AZƏRBAYCANA ALMANİYADAN CİNS DAMAZLIQ HEYVANLAR GƏTİRİLİR
Bakı, 10 fevral (AZƏRTAC). “Aqrolizinq” ASC-dən bildirmişlər ki, Azərbaycana Almaniyadan cins damazlıq heyvanların gətirilməsinə başlanmışdır.
Hər birinin xüsusi pasportu olan 191 cins heyvan Gəncə “Aqrolizinq” Cəmiyyətinin tövlələrinə yerləşdirilmişdir. Artıq onların karantin dövrü başa çatmışdır. Baytarlıq xidmətinin apardığı monitorinqlər zamanı bu mallarda infeksion xəstəliklər aşkar olunmamışdır.
Qeyd edək ki, heyvanları “Aqrolizinq” ASC-nin elan etdiyi tenderdə qalib gəlmiş Böyük Britaniyanın “Rista Alliance” şirkəti gətirir. Tenderin şərtlərinə əsasən, 300 baş Şves cinsli, 500 baş südlük qara-ala və Holstin-friz cinsli, 200 baş südlük Sim-mental cinsli qaramalın satın alınması nəzərdə tutulur. Heyvanlar fermerlərə 50 faiz güzəştlə satılacaqdır. Fermerlər 50 faiz vəsaitin yarısını əvvəlcədən, qalan hissəsini isə 3 il ərzində hissə-hissə ödəyəcəklər.
Mart ayında Almaniyadan daha 400 baş cins heyvan gətiriləcəkdir. Bu proses 2015-ci ilə kimi davam edəcək və ölkəyə 40 min baş mal-qara idxal olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]