AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
“Azəri-Çıraq-Günəşli” neft yataqlarının istismarı üzrə bağlanan müqavilənin ölkənizdə bu gün təntənəli şəkildə qeyd olunan 10-cu ildönümü münasibətilə Sizi ürəkdən təbrik edirəm.
“Əsrin müqaviləsi” adlanan bu layihənin 10 il ərzində uğurla həyata keçirilməsindən, o cümlədən Yaponiya şirkətlərinin layihədə iştirakından məmnunluq və qürur hissləri duyuram.
Önümüzdəki il Azərbaycandan Türkiyəyə, Aralıq dənizinə çıxacaq böyük boru xəttinin Azərbaycan üçün böyük önəmi olacağına əminəm.
Bundan sonra da Sizin, bizim, başqa ölkələrin faydalı əməkdaşlığı nəticəsində təbii sərvətlərin istismarına yönəlmiş səylərin Qafqaz bölgəsində sülh və əmin-amanlıq yaranması üçün önəmli addım olmasını arzulayıram.
Təəssüflər olsun ki, Sizin tərəfinizdən təşkil olunan tədbirə qatıla bilmirəm, mərasimin uğurlu keçməsini arzulayıram.
Sizə bundan sonra da cansağlığı, işinizdə uğurlar, xalqınıza sülh və rifah arzulayıram.
Hörmətlə,
Dzünitiro Koidzumi,
Yaponiyanın Baş naziri.
Tokio, 20 sentyabr 2004-cü il.