AZƏRBAYCAN VƏ GÜRCÜSTAN QADINLARININ SAHİBKARLIQ FƏALİYYƏTİNİN İNKİŞAFI İLƏ BAĞLI MƏSƏLƏLƏR MÜZAKİRƏ OLUNMUŞDUR
Konfederasiyadan AZƏRTAC-a bildirmişlər ki, tədbir “Azərbaycan və Gürcüstanda işəgötürənlər təşkilatları vasitəsilə qadınların sahibkarlıq fəaliyyətinin və özünüməşğulluğun inkişafı” adlı layihəsi çərçivəsində təşkil olunmuşdur.
Kursun açılış mərasimində çıxış edən konfederasiyanın prezidenti Ələkbər Məmmədov həyata keçirilən layihə barədə geniş məlumat vermişdir.
Gürcüstanın Bakıdakı səfiri Zurab Qumberidze və digər çıxış edənlər ölkələrimiz arasında mövcud olan iqtisadi əlaqələrdən, qadınların sahibkarlıq fəaliyyətinin inkişafı ilə bağlı görülən işlərdən danışmış və belə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulamışlar.
Tədbirdə Azərbaycan və Gürcüstan qadınlarının sahibkarlıq fəaliyyətinin inkişafı sahəsində həyata keçiriləcək planlar və s. məsələlər müzakirə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]
Azərbaycandan Qazaxıstana məhsul ixracının dəyəri 21 faizdən çox artıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Dünyanın ən təhlükəli 7 vulkanı
- [05:44]
Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib
- 12.06.2026 [23:55]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [23:40]
BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir
- 12.06.2026 [23:32]
“Sabah” braziliyalı müdafiəçini transfer edib
- 12.06.2026 [23:25]
Heydər Əliyev Sarayında “Jizel” baleti növbəti dəfə təqdim edilib
- 12.06.2026 [23:20]