Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan və Özbəkistanın regionları arasında əməkdaşlıq genişlənir

Bakı, 25 fevral, AZƏRTAC

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan və Özbəkistanın bir sıra şəhərləri, xüsusi ilə Xivə və Şuşa şəhərləri arasında “Qardaşlaşmış şəhərlər” haqqında imzalanan müqavilə ilə bağlı sualları cavablandırıb. AZƏRTAC həmin müsahibəni təqdim edir.

-Samir müəllim, dünən məlumat əldə etdik ki, Azərbaycan və Özbəkistanın bir sıra şəhərləri, xüsusi ilə Xivə və Şuşa şəhərləri arasında “Qardaşlaşmış şəhərlər” haqqında müqavilə imzalanıb. Bu barədə fikirlərinizi bölüşməyinizi xahiş edirik.

-Əvvəlcə məlumat vermək istəyirəm ki, cari il fevralın 24-də Daşkənddə keçirilən 1-ci Özbəkistan-Azərbaycan Regionlararası Forumu çərçivəsində iki ölkə arasında 11 sənəd imzalanıb. İmzalanan sənədlər içərisində hər iki ölkə arasında qardaşlaşmış şəhərlər haqqında müqavilənin bağlanmasını xüsusi qeyd etmək istəyirəm. Bu sənədə əsasən Özbəkistanın Xivə və Azərbaycanın Şuşa, Səmərqənd və Gəncə, Buxara və Lənkəran, Kokand və Şəki şəhərləri arasında qardaşlaşmış şəhərlər haqqında müqavilə imzalanıb. Sözügedən hadisə Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasının nəticəsi olaraq baş verib. İclasda Azərbaycanın iqtisadiyyat naziri, Azərbaycan-Özbəkistan Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarov Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib, Daşkənddə Özbəkistan və Azərbaycan arasında əməkdaşlığa dair 11 sənəd imzalanıb.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib və görüşdə iki ölkə arasında iqtisadi əlaqələr, avtomobil sənayesi, tekstil sənayesi və ipəkçilik sahələrində əməkdaşlıq layihələrinin həyata keçirilməsində irəliləyiş xüsusi məmnunluqla qeyd olunub. Neft-qaz sektorunda, nəqliyyat və logistika sahəsində perspektivli layihələrə hazırlıq xüsusi vurğulanıb və uğurlu bir layihə kimi tərəflər arasında birgə investisiya fondunun yaradılması haqqında saziş imzalanıb.

Əlbəttə bu dövlət başçılarımızın apardıqları uğurlu siyasətinin davamıdır. Prezident İlham Əliyev özü də qeyd edib ki, o, qardaş Özbəkistanla əlaqələrə böyük önəm verir. Təkcə 2022-ci il ərzində dövlətimizin başçısının Özbəkistana üç səfəri olub, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə çox məhsuldar görüşlər keçirilib, dövlət qurumlarımıza müvafiq tapşırıqlar verilib.

Görüşlərin nəticəsi olaraq Özbəkistan Prezidenti Şavkat Mirziyoyev bəyan etdi ki, Azərbaycan-Özbəkistan əlaqələri strateji müttəfiqlik səviyyəsinə yüksəlib. İki ölkə arasında bütün sahələrdə olduğu kimi humanitar, mədəniyyət sahəsində əməkdaşlıq günü-gündən inkişaf edir və təbii ki, bu olduqca əhəmiyyətlidir. Özbəkistan Mərkəzi Asiyanın, Türk Dövlətlər Təşkilatının aparıcı üzvü, böyük ərazi, əhali, qədim tarix, zəngin mədəniyyətə malik bir dövlətdir və xalqlarımız arasında soykökü, mədəniyyət, dil, din yaxınlığı bu ölkəni Azərbaycan üçün əhəmiyyətini bir daha göstərir.

- “Qardaşlaşmış şəhərlər” layihəsi, onun üstünlükləri nədir və bu Azərbaycan və Özbəkistanın regionları arasında əməkdaşlığa necə təsir edəcək?

- Qardaşlaşmış şəhərlər - coğrafi olaraq bir-birindən uzaq olan yaşayış məskənlərinin, mədəni və ticari əlaqələri ilə ortaya gətirdikləri birlikdir. Təbii ki, bu layihə rəmzi, təbliğati əhəmiyyət də daşıyır. Biz Azərbaycan Mədəniyyət Mərkəzi olaraq daim fəaliyyətimizdə iki ölkənin regionları, şəhərləri arasında əlaqələrin daha da genişləndirilməsi, mədəniyyət, turizm sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün çalışır və bu iş fəaliyyətimizdə əsas prioritet sahədir. 2018-ci ilin dekabrında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü, Azərbaycanın Özbəkistandakı səfirliyinin birgə layihəsi ilə Azərbaycanın İsmayıllı şəhəri ilə Özbəkistanın Ferqanə vilayətinin Riştan şəhəri arasında ilk dəfə olaraq Qardaşlaşmış şəhərlər haqqında Memorandum imzalandı.

Ötən illərdə həm İsmayıllı, həm də Riştan şəhər hakimiyyəti nümayəndə heyətinin qarşılıqlı səfərləri təşkil edilmiş, tərəflər müxtəlif sahələrdə əməkdaşlıq, həmçinin mədəniyyət, turizm, sənətkarlıq, əl işləri, qarşılıqlı olaraq səfərlərin təşkili, beynəlxalq festivallarda iştirak və s. məsələlərdə razılığa gəliblər. Bu il isə dövlətimizin uğurlu xarici siyasətinin davamı olaraq Özbəkistanın Xivə və Azərbaycanın Şuşa, Səmərqənd və Gəncə, Buxara və Lənkəran, Kokand və Şəki şəhərləri arasında qardaşlaşmış şəhərlər haqqında müqavilə imzalandı. Əlbəttə, bu sənəd Azərbaycan və Özbəkistanın regionları arasında əməkdaşlığın genişlənməsi, şəhərlərimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafına səbəb olacaqdır.

-Xahiş edirəm bildirərdiniz, növbəti layihə Şuşa ilə Özbəkistanın Xivə şəhəri arasında imzalandı. Nə üçün məhz, Şuşa və Xivə?

- Şuşa işğal altında olanda biz bir neçə təkliflə çıxış etdik, Özbəkistanın tarixi “Turon” kitabxanasında Şuşa guşəsini təşkil edərək, hər il Şuşaya, Qarabağa aid layihələr reallaşdırdıq. Keçirilən “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” tədbirləri çərçivəsində Qarabağa dair təqdimatların, layihələrin, habelə nəşrlərin, geyimlərinin moda sərgisini təşkil etdik. Mədəniyyət paytaxtımız Şuşa erməni işğalından azad olunandan sonra biz Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Şuşa ilə Özbəkistanın Xivə şəhərinin qardaşlaşması təklifi ilə bir daha çıxış etdik. 2021-ci ildə Özbəkistanın tarixi “Turon” İnformasiya-Kitabxana Mərkəzi ilə Azərbaycanın Şuşa rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi arasında əməkdaşlığa dair Memorandum imzalandı.

Tərəfimizdən Şuşaya özbək mətbuatının nümayəndələrinin 4 dəfə mediaturunu təşkil etdik. Qeyd etmək istəyirəm ki, Şuşa və Xivə şəhərləri arasında oxşar cəhətlər olduqca çoxdur. Hər iki şəhər Türk və ümumilikdə dünya mədəniyyətinin incisidir, qədim və zəngin tarixə malikdir. Qala şəhəri olan Şuşa çox sayda dünya əhəmiyyətli abidələri ilə öyünür, eyni ilə Xivə şəhərindəki İçənqala abidələr kompleksi Özbək-Türk mədəni irsinin inciləri sırasına daxil edilir. Qarabağ, Şuşa - Azərbaycan mədəniyyətinin, musiqisinin beşiyi, Xarəzm vilayəti, Xivə şəhəri isə Mərkəzi Asiyanın, Özbəkistanın mədəniyyət, incəsənətinin vətəni və musiqi sənətinin inkişafına əhəmiyyətli təsir göstərib. Şuşa tarixi Qarabağ xanlığının, Xivə isə məşhur Xarəzmşahların mərkəzi olub. Qarabağ və Xarəzm bölgələri daim ədəbi mühitimizin zənginləşməsinə, Türk ədəbiyyatının inkişafına misilsiz töhfələr verib.

Xivədə Kamil Xorazmi, Məhəmmədrəsul Mirzə, Məhəmməd Rəhimxan Feruz, Əhməd Təbibi, Məhəmməd Yusif Bəyani, İlyas Molla Məhəmməd oğlu Li Sofi, Mütrib Xonaxarobi, Əvəz Məhəmməd Yusuf Çokar, Əbdürəzək Fəqiri, Muğanni, Komiljon Devoni, Məhəmməd Rəhim Raqib öz yaradıcılıqları ilə özbək ədəbi mühitini zənginləşdiriblər. Şuşa da Azərbaycanın, Qafqazın mədəni-ədəbi mühitinə öz mühüm töhfələrini verib, hətta XIX əsrdə Şuşa Qafqazın mədəniyyət mərkəzinə çevrilməklə Qarabağda ədəbiyyatın “Qızıl dövr”ü, “intibah dövrü”nə qədəm qoyub.

Qarabağ-Şuşa ədəbi mühiti Azərbaycan mədəniyyətində və ədəbiyyatında hər zaman aparıcı yer tutub, ədəbiyyatda yeni istiqamətlərin yaranmasında öz rolunu oynayıb. Molla Pənah Vaqif, Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Fatma xanım Kəminə, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli, Üzeyir Hacıbəyli, Əhməd Ağaoğlu kimi yazıçı və mütəfəkkirlərimiz Azərbaycanın bu gözəl guşəsinin - Şuşanın şöhrətini bütün dünyaya çatdırıb.

Azərbaycanın bir çox məşhur mədəniyyət xadimlərinin yaşayıb-yaratdığı Şuşa bir çox ilklərə imza atan bu şəhər milli operamızın beşiyi olmaqla yanaşı, ilk professional orkestrin, həm böyüklər, həm də uşaqlar üçün ilk baletin yaradıcısı olan insanların doğma yurdudur. Musiqi, poeziya beşiyi, ədəbi məclislərimizin vətəni olan sehrli şəhərlərimiz - Şuşa və Xivə, həm də yer üzünün açıq səma altında unikal və təkrarsız muzeyidir. Özbəkistanın Xarəzm torpağında yaranmış “Lazgi” rəqsi təbiətdəki səs və təzahürləri, sevgi və xoşbəxtlik hisslərinin hərəkətlərdə təcəssüm etdirir, bu bölgə öz təkrarsız rəqs sənəti ilə dünyada məşhurdur. Xarəzm bölgəsi özbək rəqs sənətinin mərkəzi və beşiyi adlanır. Özbəkistanda ənənəyə əsasən hər iki ildən bir Xarəzm bölgəsinin mədəni mərkəzi Xivədə Beynəlxalq Rəqs Festivalı keçirilir.

Azərbaycanın Qarabağ diyarı da, Şuşa şəhəri də “Vağzalı”, “Mirzəyi” və başqa qədim və sevimli rəqslərimiz vətənidir. Bu rəqslər xalqımızın el adətləri, toy ənənələri, şadlıq təntənəsinin bir rəmzi kimi səslənir və mərasimləri daha da canlandırmaqla, onlara xüsusi məna və ruh verir. Xalq yaradıcılığımızın bir növü kimi melodiya zənginliyi, quruluşunun simmetrikliyi, diapozon müxtəlifliyi ilə səciyyəvi olan, Qarabağ bölgəsində yaranan məşhur “Uzundərə” rəqsi isə Azərbaycan incəsənətinin, rəqs sənətinin necə zəngin olduğunu bir daha nümayiş etdirir. Qarabağda, gözəl Şuşamızda keçirilmiş və işğaldan azad olunandan sonra yenidən bərpa olunan “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri isə bir daha zəngin mədəni ənənələrə malik olduğumuzu təsdiq edir.

Qeyd edək ki, Xivə 2020-ci il üçün, Şuşa isə 2023-cü il üçün TÜRKSOY tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib.

-Bildiyimiz kimi, Şuşa şəhəri ilə yanaşı, Lənkəran və Buxara, Gəncə və Səmərqənd, Şəki və Kokand şəhərləri arasında da qardaşlaşmış şəhərlər haqqında müqavilələr imzalandı.

-Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə 2019-cu ildə Buxara vilayət hakimiyyəti, vilayət mədəniyyət idarəsi, Özbəkistan Nazirlər Kabineti yanında xarici ölkələrlə dostluq əlaqələri, millətlərarası münasibətlər üzrə Komitə, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyindən ibarət geniş nümayəndə heyətinin Azərbaycanın cənub bölgəsinə, Lənkəran şəhərinə səfəri təşkil olunub, səfər çərçivəsində bölgələrimiz arasında əlaqələrin genişləndirilməsi müzakirə edilib.

Səfər zamanı özbəkistanlı qonaqların iştirakı ilə Lənkəran Şəhər İcra Hakimiyyətində görüş keçirilib, icra başçısı Taleh Qaraşovla keçirilən görüş zamanı tərəflər arasında əlaqələrin genişləndirilməsinə dair razılıqlar əldə olunub. Tərəflər bir sıra mədəni-kütləvi tədbirlər, o cümlədən Mədəniyyət mərkəzində “Özbəkistan mədəniyyəti günü”nün açılışı, Buxara vilayəti Dövlət Filarmoniyasının musiqi kollektivinin ifasında özbək mədəniyyəti və musiqisinə dair təqdimat, özbək suvenirləri və əl işlərindən ibarət sərgi təqdim olunub.

Beş günlük səfər çərçivəsində qonaqlar Lənkəranda Heydər Əliyev Mərkəzini, Gənclər Mərkəzini, Lənkəran Dövlət Universitetini, Tarix-diyarşünaslıq muzeyini, Xalça fabrikini, Olimpiya İdman Kompleksini, “Yaşıl Çay” FT-nin çay plantasiyasının, “Green East” MMC-nin Çəltik emalı zavodunu, Hirkan Milli Parkını, İstisu Müalicə İstirahət Mərkəzini ziyarət edərək, sözügedən obyektlərin fəaliyyəti ilə yaxından tanış olublar.

Buxara vilayətinin nümayəndə heyəti Lerik, Astara və Masallı rayonlarımızda olub, bu rayonlarda da görüşlər keçiriblər.

Qeyd edək ki, Sovet dövründə 1979-cu ildə Ulu Öndər Heydər Əliyevin hamiliyi ilə Azərbaycanda keçirilən “Özbəkistan ədəbiyyatı və incəsənəti günləri” çərçivəsində özbək ədəbiyyatı və mədəniyyətinin nümayəndələri Lənkəran şəhərində olaraq çoxsaylı görüşlər keçirmiş, səfər zamanı Özbəkistanın Xalq şairi Zülfiyyəyə Azərbaycanın Lənkəran şəhərinin fəxri vətəndaşı adı verilib.

Gəncə və Səmərqəndin ölkələrimizin həm iqtisadi, həm də mədəni həyatında rolu böyükdür. Böyük şəxsiyyətlər yetişdirən bu şəhərlərdə həm dünya əhəmiyyətli unikal tarixi abidələr, həm də müqəddəs dini məkanlar yerləşir. Hər iki şəhərin, bölgənin turizm imkanları olduqca böyükdür. Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə 2015-ci ildən başlayaraq hər il Özbəkistanın Səmərqənd şəhərində Azərbaycan mədəniyyət günləri keçirilir, bu tədbirlər çərçivəsində Səmərqənd şəhəri ilə Azərbaycan şəhərləri arasında əməkdaşlığin yaradılması üzrə işlər həyata keçirilir. Ötən müddət ərzində Səmərqənd şəhər hakimiyyətinin rəhbərlərinin Azərbaycana səfəri təşkil olunub.

Şəki və Kokand şəhərləri ölkələrimizin həm qədim, həm də görməli tarixi yerləri ilə məşhurdur. Hər iki şəhər gözəl təbiət, turizm, həm də əl işləri, sənətkarlıq mərkəzləri sayılır. Şəki və Kokand öz zəngin mədəniyyəti, gözəl abidələri ilə məşhurdur. Şəki xan sarayı, Kokanddakı Xudayar xanın sarayı ölkələrimizin tarixinin və mədəniyyətinin zənginliyini nümayiş etdirir.

Şəki 2016-cı il üçün Türk dünyasının mədəniyyət paytaxtı, Kokand isə 2021-ci il üçün Türk dünyasının turizm paytaxtı elan edilib. Kokandda hər iki ildən bir Beynəlxalq Xalq Tətbiqi İncəsənət Festivalının keçirilir.

-Samir müəllim, imzalanan bu “Qardaşlaşmış şəhərlər” haqqında müqavilə çərçivəsində Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzi hansı tədbirləri və layihələr planlaşdırır?

-Bu il biz Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Özbəkistanda geniş Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin keçirilməsini planlaşdırırıq. Tədbirlərin Daşkənd, Səmərqənd, Sırdərya, Qaşqadərya vilayətlərində keçirilməsi nəzərdə tutulub. Bu tədbirlər çərçivəsində yeni “Qardaşlaşmış şəhərlər” müqaviləsi imzalayan Azərbaycan şəhərlərinin təqdimatı keçiriləcək.

İl ərzində Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə Özbəkistan mətbuatında Şuşa, Gəncə, Lənkəran, Şəki haqqında, Azərbaycan mətbuatında isə Xivə, Səmərqənd, Buxara və Kokand, onların tarixi, mədəniyyəti, turizmi, tanınmış şəxsiyyətləri haqqında məqalələrin verilməsinə dəstək göstəriləcək.

Bundan başqa, Azərbaycan Mədəniyyət Mərkəzinin 2023-cü il təsdiq olunmuş iş planına əsasən Özbəkistanın aparıcı media qurumları, jurnalistlərin iştirakı ilə Şuşaya mediaturun təşkili, Özbəkistan Jurnalistlər İttifaqı ilə birgə hər il qardaş ölkənin KİV-ləri arasında Azərbaycan haqqında müxtəlif nominasiyalar üzrə elan etdiyimiz müsabiqədə bir nominasiyanın Şuşaya həsr olunması, “Xivə-Bursa-Şuşa: Türk dünyasının mədəniyyət paytaxtları” adlı layihənin həyata keçirilməsi, Özbəkistan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu ilə birgə “Kokand və Şuşa ədəbi mühitinin Türk ədəbiyyatında yeri və rolu: Nadirabegim və Natəvan yaradıcılığı kontekstində” adlı elmi konfransın keçirilməsi, nəşrin hazırlanması, Özbəkistanın Səmərqənd, Buxara, Kokand şəhərlərində yerləşən universitetlərlə Azərbaycanın Gəncə, Lənkəran və Şəki şəhərlərində ali təhsil ocaqları arasında əlaqələrin yaradılması, qarşılıqlı səfərlərin, mədəniyyət, turizm, gənclər təşkilatları arasında əlaqələrin genişlənməsi, birgə elmi araşdırmaların, layihələrin icrasına dəstək nəzərdə tutulub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı