Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri arasında şahmat turnirinə start verilib
Bakı, 3 mart, AZƏRTAC
Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri arasında şahmat turnirinə start verilib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “İdman həftəsi” çərçivəsində keçirilən və iki gün davam edəcək yarışda Böyük Britaniya, Fransa, Bolqarıstan, Qətər, Venesuela və Hindistanın ölkəmizdəki səfirliklərinin əməkdaşları mübarizə aparırlar.
Yarışın açılış mərasimində gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE vitse-prezidenti Mahir Məmmədov çıxış edərək 5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan yarışın iştirakçılarına uğurlar arzulayıblar.
Turnir FIDE-nin qaydaları əsasında keçirilir. Yeddi turdan ibarət yarışda iştirakçılar fərdi qaydada mübarizə aparırlar.