz zaman bu böyük insanın iradəsi, zəkası önündə baş əyməmək olmur.

Müəllif Azərbaycanın qurtuluş tarixini əks etdirən fəsillərin adlarını çox ustalıqla seçib, həmin dövrdə baş verən bütün tarixi hadisələrə, proseslərə nəinki münasibətini bildirib, eyni zamanda, onları müfəssəl qələmə almağa, qurtuluşumuzun hansı yollardan keçdiyini göstərməyə çalışmışdır.

Kitabın birinci cildində Heydər Əliyevin Naxçıvan fəaliyyəti, Xocalı faciəsi, Şuşa və Laçının süqutu, Yeni Azərbaycan Partiyasının yaradılması, Azərbaycanda vətəndaş müharibəsinin başlanması və ulu öndərin bir xilaskar kimi Bakıya yola düşməsi geniş əksini tapmışdır. Tədqiq olunan dövrə aid rəsmi materialların daxil edilməsi və çoxlu fotoşəkillərin verilməsi nəşrin əhəmiyyətini daha da artırır.

“Azərbaycanın qurtuluş tarixi” kitabının ikinci cildi 1993-cü ilin yaz-yay aylarında respublikamızda baş verən hadisələri, ictimai-siyasi prosesləri əks etdirir. Burada xalqımızın yaşadığı tarixi günlər, həyəcanlı anlar çox obyektiv şəkildə işıqlandırılmışdır. Bu cilddə Heydər Əliyevin böyük xilaskar missiyası, vətəndaş müharibəsinin qarşısını almaq sahəsində fəaliyyəti, özlərini demokrat adlandıran bir ovuc antidemokratlara qarşı mübarizəsi də ətraflı şəkildə öz əksini tapmışdır.

Üçüncü cilddə 1993-cü ilin ikinci yarısında dövlətçiliyimizə qarşı törədilmiş xəyanətlərin qarşısının alınmasında Heydər Əliyevin fəaliyyəti araşdırılır. Dövlətçiliyimiz tarixində çox mühüm mərhələ hesab olunan bu dövrdə Heydər Əliyevin dövlətçilik səriştəsi və məharəti bütün aydınlığı ilə aşkara çıxmışdır. O dövrdə qondarma “Talış-Muğan Respublikası”nın yaradılması, bu hadisələrdə mühüm rol oynayan Əlikram Hümbətov, Surət Hüseynov kimilərinə qarşı aparılan mübarizə, torpaqlarımızın işğalına rəvac vermiş Rəhim Qazıyevin ifşa edilməsi, Heydər Əliyevin Prezident seçilməsi, yeni Azərbaycan ordusunun yaradılması məsələlərinə geniş yer verilmişdir. “Azərbaycanın qurtuluş tarixi” kitabının dördüncü cildində 1994-1995-ci illərdə və sonrakı mərhələdə respublikamızda baş verən mühüm hadisələr nəzərdən keçirilir, Heydər Əliyevin bu dövrdəki fəaliyyəti çox geniş materiallar əsasında işıqlandırılır. Biz burada “Əsrin müqaviləsi” ilə bağlı görülmüş işlər, vəzifə uğrunda mübarizə aparan qüvvələrin fəaliyyəti, keçmiş baş nazirin açıq mübarizəyə keçməsi, respublika prokurorluğuna basqın, Gəncə, Qazax-Ağstafa hadisələri, yeni dövlət çevrilişinə hazırlıq, Prezidentə qarşı sui-qəsdlər və s. hadisələrlə tanış oluruq. Bu hadisə və proseslərdə dövlət başçımızın yüksək təşkilatçılığının, müdrik siyasətinin, idarəçilik məharətinin şahidinə çevrilirik.

Abutalıb Səmədovun “Böyük Xilaskar” kitabında böyük öndərin, zəmanəmizin ən qüdrətli siyasi liderinin böyük xilaskarlıq missiyasını əks etdirən materiallar toplanmışdır. Bu kitabda “Azərbaycanda vətəndaş müharibəsi”, “Azərbaycanı parçalamaq cəhdləri”, “Dövlət çevrilişinin cəhdləri” kimi fəsillərdə Heydər Əliyevin dövlətçiliymizi qoruyub saxlamaq sahəsindəki fəaliyyəti məntiqi ardıcıllıqla təhlil olunmuşdur.

Kitabın müəllifi Abutalıb Səmədov olsa da, onun ərsəyə gəlməsində böyük bir kollektivin əməyi var. Nəşrin məsləhətçiləri tanınmış dövlət xadimləri və alimlərdir. Milli Məclisin deputatları Fəttah Heydərov və Zahid Qaralov, Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, AMEA-nın müxbir üzvü Qərib Məmmədov, fizika-riyaziyyat elmləri doktoru Abdulla İsayev bu cildlərin hazırlanmasında böyük əmək sərf etmişlər. Şübhəsiz ki, elmi redaktor kimi tarix elmləri doktoru Əli Həsənovun üzərinə böyük ağırlıq düşmüşdür. O, bu işin öhdəsindən çox uğurla gəlmişdir.

Kitabların buraxılmasında əməyi olan bütün şəxsləri, eləcə də Azərbaycan dövlətçiliyinə bütün varlığı ilə xidmət edənlərin hamısını qurtuluş tariximizi əks etdirən belə sanballı əsərlərin nəşri münasibətilə təbrik edirəm. İnanıram ki, bu kitablar tarixşünaslıq, siyasətşünaslıq elmimizə, dövlətçilik tarixmizin öyrənilməsinə böyük töhfə olacaqdır.

“Böyük Xilaskar” kitabından götürülmüş bir fikirlə çıxışımı tamamlamaq istəyirəm: “Bundan sonra da Azərbaycana böyük siyasətçilər, şübhəsiz ki, gələcək və bu torpaq bundan sonra da çox böyük şəxsiyyətlər yetişdirəcək. Ancaq böyük xilaskar Heydər Əliyev mərtəbəsinə, Heydər Əliyev zirvəsinə heç kim yaxınlaşa bilməyəcək. XXI əsrdə xoşbəxt Azərbaycan dövlətində yaşayan insanlar Heydər Əliyev böyüklüyü qarşısında səcdə edəcək, onun adı və müqəddəs əməlləri qarşısında baş əyəcəklər”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Stokholmda “Impact Pioneers 26 EUROPE” proqramının İsveç həftəsi başa çatıb

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir