Azərbaycanda həyata keçirilən dəmir yolu layihələrində İtaliya şirkətlərinin iştirakı müzakirə edilib
Bakı, 15 noyabr, AZƏRTAC
"Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmovla İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffurinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə “ITALRAIL” Konsorsiumuna daxil olan şirkətlərin dəmir yolu nəqliyyatı ilə bağlı istehsal etdiyi müxtəlif xüsusi texnika, işarəvermə, rabitə, təhlükəsizlik və digər sistemlər barədə geniş təqdimat edilib. Həmçinin ölkəmizdə həyata keçirilən dəmir yolu layihələrində İtaliya şirkətlərinin iştirak imkanlarına dair müzakirələr aparılıb.
R.Rüstəmov da, öz növbəsində, ADY-nin xidmətləri və gələcək hədəfləri barədə qonaqlara ətraflı məlumat verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb
- 04.10.2026 [23:37]
Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb
- 04.10.2026 [23:06]
GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir
- 04.10.2026 [22:32]
Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB
- 04.10.2026 [22:13]
Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar
- 04.10.2026 [21:23]
Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq
- 04.10.2026 [21:04]