AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Sizi neft yataqlarının aparıcı neft şirkətləri konsorsiumu ilə birgə işlənilməsi haqqında müqavilənin imzalanmasının 10-cu ildönümü münasibətilə təbrik etmək istəyirəm. Bu layihənin Azərbaycan üçün “Əsrin müqaviləsi” elan olunması təsadüfi deyildir. Mövcudluğunun 10 ili ərzində o, iqtisadiyyat üçün möhkəm əsas yaratmışdır və Azərbaycan xalqının tərəqqisinin mühüm amilidir.
Bu xoş fürsətdən istifadə edərək, Bolqarıstan Respublikasının ölkələrimiz arasında dostluq münasibətlərini daha da möhkəmlətməyə və inkişaf etdirməyə hazır olduğunu bir daha təsdiqləmək istəyirəm. Azərbaycana qarşıdakı rəsmi səfərim zamanı Bolqarıstan-Azərbaycan münasibətlərinin inkişaf perspektivləri, o cümlədən Azərbaycan mallarının və neftinin Bolqarıstan vasitəsilə Avropa bazarlarına nəqlinin mümkünlüyü barədə müzakirələri səbirsizliklə gözləyirəm.
Cənab Prezident, icazə verin, ölkənizə və dost Azərbaycan xalqına uğurlar arzulayım.
Səmimiyyətlə Sizin,
Georgi Pırvanov,
Bolqarıstan Respublikasının Prezidenti.
Sofiya, 20 sentyabr 2004-cü il.