AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
1994-cü ildə bu müqavilənin imzalandığı vaxtdan keçən dövr ərzində Azərbaycan Rusiya, Gürcüstan, Qazaxıstan və Türkiyə ilə yaxşı səviyyədə münasibətləri qurmaqla bərabər, öz enerji sektoruna beynəlxalq sərmayələrin cəlb edilməsinə nail oldu. Sizin tərəfdaşlığınız iqtisadiyyatınıza milyardlarla dollar həcmində investisiyanın qoyulmasını təmin etdi və qlobal bazarları inşası yaxın zamanlarda başa çatmaqda olan Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə nəql də daxil olmaqla Xəzər enerji istehsalçıları üçün açdı. Bu razılıq və ondan doğan layihələr Azərbaycanın dünyada ilk əsas karbohidrogen hasilatçısı kimi şərəfli tarixini əks etdirir.
Cənab Prezident, mən iqtisadi inkişafın artırılması və xalqlarımız arasında əməkdaşlığın gücləndirilməsi ilə bağlı Sizin fəaliyyətinizə görə Azərbaycan hökumətini və xalqını alqışlayıram. Birləşmiş Ştatlar Sizinlə dostluğa görə minnətdardır.
Xanımım Laura da mənə qoşularaq, Sizə ən xoş arzularını yetirir.
Səmimiyyətlə,
Corc Buş
Amerika Birləşmiş Ştatlarının
Prezidenti.