Azərbaycan və Türkiyə arasında gənclər sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə edilib
Bakı, 20 oktyabr, AZƏRTAC
Türkiyə Respublikası Gənclər və İdman Nazirliyinin 10 əməkdaşı "Türkiyə-Azərbaycan Mütəxəssis Mübadiləsi Proqramı" çərçivəsində ölkəmizdə səfərdə olub.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, proqramın məqsədi ölkələr arasında gənclər sahəsində səmərəli əməkdaşlığın təmin olunması və gənclər siyasəti mövzusunda məlumat mübadiləsinin aparılmasıdır.
Səfər çərçivəsində qonaqlar Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman İdarəsi, Binəqədi Gənclər Evi, Bakı Gənclər Mərkəzi, Gənclər Təşkilatları Milli Şurasında görüşlər keçirib, qarşılıqlı əməkdaşlıq və gələcək planlar ətrafında fikir mübadiləsi aparıblar.