Azərbaycan Turizm və Menecment Universiteti HR İnstitutu ilə əməkdaşlıq edəcək
Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Azərbaycan HR İnstitutu (AHRİ) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Bu barədə AZƏRTAC-a ATMU-dan məlumat verilib. Bildirilib ki, ATMU-nun tədris işləri üzrə prorektoru professor Zaur Bağırov və Azərbaycan HR İnstitutunun direktoru Emil Hüseynovun imzaladıqları əməkdaşlıq memorandumunda ixtisaslı kadr hazırlığını şərtləndirən bir sıra tələblər nəzərdə tutulub.
Sənəddə tələbələrin bilik və bacarıqlarının müntəzəm artırılması, uyğun ixtisaslar üzrə kadr hazırlığının təşkili, kadr ehtiyaclarının təmini istiqamətində birgə fəaliyyət, tədris plan və proqramlarını (kurikulumları) sənayenin ehtiyaclarına uyğun işlənib hazırlanması, dövlət-özəl əməkdaşlığı çərçivəsində istehsalat təcrübəsi və təlimlərin müştərək təşkili, tələbə kontingenti arasında sahibkarlıq bacarıqlarının aşılanması, tərəflərarası qaydalara uyğun işəgötürənin bazasında təhsilalanların istehsalat təlimi və təcrübə keçmələrinə şəraitin yaradılması, turizm və menecment sahələri üzrə işəgötürənlərlə əlaqələrin daha da möhkəmləndirilməsi, tələbələrin yumşaq bacarıqlara yiyələnmələri üzrə birgə proqramların təşkili və s. fəaliyyət istiqamətləri əksini tapıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [18:26]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:11]
BDU-da təkrar ali təhsil almaq istəyənlərin nəzərinə
- 05.06.2026 [17:17]
100 illik vəsiyyət: Səmərqənd Türkoloji Qurultayı
- 05.06.2026 [16:14]