Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

London, 19 aprel, AZƏRTAC

Azərbaycanın Böyük Britaniyadakı səfirliyində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə (ADNSU) İngiltərənin Vorvik Universiteti arasında bərpaolunan enerji mənbələri ixtisası üzrə magistratura səviyyəsində ikili diplom proqramının 2023-2024-cü tədris ilinə start verilməsi münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Elm və Təhsil Nazirliyinin müvafiq vəzifəli əməkdaşlarından ibarət nümayəndə heyəti, Vorvik Universitetindən ADNSU ilə ikili diplom proqramı üzrə əməkdaşlıq edən heyət, Britaniya parlamentinin hər iki palatasından deputatlar, Britaniya Xarici İşlər Nazirliyinin rəsmiləri, Türkmənistan, Moldova və Özbəkistanın Britaniyadakı səfirləri, eləcə də Londondakı diplomatik korpusun üzvləri, Britaniya Şurası, Britaniya Ticarət Palatasının nümayəndələri, media və diaspora təmsilçiləri iştirak ediblər. Tədbirə, həmçinin Vorvik Universitetində təhsil alan azərbaycanlı tələbələr, eləcə də ADNSU-nun məzunu olmuş, hazırda Britaniyanın aparıcı universitetlərində təhsil alan azərbaycanlı tələbələr də qatılıblar.

Açılış nitqi ilə çıxış edən ölkəmizin Britaniyadakı səfiri Elin Süleymanov Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiqlənmiş müvafiq Dövlət Proqramı əsasında ADNSU ilə Vorvik Universiteti arasında ikili diplom proqramının həyata keçirilməsinin ölkə başçısının Azərbaycanda insan kapitalı və təhsilin inkişafına diqqət və qayğısının göstəricisi olduğunu deyib. Layihənin ərsəyə gəlməsində əməyi olan bütün tərəflərə - Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayevə və nazirliyin əməkdaşlarına, Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolsona, Britaniyanın Azərbaycandakı səfirliyi və Britaniya Şurasının Bakıdakı ofisinə təşəkkür edən səfir bərpaolunan enerjiyə həsr olunmuş bu proqram üzərində hələ bir neçə il öncədən hazırlıqların başlandığına diqqət çəkərək, bunun cari ildə COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycanın yaşıl inkişaf məsələsinə verdiyi əhəmiyyətin göstəricisi olduğunu bildirib.

Tədbirdə Britaniya hökumətindən əsas qonaq qismində Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolson çıxış edib. O, bu vəzifədə olduğu illər ərzində iki ölkə arasında daim artan xətlə inkişaf edən ikitərəfli əlaqələr və zəngin əməkdaşlığa şəxsən şahid olduğunu deyərək, Azərbaycanın Britaniyanı bir nömrəli təhsil tərəfdaşı görməsinin və dövlət proqramları əsasında ən çox azərbaycanlı tələbənin dünyanın digər yerləri ilə müqayisədə bu ölkəyə gəlməsinin sevindirici hal olduğunu söyləyib. Ticarət elçisi Azərbaycan universitetlərinin digər Britaniya universitetləri ilə də bu tipli əməkdaşlığı davam etdirməsinin təhsil sahəsində ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından vacib olduğuna diqqət çəkib.

ADNSU-nun rektor əvəzi Vazeh Əskərov rəhbərlik etdiyi ali məktəbin Vorvik Universiteti ilə əməkdaşlıqda həyata keçirməkdə olduğu ikili diplom proqramı ilə bağlı qonaqlara ətraflı məlumat verib. O, ötən bir neçə gün ərzində rəhbərlik etdiyi nümayəndə heyətinin Vorvik Universitetindəki tərəfdaşlarla görüşlərdə ikili diplom proqramı ilə yanaşı, əməkdaşlıq perspektivlərinin də müzakirə edildiyini bildirib. V.Əskərov bu kimi əməkdaşlıqların təhsil sahəsində olduğu kimi, ikitərəfli münasibətlərin dinamikasına da müsbət təsir etdiyini vurğulayıb, proqramın ərsəyə gəlməsində Azərbaycan hökumətinin vacib roluna diqqət çəkib, eyni zamanda, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə minnətdarlığını ifadə edib. O, həmçinin proqramın rəsmi fəaliyyətə başlaması münasibətilə səfirlikdə təşkil olunan bu tədbirə görə Azərbaycanın Britaniyadakı səfirliyinə təşəkkür edib.

Vorvik Universitetinin professoru Robin Klark qonaqlara təmsil etdiyi universitet və onun nəzdində fəaliyyət göstərən Vorvik İstehsal Qrupu barədə məlumat verib. O qeyd edib ki, Britaniyada səfirliyində keçirilən bu tədbiri və ADNSU nümayəndə heyətinin son bir həftə ərzində Vorvik Universitetində keçirdiyi görüşləri Azərbaycanın təhsilə və beynəlxalq əməkdaşlığa verdiyi əhəmiyyətin göstəricisi hesab etmək olar. Professor Azərbaycan və Britaniyanın bir sıra ortaq cəhətləri bölüşdüyünü, hər iki ölkənin tarixən ənənəvi enerji vasitələrindən istifadə etdiyini, hazırda isə karbondan azad gələcəyə keçid etməyi hədəflədiyini qeyd edərək, bu keçidin gerçəkləşdirilməsi üçün mövzu üzrə xüsusi bilik və bacarıqlara malik insan kapitalına ehtiyacın olduğunu bildirib. Robin Klark ADNSU ilə Vorvik Universiteti arasında sözügedən ikili diplom proqramının da məqsədinin məhz alternativ enerjiyə keçidin reallaşdırılması və dayanıqlı ətraf mühit həllərinin təqdim edilməsi istiqamətində zəruri bacarıqlara sahib olacaq kadrların yetişdirilməsi olduğunu söyləyib. O, əməkdaşlıq üçün ADNSU komandasına və şəxsən rektor əvəzi Vazeh Əskərova, tədbirdə iştirak edən Azərbaycan elm və təhsil nazirinin müşaviri Nicat Məmmədlinin timsalında adıçəkilən nazirliyə, Baronessa Nikolsona, Britaniyanın Bakıdakı səfirliyinə, eləcə də Britaniya Şurasının ölkəmizdəki komandasına təşəkkür edib.

2019-2022-ci illərdə Britaniyanın ölkəmizdəki səfiri vəzifəsinə çalışmış James Lyall Sharp da çıxış edərək Azərbaycanla Britaniya arasında münasibətlərin bütün sferalarda inkişaf etməsinə baxmayaraq, enerji və təhsil sahəsində əməkdaşlığın xüsusi intensivliyə malik olduğunu və hər iki sahəni bir araya gətirən alternativ enerji sahəsində ikili diplom proqramı layihəsinin bu baxımdan simvolik əhəmiyyətini vurğulayıb. O, həmçinin COP26 və COP29-un ev sahibləri kimi Britaniya və Azərbaycan arasında enerji keçidi sahəsində əməkdaşlıqdan, o cümlədən BP şirkətinin Cəbrayılda həyata keçirdiyi alternativ enerji layihəsindən bəhs edib.

Tədbir ziyafətlə davam edib.

Qeyd edək ki, ADNSU ilə Vorvik Universiteti arasında sözügedən ikili diplom proqramı Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” əsasında həyata keçirilərək maliyyələşir. Bu proqram çərçivəsində tələbələr həm əcnəbi, həm də yerli professor-müəllim heyəti tərəfindən Azərbaycanda təşkil olunacaq dərslərdə, həmçinin əcnəbi heyət tərəfindən İngiltərədə keçiriləcək 4 həftəlik dərslərdə sahə üzrə bilik və bacarıqlar əldə edəcəklər. Proqram tələbələrə Böyük Britaniyada günəş fermaları və külək turbinlərinin istismarı zonaları ilə yanaşı, aparıcı bərpaolunan enerji sahələrinə, müvafiq şirkətlərə baş çəkmək fürsəti təqdim edir. Səyahət və viza daxil olmaqla səfər xərcləri, həmçinin yerləşmə, qidalanma ilə bağlı xərclər Dövlət Proqramı qaydalarına əsasən tam şəkildə ödəniləcək.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Məclisdə 12 məsələnin müzakirəsinə başlanılıb

Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib

Konqratbəy Şaripov: Xankəndidə keçirilən Rektorlar Forumu birgə elmi tədqiqatlar üçün imkanlar yaradır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycan arasında birlik tarixi proseslərin nəticəsidir

AQTA sədri: Ölkəmizdə aqrar və qida təhlükəsizliyi sahələrində ixtisaslı kadrlara ehtiyac duyulur

“Sarı jiletlilər” yenidən səhnədə: Fransada kütləvi etiraz aksiyaları planlaşdırılır

Məcnun Məmmədov: Əsas hədəfimiz məhsuldarlığın və fermerlərin gəlirlərinin artırılmasıdır

Bakı Zirvəsi Azərbaycanın beynəlxalq dialoq və etimad məkanı kimi rolunu gücləndirir - ŞƏRH

Nazir: Məqsədimiz dayanıqlı və yüksək əlavə dəyər yaradan aqrar sistem formalaşdırmaqdır

Husilərin hökumət evinə hücumu nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb

Yaponiyada yaşayan əcnəbilərin sayı rekord həddə çatıb

Gələn il üçün icmal büdcənin xərclərinin 3,1 faiz çox olacağı gözlənilir

Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında İkinci Rektorlar Forumu işə başlayıb

Deputat: Ərzaq təhlükəsizliyi regionlarımızın davamlı inkişafı ilə birbaşa bağlıdır

BMT: Rəqəmsal texnologiyalar və demoqrafik dəyişikliklər sosial-iqtisadi bərabərsizlikləri dərinləşdirə bilər

Azərbaycan ilə Albaniya arasında turizm əlaqələri genişləndirilir

Azərbaycan və Özbəkistan gənclərini birləşdirən təhsil və mədəniyyət körpüləri - ŞƏRH

® “PAŞA Kapital”ın anderrayteri olduğu dövlət zəmanətli ilk korporativ - “AZƏRMAŞ GROUP”un istiqrazları uğurla yerləşdirilib

® “Birbank”da pul köçürmələrini “SİMA İmza” ilə təsdiqləmək mümkündür

Azərbaycanın minifutbol millisi dünya çempionatında yarımfinal oyununa çıxır

Rəşad Məcid: VIII qurultaydan bəri Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub

SEPAH: Hörmüz boğazı Tehranın icazəsi olmadan açılmayacaq

2027-ci il üçün icmal büdcəsinin gəlirlərinin 5,9 faiz çox olacağı proqnozlaşdırılır

Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb YENİLƏNİB

Azərbaycan futzal millisi seçmə mərhələdə mübarizəyə başlayır

Azərbaycan nefti 119 dollara satılır

Akademik Gövhər Baxşəliyeva: Məktəblərdə vahid geyim qaydalarına riayət hamımızın borcudur

Azərbaycanın qadın güləşçisi dünya ikincisi olub

Dünya Bankı Azərbaycana 100 milyon dollar özəl kapital cəlb edib

Azərbaycan Premyer Liqasında VIII tur start götürür

Sultan Hacıyev AQEM-in yeni Baş katibi təyin olunub

Qızıl və gümüş bahalaşıb

Birjalarda neft ucuzlaşıb

Ağdaş, Bərdə və Yevlaxın bəzi ərazilərində elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

İcmal büdcə kəsirinin 2030-cu ildə 442,2 milyon manat səviyyəsində olacağı gözlənilir

Süni intellekt və peşə təhsili: Şəkidə tələbələrin süni intellekt bacarıqları artırılır

Azərbaycan Astanada türk dövlətlərinin media sahəsi üzrə rəhbər şəxslərinin görüşündə təmsil olunur

Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib VİDEO

Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib VİDEO

Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar Milli Məclisin komissiyası bəyanat yayıb

2027-2030-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi açıqlanıb

Oktyabrın 16-sı Ümumdünya Qida Günüdür

Ermənistanın keçmiş prezidentlərinin münaqişə dövründəki fəaliyyəti hüquqi baxımdan araşdırılmalıdır - ŞƏRH

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Azərbaycan BMT-də işgəncələrə qarşı mübarizə və cəzasızlığın aradan qaldırılmasının vacibliyini vurğulayıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

İstanbulda sel nəticəsində 300 iş yeri və 200 avtomobilə ziyan dəyib

Alimlər 2500 il yaşı olan qədim günəş rəsədxanası aşkarlayıblar

“Politico”: Aİ kriptovalyuta əməliyyatlarına vergi tətbiqini nəzərdən keçirir

“Panasonic” yanğın təhlükəsi səbəbindən 640 min paltaryuyan maşını geri çağırır

“El-Ninyo” əvvəlcədən proqnozlaşdırılabilən fəlakətlərə səbəb olacaq

ABŞ-də ibtidai məktəbdə baş verən atışmada 5 nəfər ölüb

Britaniya “Skynet” peyklərinə nəzarətin ABŞ-yə verilməsinin risklərini qiymətləndirəcək

ABŞ-nin “George Bush” təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıdıb

UEFA Konfrans Liqası: “Trabzonspor” səfərdə “KuPS” komandasını məğlub edib

UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a böyük hesabla qalib gəlib

Fransada etiraz aksiyalarında 140 minə qədər insanın iştirakı gözlənilir

Uqandada “Ebola” virusuna qarşı yeni peyvəndin klinik sınaqlarına başlanılıb

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub

La-Manş tunelinin girişində avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb

Şimali İrlandiyada keçmiş partiya lideri 15 il müddətinə azadlıqdan məhrum edilib

“Tesla” Almaniyadakı zavodunda istehsalı ikiqat artırmağı planlaşdırır

Ədalət gecikdirildikdə münaqişə dərinləşir, cəzasızlıq isə yeni müharibələrə zəmin yaradır – ŞƏRH

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır

Prezidentin AQEM-də çıxışı: Ermənistanın keçmiş rəhbərliyinin məsuliyyəti və cəzasızlıq problemi - ŞƏRH

Paytaxtda, eləcə də regionlarda yol tikintisi, yenidənqurma və təmir işlərinin vaxtında icrasının vacibliyi vurğulanıb

Ələt qəsəbəsində Vətən müharibəsi şəhidinin xatirəsi anılıb

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib: xəsarət alan var

Pirallahıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair müzakirələr aparılıb

Prezident İlham Əliyevin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Təhlükəsizlik Şurasının “Terrorsuz Türkiyə” prosesi ilə bağlı qərarı ilin sonunadək qəbul edilə bilər

Rusiya ABŞ-yə dizel yanacağının tədarükünə 2-3 həftə ərzində başlaya bilər

Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Milli-mənəvi dəyərlərin qorunması, ideoloji təhlükəsizliyin təmin edilməsi - İmişlidə konfrans VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Qəbələdə ümumrayon iməciliyi təşkil olunub VİDEO

Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək

Prezident: Türkiyə beynəlxalq təhsil konsepsiyasının həyata keçirilməsi baxımından keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

“Azərişıq” ASC-nin nümayəndələri Ağdamda mətbuat konfransı keçirib VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

Xəzər İnşaat Həftəsinin ikinci günü: Qarabağın inkişafında gənclərin iştirakı diqqət mərkəzində YENİLƏNİB VİDEO

® Peşəkar fəaliyyəti və zəngin təcrübəsi ilə seçilən həkim

Beynəlxalq Enerji Agentliyi neft ehtiyatlarının bazara çıxarılmasını sürətləndirməyə çağırıb

Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır

Bu saata olan əsas xəbərlər

Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib

Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB-2 VİDEO

İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH

Şərurda müşavirə keçirilib

AQEM-in Bakı Görüşü: Beynəlxalq ictimaiyyət Azərbaycanın qlobal əməkdaşlığa töhfəsini və liderlik təcrübəsini bir daha təsdiqlədi

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

Milli maraqların qorunması və ölkənin inkişafı naminə həmrəylik vacibdir VİDEO

MDB Məşvərət Şurasının 39-cu iclasının iştirakçıları DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olublar

Siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir

Fyodor Şukin Dağıstanın rəhbəri seçilib

İngiltərənin cənubunda güclü quraqlıq elan edilib

Rusiyanın baş konsulluğu müğənni Nəvai Bəkirovun həbsi ilə əlaqədar Qazaxıstan XİN-ə nota göndərib

Ağstafada YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib

Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur

Rumiyyə Ağayeva: 5D dünyasında immersiv tamaşalar getdikcə daha çox populyarlaşacaq

BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək

Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib