AZƏRBAYCANDA AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRİ MƏRKƏZLƏŞDİRİLMİŞ FORMADA HƏLL EDİLİR
Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirən H.Hüseynova dedi ki, ölkədə bütün sahələrdə əldə olunan uğur və nailiyyətlər ailə, qadın və uşaq problemlərinin müəyyən həllinə də öz müsbət təsirini göstərməkdədir. İqtisadiyyatımızın sürətli inkişafı ailə, qadın və uşaq problemlərinin həllinə güclü zəmin yaratmışdır. Sosial çatışmazlıqların aradan qaldırılması istiqamətində dövlətimizin həyata keçirdiyi tədbirlər olduqca əhəmiyyətlidir. Dövlət komitəsi də bu sahədə üzərinə düşən vəzifələri ardıcıl şəkildə həyata keçirir.
Cari ilin doqquz ayında komitəyə daxil olan bütün müraciətlərin hər biri dərindən təhlil olunmuş, qaldırılan məsələlərin həlli istiqamətində bütün imkanlardan istifadə edilmişdir.
Azərbaycanda ailə, qadın və uşaq problemləri ilə artıq mərkəzləşmiş qaydada məşğul olunduğunu diqqətə çatdıran H.Hüseynova bildirdi ki, ailə, qadın və uşaq hüquqlarının qorunması haqqında müvafiq normativ-hüquqi aktlar komitənin aidiyyəti strukturları tərəfindən dərindən araşdırılmış və daha təkmil qanunvericilik bazasının formalaşdırılması məqsədi ilə Milli Məclisə təkliflər göndərilmişdir.
Beynəlxalq münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyətindən bəhs edən natiq dedi ki, bütün beynəlxalq tədbirlərdə Azərbaycan reallıqları təbliğ edilir, təcavüzkar Ermənistanın hərbi qüvvələri tərəfindən Azərbaycan torpaqlarının bir hissəsinin işğal edilməsi, ev-eşiyini itirən qaçqın və məcburi köçkünlərin Azərbaycanda ailə, qadın və uşaq problemlərini yaradan əsas faktor olduğu diqqətə çatdırılır. Eyni zamanda gender bərabərliyinin təmin edilməsi istiqamətində görülən işlər və mövcud imkanlar barədə məlumat verilir.
Qarşıda duran vəzifələrdən danışan komitə sədri bildirdi ki, sahibkar qadınların hüquqlarını müdafiə etmək, Dövlət Uşaq müəssisələrindəki uşaqları ailələrə vermək, qaçqın və məcburi köçkün uşaqlarının maddi rifah halını yaxşılaşdırmaq, qayğıya daha çox ehtiyacı olan, xüsusilə əlil uşaqların inkişafı üçün normal şərait yaratmaq, əsas fəaliyyət istiqamətləri üzrə beynəlxalq təşkilatlarla, eləcə də QHT-lərlə əməkdaşlığı genişləndirmək və digər məsələlər perspektiv plana daxildir.
Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]
Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib
- 16.10.2026 [20:10]
Bu saata olan əsas xəbərlər
- 16.10.2026 [20:00]
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur
- 16.10.2026 [19:34]