Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri İordaniyada keçiriləcək beynəlxalq tədbirdə iştirak edəcəklər
Əmman, 4 may (AZƏRTAC). Silahlı Qüvvələrimizin nümayəndələri mayın 6-dan 8-dək İordaniyada ənənəvi olaraq təşkil edilən X xüsusi təyinatlı qüvvələrin sərgisində (SOFEX-2014) iştirak edəcəklər.
İordaniya Kralı II Abdullahın himayəsi altında hər iki ildən bir təşkil olunan tədbirdə dünyanın müxtəlif ölkələrindən dövlət rəsmiləri, aidiyyəti strukturların və özəl şirkətlərin nümayəndələri iştirak edir.
Sərgidə müasir rabitə və nəqliyyat vasitələri, yerüstü naviqasiya sistemləri, antiterror əməliyyatları üçün, hərbi-səhra tibb və digər xüsusi təyinatlı avadanlıq və texnika nümayiş olunacaqdır.
“SOFEX-2014”də 33 ölkədən 350 şirkətin iştirakı gözlənilir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri,
Əmman
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]