AZƏRBAYCAN SEYSMOLOQLAR ASSOSİASİYASI YARADILMIŞDIR
Yenicə Dövlət qeydiyyatından keçmiş Azərbaycan Seysmoloqlar Assosiasiyasının /ASA\ mayın 30-da ümumi yığıncağı keçirilmişdir.
ASA seysmologiya, seysmiki proqnoz, tikililərin seysmik davamlığı sahəsində çalışan alim və mütəxəssisləri öz ətrafında birləşdirir. Assosiasiyanın əsas məqsədi seysmoloji problemlərin, o cümlədən seysmik rayonlaşdırma və şəhərlərin seysmik riskinin təyini, zəlzələ proqnozu ilə bağlı tədqiqat işlərinin səmərəliyinin artırılmasına nail olmaq, beynəlxalq seysmoloji təşkilatlarla əlaqələr yaratmaq, Azərbaycanın seysmoloq alimlərinin xarici ölkələrdəki həmkarları ilə iş birliyi qurmasına yardım etməkdir.
Tanınmış alim və mütəxəssislərdən ibarət idarə heyəti seçilmişdir.
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nin müxbir üzvü, professor Arif Həsənov Assosiasiyanın prezidenti, həmin təşkilatın şöbə müdiri geologiya-mineralogiya elmləri namizədi Tahir Məmmədov Assosiasiyanın katibi seçilmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]