AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Mən istərdim ki, “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənilməsinə dair müqavilə imzalandıqdan sonrakı 10 il müddət ərzində əldə olunan tərəqqi münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edim.
Mərhum atanız Heydər Əliyevlə Gülüstan sarayında imzaladığımız “Əsrin müqaviləsi” ən yaddaqalan hadisə idi. Keçən ilin may ayında Bakıya gələrkən onunla yenidən görüşüb əməkdaşlığımızdakı tərəqqi ilə bağlı fikir mübadiləsi aparmaqdan da çox məmnun oldum. “Azəri-Çıraq-Günəşli” yataqlarının tammiqyaslı işlənilməsindən alınan hasilat və neftin Bakı-Tbilisi-Ceyhan kəməri ilə dünya bazarlarına ixrac olunacağı zaman tezliklə gələcəkdir. Bu hadisədən sonra, nəzərdə tutulduğu kimi, “Şahdəniz” yatağından qazın ixracı da vaxtında olacaqdır. Dünya səviyyəli bu layihələr Sizin atanızın uzaqgörən enerji siyasətinin həyata keçməsidir və bp bu layihələrdə iştirakına görə qürur duyur.
Bu inkişaf Azərbaycan dövlətinə sanballı fayda gətirəcəkdir. Mən inanıram ki, Sizin liderliyinizlə gəlirlərin şəffaflığının təmin olunması üzrə atılan addımlar, onların əhatəli, çoxşaxəli iqtisadiyyat yaradılması üçün istifadə olunması ölkənizin vətəndaşlarının bu mənfəətdən maksimum bəhrələnməsini təmin edəcəkdir. bp Sizinlə, hökumətinizlə və Azərbaycan xalqı ilə bu məqsədə çatmaq üçün tərəfdaşlığını davam etdirmək işinə sadiq qalır.
Gələn il Bakıda yataqların tammiqyaslı inkişaf etdirilməsinin başlanğıcı ilə bağlı “İlkin neft” təntənəsi zamanı və yaxud da ondan əvvəl, Birləşmiş Krallığa səfər edəcəyiniz halda, Sizinlə görüşməyi səbirsizliklə arzulayıram.
Lord Con Braun
bp şirkətinin prezidenti.