AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Xəzər dənizinin Azərbaycan sektorunda çox böyük neft-qaz ehtiyatlarının işlənilməsinə başlanmasının əsasını qoyan “Əsrin müqaviləsi”nin imzalanmasının 10 illik yubileyi münasibətilə Sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.
Ukraynada bu genişmiqyaslı beynəlxalq layihənin həyata keçirilməsindəki aşkar uğurlarınızı sosial-iqtisadi sabitliyin daha da möhkəmləndirilməsi, əlverişli sərmayə şəraiti yaradılması, Azərbaycan xalqının rifahının yüksəlməsinin təmin edilməsi yolunda dövlətinizin nailiyyətlərinin parlaq sübutu kimi qiymətləndirirlər.
Ukrayna dost Azərbaycanın Avrasiya qitəsində etibarlı energetika və nəqliyyat arteriyalarının inkişafına yönəldilmiş səylərini tamamilə dəstəkləyir və ticarət-iqtisadi, energetika, nəqliyyat sahələrində, iri regional layihələrin gerçəkləşdirilməsində əməkdaşlığı dərinləşdirmək üzrə başlanmış birgə işi davam etdirməyə hazırdır.
Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və məsul dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, Azərbaycan xalqına isə sülh və tərəqqi arzulamaq istəyirəm.
Ən xoş diləklərlə,
Leonid Kuçma,
Ukraynanın Prezidenti