AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB İLHAM ƏLİYEVƏ
Milli bayramınız – Azərbaycan Respublikasının Müstəqillik günü münasibətilə Sizi Ukrayna xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Mühüm iqtisadi və sosial islahatları inamla həyata keçirən Azərbaycan sabitlik və firavanlıq ölkəsinə çevrilir, beynəlxalq aləmdə yüksək nüfuza malikdir, ölkədə dövlət müstəqilliyinin möhkəmləndirilməsi və demokratik proseslərin dərinləşdirilməsi yolu ilə gedir.
Xüsusi məmnunluqla vurğulamaq istərdim ki, beynəlxalq münasibətlərin bir çox aktual problemlərində dövlətlərimizin mövqeləri çox yaxındır, yaxud tamamilə uyğun gəlir. Qarşılıqlı anlaşmanın belə səviyyəsi strateji tərəfdaşlıq ruhunda Ukrayna-Azərbaycan əməkdaşlığının bütün istiqamətləri üzrə açıq və qarşılıqlı surətdə faydalı dialoqa yönəldilmiş şəxsi səyləriniz sayəsində mümkün olmuşdur.
Çox hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul dövləti fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına isə əmin-amanlıq, tərəqqi və qədim Xəzərin dalğaları üzərində buludsuz səma arzulayıram.
Dərin hörmətlə,
Leonid Kuçma,
Ukrayna Prezidenti.