Azərbaycan velosipedçiləri Ukraynanın “Lvov” komandası ilə müqavilə imzalayıblar
Bakı, 18 fevral, AZƏRTAC
Ölkəmizin şose velosipedi üzrə elit milli komandasının üzvü Elçin Əsədov və U-23 yığmamızın velosipedçisi Mahmud Məmmədov Ukraynanın “Lvov” kontinental komandası ilə müqavilə imzalayıblar.
AZƏRTAC xəbər verir ki, idmançılarımız 2019-cu ilin sonunadək bu komandanın heyətində beynəlxalq yarışlarda iştirak edəcəklər.
Dəfələrlə Azərbaycan çempionatlarının qalib və mükafatçısı olmuş elit yığmamızın lider idmançısı Elçin Əsədovun son klubu “Baku Cycling Project” kontinental komandası olub. Yeniyetmə və gənclər arasında Azərbaycan birinciliklərinin qalib və mükafatçısı adını qazanan perspektivli idmançımız Mahmud Məmmədov isə ötən il 18 yaşının tamam olması ilə əlaqədar bu ildən etibarən U-23 yaş qrupuna keçib.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən, velosipedçilər 18 yaşları tamam olduqdan sonra peşəkar klublarla müqaviləyə imza ata bilərlər.
“Lvov” klubunun heyətində çıxış edəcək idmançılarımızı “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xalları verən kifayət qədər nüfuzlu yarış gözləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [17:15]
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib
- 10.10.2026 [16:18]
Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib
- 10.10.2026 [14:52]
Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib
- 10.10.2026 [14:44]
Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub
- 10.10.2026 [14:23]
III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub
- 10.10.2026 [13:21]
Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur
- 10.10.2026 [11:39]
Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib
Bu saata olan əsas xəbərlər
- [12:01]
“Qalatasaray” növbəti qələbəsini qazanıb
- 09.10.2026 [23:30]
Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına
- 09.10.2026 [23:18]