AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Beynəlxalq bazarlara gündə bir milyon barrel neft axınını təmin edərək enerji ehtiyatları mənbələrinin müxtəlifliyi və təhlükəsizliyinə mühüm töhfə verəcək Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi, eyni zamanda, türk, Azərbaycan və gürcü xalqlarının iqtisadi və sosial inkişafında da rol oynayacaqdır.
Dövrümüzün qabaqcıl mühəndislik nümunələrindən birini təşkil edən dünya miqyaslı bu layihənin memarı, Azərbaycanın sabiq Prezidenti mərhum Heydər Əliyevi bir daha hörmət və ehtiramla yad etmək istəyirəm. Onun dövründə təməli qoyulan və indiyədək inşaat işlərinin səksən faizi başa çatdırılan boru kəmərinin bölgə ölkələri üçün uzun müddət ərzində siyasi, iqtisadi və sosial baxımdan faydalı olacağına inanıram.
Fürsətdən istifadə edərək, Zati-alilərinizə sağlamlıq, xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına əmin-amanlıq və tərəqqi arzularımı yenidən çatdırıram.
Əhməd Necdət Sezər,
Türkiyə Respublikasının Prezidenti.
Ankara, 15 sentyabr 2004-cü il.