AZƏRBAYCAN, RUSİYA VƏ ERMƏNİSTAN PREZİDENTLƏRİ SOÇİDƏ DAĞ XİZƏKSÜRMƏ MƏRKƏZİNDƏ OLMUŞLAR
Bakı, 26 yanvar (AZƏRTAC). Yanvarın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Dmitri Medvedevin və Ermənistan Prezidenti Serj Sarkisyanın Soçidə keçirilmiş üçtərəfli görüşündən sonra dövlət başçıları dağ xizəksürmə mərkəzində olmuşlar.
Mərkəzə gələn sakinlər Azərbaycan Prezidenti İlham Əliyevdən və Rusiya Prezidenti Dmitri Medvedevdən birgə şəkil çəkdirməyi xahiş etmişlər. Prezidentlər İlham Əliyev və Dmitri Medvedev sakinlərlə şəkil çəkdirdilər.
Sonra dövlət başçıları İlham Əliyev və Dmitri Medvedev mərkəzdə xizək sürmüşlər.
######
![]() |
![]() |
![]() |


