Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan və Rusiya hüquq alimləri arasında elmi körpü yaratmış jurnal

Azərbaycan və Rusiya hüquq alimləri arasında elmi körpü yaratmış jurnal

Bakı, 29 dekabr, AZƏRTAC

Rusiya-Azərbaycan humanitar əlaqələri son 20 ildə daha yüksək dinamizmlə inkişaf edib, xüsusilə elm və təhsil sahəsində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi prioritet istiqamətlərdən birinə çevrilib.

Xatırlatmaq lazımdır ki, Prezident Vladimir Putinin hələ 2001-ci ildə Azərbaycana reallaşan ilk rəsmi səfərindən sonra Rusiya Federasiyasının Təhsil Nazirliyi azərbaycanlı gənclərin bu ölkədə təhsil almaları üçün müxtəlif ali təhsil müəssisələrində 100-dək yer ayırıb. Azərbaycanlı tələbələr bu gün M.V.Lomonosov adına Moskva Dövlət Universitetində, D.Mendeleyev adına Rusiya Kimya-Texnologiya Universitetində, İ.M.Qubkin adına Dövlət Neft və Qaz Akademiyasında, G.V.Plexanov adına Rusiya İqtisadiyyat Akademiyasında, İ.M.Seçenov adına Moskva Tibb Akademiyasında, O.E.Kutafin adına Moskva Dövlət Hüquq Universitetində, Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasında və digər nüfuzlu universitetlərdə təhsil alırlar.

İkitərəfli elmi əlaqələrin inkişafında təkcə ali təhsil müəssisələrinin, habelə nüfuzlu elm xadimlərinin deyil, ixtisaslaşmış elmi təşkilatların rolunu xüsusi qeyd etmək lazımdır. Hüquq sahəsində müştərək elmi tədqiqatların və layihələrin reallaşdırılmasında Moskva şəhərində yerləşən Beynəlxalq Kriminalistlər və Kriminoloqlar İttifaqı, habelə qurumun Azərbaycan nümayəndəliyi öz sözünü deyir.

İttifaq 1992-ci ildə Moskva Dövlət Hüquq Universitetinin (MDHU) rektoru, akademik Oleq Kutafinin təşəbbüsü ilə yaradılıb. Təşkilata 2010-cu ildən tanınmış hüquqşünas, Rusiya Federasiyasının Əməkdar elm xadimi və Ali Attestasiya Komissiyasının elmi katibi, professor İqor Maskeviç rəhbərlik edir. İttifaqın Azərbaycan nümayəndəliyi də səmərəli elmi fəaliyyətinə, təşəbbüskarlığına, novator tədqiqatlarına görə fərqlənir.

AZƏRTAC xəbər verir ki, çoxşaxəli hüquqi araşdırmaların, ikitərəfli və çoxtərəfli elmi-hüquqi əlaqələrin geniş auditoriyaya çatdırılmasında İttifaqın təsisçi olduğu “Kriminalistlər və Kriminoloqlar İttifaqı” beynəlxalq elmi jurnalın da xidmətləri müstəsnadır. Rübdə bir dəfə nəşr olunan, Rusiya Federasiyası Ali Attestasiya Komissiyası tərəfindən tanınan jurnalda Rusiya və postsovet məkanının elmi-hüquqi problemləri yüksək peşəkarlıqla araşdırılır, eyni zamanda, dünya təcrübəsinə istinadlar edilir. Nəşr sanballı elmi tədqiqatlara yer verməklə, habelə nəzəri problemləri dərin analitik təhlil sücgəcindən keçirməklə, təkcə fundamental tədqiqatlarla məşğul olan nüfuzlu alimlərin deyil, praktik fəaliyyətə üstünlük verən hüquqşünasların da dərin rəğbətini qazanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının və O.E.Kutafin adına Moskva Dövlət Hüquq Universitetinin təşəbbüsü ilə “Kriminalistlər və Kriminoloqlar İttifaqı” jurnalının 2020-ci ilin III rübündə çapdan çıxmış nömrəsi Azərbaycan - Rusiya elmi əməkdaşlığına, eləcə də hüquq elminin aktual məsələləri üzrə tədqiqatlara həsr olunub.

Jurnala “Ön söz”ü Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, eləcə də Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Xidməti Akademiyasının rektoru Vladimir Mau və O.E.Kutafin Moskva Dövlət Hüquq Universitetinin rektoru Viktor Blajeyev yazıblar.

Akademik Urxan Ələkbərov “Ön söz”ündə jurnalın ərsəyə gəlməsindəki nəcib və faydalı təşəbbüslərinə, habelə iki ölkənin hüquqşünasları arasında xoş ənənələrə əsaslanan intensiv əlaqələrin, elmi-hüquqi bazanın inkişafındakı xidmətlərinə görə yuxarıda adları çəkilən Rusiya ali təhsil ocaqlarının rəhbərlərinə təşəkkürünü bildirib. Qeyd olunub ki, insan sivilizasiyası inkişafının hazırkı mərhələsi qlobal və lokal səviyyədə çoxsaylı iqtisadi, humanitar və sosial xarakterli çağırışları aktuallaşdırıb. “Bu, elmin və təcrübənin bütün sahələrinə, o cümlədən insanların iqtisadi, ekoloji və fərdi təhlükəsizliyinin təmininə, onların iqtisadiyyatın müxtəlif sahələrində praktiki fəaliyyətinə və beynəlxalq siyasətin həyata keçirilməsinə aiddir. Bu nəşrdə təqdim olunan elmi tədqiqatların nəticələri çox qiymətlidir və yuxarıda sadalanan məqsədlərə xidmət edir. Eyni zamanda, Rusiya-Azərbaycan elmi əlaqələrinin inkişafına, hüquqi-praktik məsələlərin həllinə qiymətli töhfədir”, - deyə vurğulayan akademik Urxan Ələkbərov ikitərəfli qarşılıqlı faydalı əlaqələrin bundan sonra da yüksək dinamizmlə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

“Kriminalistlər və Kriminoloqlar İttifaqı” jurnalında tanınmış azərbaycanlı hüquqşünas alimlərin dərc olunmuş məqalələri, eyni zamanda, respublikamızda həyata keçirilən demokratik ruhlu hüquqi islahatlara sanballı, elmi-konseptual yanaşmanı və analitik baxışı əks etdirir. Bu baxımdan, “Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli hüquq mənbələrinin formalaşması problemləri”, “Azərbaycan Respublikası qanunvericiliyində tibb işçilərinin peşə cinayətlərinə görə məsuliyyətinin diferensasiyası”, “Birləşmiş Millətlər Təşkilatının qlobal əks-terrorçuluq strategiyası və dini terrorizmə görə məhkum edilmiş şəxslərin islahı üzrə işlərin təkmilləşdirilməsi zəruriliyi”, “Heydər Əliyevin kriminoloji baxışları”, “Beynəlxalq yükdaşımalarda nəqliyyat təhlükəsizliyi”, “İnsan hüquq və azadlıqlarının beynəlxalq-hüquqi tənzimlənməsi”, “Müqəddəs kitablarda cəza” və s. sərlövhəli məqalələr elmi-analitik siqləti, faktoloji zənginliyi və mövzuya orijinal yanaşma spesifikası ilə maraq doğurur.

Nəşrdə işıq üzü görmüş bir sıra tədqiqatlar aktuallığına və praktiki əhəmiyyətinə görə seçilir. Bu sırada, ilk növbədə, Rusiya Kriminalistlər və Kriminoloqlar İttifaqının sədri, professor İqor Maskeviçin “Heydər Əliyevin kriminoloji baxışları” məqaləsini qeyd etmək lazımdır. Məqalədə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin mühüm mərhələlərinə toxunulur, xüsusilə təhlükəsizlik orqanlarındakı qüsursuz, nümunəvi fəaliyyətinin keçmiş Azərbaycan SSR-də qanunçuluğun, hüquq qaydalarının etibarlı təminatı, cinayətkarlığın müxtəlif forma və təzahürlərinə qarşı səmərəli mübarizənin təşkili baxımından əhəmiyyəti vurğulanır.

Məqalədəki maraqlı xatırlatma da diqqəti cəlb edir: 1980-ci illərin ortalarında Ümumittifaq Hüquq İnstitutunda (indiki Moskva Dövlət Hüquq Universiteti) böhranlı vəziyyət yaranır və bu təhsil müəssisəsi bağlanmaq təhlükəsi ilə üzləşir. Həmin illərdə SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsində çalışan, elm və təhsil sahələrinə rəhbərlik edən Heydər Əliyev bunun yolverilməz olduğunu qətiyyətlə əsaslandıraraq ümumittifaq əhəmiyyətli təhsil ocağının bağlanmasının qarşısını alır.

Məqalədə, həmçinin qeyd edilir ki, Ulu Öndər xeyli sonralar - 1990-cı illərdə Rusiyaya rəsmi səfərlərinin birində MDHU-nu ziyarət edib, habelə Kriminalistlər və Kriminoloqlar İttifaqının fəaliyyəti ilə tanış olub, dəyərli tövsiyələrini verib.

Jurnalda diqqəti cəlb edən digər elmi tədqiqat işi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq kafedrasının müdiri, professor İsaxan Vəliyevin “İnsan hüquq və azadlıqlarının qorunmasının beynəlxalq-hüquqi tənzimlənməsi” məqaləsidir. Yeri gəlmişkən qeyd edək ki, İsaxan Vəliyev Kriminalistlər və Kriminoloqlar İttifaqının Azərbaycandakı rəsmi nümayəndəliyinin rəhbəri, habelə “Kriminalistlər və Kriminoloqlar İttifaqı” jurnalının redaksiya kollegiyasının üzvüdür.

Prosessor İsaxan Vəliyevin elmi məqaləsi insan hüquqları məhfumunun faktiki olaraq bütün zaman və məkanlarda inkişafına həsr olunub. Məqalədə 1789-cu ilə - Fransa Burjua inqilabı dövrünə təsadüf edən İnsan Haqları Deklarasiyası haqqında geniş məlumat verilib, sənədin 7 və 8-ci bəndlərinin sonradan cinayət hüququ elminin əsas prinsiplərindən birinə çevrilməsi qeyd olunub. Həmin müddəalarda deyilir ki, heç kəs qanunda göstəriləndən başqa hallarda günahlandırıla və həbs oluna bilməz.

“Kriminalistlər və Kriminoloqlar İttifaqı” jurnalının nəşri və fəaliyyəti iki ölkənin tanınmış elm xadimləri arasında əlaqələrin genişləndirilməsi, faydalı elmi müzakirələrin təşkili, hüquqi-elmi yeniliklərin təbliği baxımından əhəmiyyətli hesab edilir. Beynəlxalq elmi jurnal müxtəlif sahələr üzrə tədqiqatlar aparan görkəmli hüquq alimlərini vahid məqsədlər ətrafında birləşdirən, mübahisəli hüquqi məsələlər ətrafında elmi müzakirələri təmin edən səmərəli əməkdaşlıq platformasıdır.

Ümumilikdə Rusiya və Azərbaycanın hüquq ictimaiyyətinin yekdil yanaşması, mövqeyi bundan ibarətdir ki, ölkələrimizin elmi elitaları arasında uzun illər boyu formalaşmış faydalı münasibətlər hazırkı dövrün aktual çağırışlarına adekvat olaraq daha da genişləndirilməli, ikitərəfli əlaqələrə sanballı töhfələr verməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – Dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar

“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək

Türkiyə XİN: Türk Əsrini birlik içində qururuq

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Tovuzda fərdi yaşayış evində bir nəfərin ölümü ilə nəticələnən yanğın olub

İraq Respublikasının Prezidenti Zati-aliləri cənab Nizar Amidiyə

Koreya Respublikasının Prezidenti Zati-aliləri cənab Li Cemyönə

Almaniya Federativ Respublikasının Prezidenti Zati-aliləri cənab Frank-Valter Ştaynmayerə

Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib VİDEO

3 Oktyabr Türk Dövlətlərinin Əməkdaşlıq Günüdür

Bakıda ərzaq satışı köşkündə yanğın olub, bir nəfərin meyiti aşkarlanıb

Ötən gün 63 cinayətin açılması təmin olunub

Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsi müstəqil Azərbaycanın tarixində yeni mərhələ yaratdı ŞƏRH

Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək

Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qubada ilk qar VİDEO

Qubada ilk qar VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Tovuzda baş verən ölüm hadisəsinin təfərrüatları məlum olub YENİLƏNİB VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Azərbaycan nefti 124 dollara satılır VİDEO

Suqovuşan və Talış kəndlərinin işğaldan azad edilməsindən 6 il ötür

Yaponiya 2030-cu ildə yeni raketlərin kütləvi istehsalına başlayacaq

Ulu Öndərin dövlətçilik irsi müasir Azərbaycan tarixinin öyrənilməsində mühüm mövzulardan biridir

Ulu Öndər Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi

Suraxanı rayonunun bəzi ərazilərində işıq olmayacaq

ABŞ BMT üzvlərini İrana qarşı sanksiyalara əməl etməyə çağırıb

Hörmüz boğazında neft tankerinə atəş açılıb

G20 ölkələri ərzaq ticarətinin siyasi məqsədlər üçün istifadəsini pisləyib

BMT: 2025-ci ildə dünyada 6 milyona yaxın qaçqın uşaq məktəbdən kənarda qalıb

Şimali Koreya Yapon dənizinə doğru raket atıb

Tramp dizel yanacağının ixracına qadağa qoyulmayacağını bildirib

İsrail ordusu Suriyanın cənubundakı Kuneytra əyalətini atəşə tutub

Tramp ASEAN sammitində iştirak etmək üçün Filippinə səfər edəcək

ABŞ-Ukrayna fondu ilk mədən müqaviləsini imzalayıb

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib