Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Stokholmda görüşdə iştirak edib
AZƏRTAC xəbər verir ki, “Şərq Tərəfdaşlığı” proqramının iştirakçısı olan bütün ölkələrin, eləcə də Polşa, İsveç və Almaniyanın nümayəndələrinin iştirak etdikləri görüşdə tərəflər proqramın reallaşdırılması perspektivlərini, həmçinin qarşılıqlı əlaqələrin və təhlükəsizliyin aktual məsələlərini müzakirə ediblər.
Tədbir başa çatandan sonra AZƏRTAC-a müsahibə verən Mahmud Məmmədquliyev görüşün əhəmiyyətini qeyd edib. Nazir müavini deyib: “Yaxın günlərdə Bakıda “Şərq Tərəfdaşlığı” Proqramının iştirakçısı olan ölkələrin nümayəndələrinin növbəti görüşü keçiriləcək. Bu görüşlər gələn il Riqada keçiriləcək sammitə hazırlıq məqsədi daşıyır. Hesab edirik ki, bu görüşlərdə proqramın iştirakçısı olan ölkələrdə dondurulmuş münaqişələrin həlli üçün həlledici addımlar atılmalıdır, çünki bu münaqişələr inkişafa mane olur”.
M.Məmmədquliyev onu da vurğulayıb ki, Azərbaycan ilə Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi, readmissiya haqqında, eləcə də enerji sahəsində əvvəllər imzalanmış sazişlər faydalı əməkdaşlığın nümunələridir.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [11:00]
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
- 02.10.2026 [10:53]
Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:55]
TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər
- 01.10.2026 [22:51]
Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil
- 01.10.2026 [22:41]
Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib
- 01.10.2026 [22:22]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [21:16]
Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib
- 01.10.2026 [21:07]
Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək
- 01.10.2026 [20:35]
Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib
- 01.10.2026 [20:15]
Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma
- 01.10.2026 [20:04]
Bu saata olan əsas xəbərlər
- 01.10.2026 [20:01]
Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib
- 01.10.2026 [19:51]
Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
- 01.10.2026 [19:33]
AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib
- 01.10.2026 [19:30]
Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir
- 01.10.2026 [19:17]