Azərbaycan Super Liqasında doqquzuncu turun oyunları keçirilib
Bakı, 26 fevral, AZƏRTAC
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında doqquzuncu turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, turun ilk görüşündə “Murov” “Abşeron”la üz-üzə gəlib. Qarşılaşma “Abşeron”un üstünlüyü ilə başlayıb. Eldar Yusubovun komandası ilk hissəni 25:17 hesabı ilə aktivinə yazıb. Növbəti 2 hissədə də rəqibindən üstün oyun nümayiş etdirən “Abşeron” 3 xalı 3 setlə qazanıb - 3:0 (25:17, 28:26, 25:20).
Günün ikinci matçında UNEC “Azərreyl”lə görüşüb. Bu matçın qalibi isə dörd setdə bəlli olub. Birinci hissədə 25:18 hesabı ilə qalib gələn Famil Ağayevin komandası növbəti setdə eyni hesabla uduzub. Lakin “Azərreyl” oyununda dönüş yaradaraq növbəti 2 hissədə rəqibini 25:22 və 25:13 hesabı ilə məğlub edib - 3:1.
Bu turdan sonra “Abşeron” 24 xalla turnir cədvəlində liderliyini davam etdirir. Ondan 10 xal geri qalan “Azərreyl” ikinci pillədə qərarlaşıb. Altı xala malik “Murov” üçüncü, 4 xal toplayan UNEC dördüncü yerdədir.