Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCANDA MİLLİ PROKURORLUĞUN YARADILMASININ 86-CI İLDÖNÜMÜ QEYD EDİLMİŞDİR

Oktyabrın 1-də Azərbaycan Respublikası Prokurorluğunda ölkəmizdə milli prokurorluq orqanlarının yaradılmasının 86-cı ildönümünə və prokurorluq işçilərinin peşə bayramı gününə həsr edilmiş mərasim keçirilmişdir.

Mərasimdən əvvəl Prokurorluğun şəxsi heyəti Şəhidlər xiyabanına gedərək, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş vətən oğullarının xatirəsini yad etdi. Respublikanın Baş prokuroru Zakir Qaralov “Əbədi məşəl” abidəsi önünə əklil qoydu.

Respublika Prokurorluğunda keçirilən mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başladı. Salona toplaşanlar xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Mərasimdə çıxış edən Baş prokuror Zakir Qaralov prokurorluq orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək vurğuladı ki, bu sevinci bizə müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyev bəxş etmişdir. O, prokurorluq işçilərinin peşə bayramı günü ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin əməkdaşların bir qrupunu yüksək dövlət mükafatlarına və ali xüsusi rütbələrə layiq görməsini prokurorluğa dövlət səviyyəsində göstərilən etimadın təzahürü və prokurorluq işçilərinin fəaliyyətinə verilən yüksək qiymət kimi səciyyələndirdi. Baş prokuror kollektiv adından Prezidentə minnətdarlığını bildirərək dedi ki, prokurorluq işçiləri onlara göstərilən etimadı doğrultmaq üçün səylərini əsirgəməyəcəklər.

Natiq son bir ildə respublikamızın ictimai-siyasi həyatında mühüm hadisələrin baş verdiyini, vətəndaş cəmiyyəti formalaşdırılması istiqamətində müsbət nəticələrin əldə edildiyini xatırlatdı, sonuncu prezident seçkilərini xüsusi vurğulayaraq dedi ki, demokratik şəraitdə keçirilən bu seçkilərdə, 1993 və 1998-ci illərdə olduğu kimi, yeganə düzgün seçimini edən Azərbaycan xalqı ölkəmizin inkişafını, müstəqilliyimizin əbədiliyini təmin edən siyasətə səs vermişdir. Z.Qaralov Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızın sosial-iqtisadi inkişafı, əhalinin həyat şəraitinin qabaqcıl ölkələr səviyyəsinə qaldırılması, demokratik dəyərlərin tam şəkildə reallaşması və dünya birliyinə hərtərəfli inteqrasiyası, ən əsası isə, doğma torpaqlarımızın erməni işğalından azad edilməsi istiqamətində müəyyənləşdirilmiş strateji xəttə uyğun olaraq məqsədyönlü tədbirlərin həyata keçirildiyini vurğuladı.

Eyni zamanda, prokurorluğun dövlət təsisatı kimi daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışdı, bu sırada Prezident İlham Əliyevin imzaladığı “Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Sərəncamının xüsusi əhəmiyyət kəsb etdiyini bildirdi. O dedi ki, Sərəncamın tələblərinə müvafiq olaraq, Baş prokurorun yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin yaradılması haqqında göstərişin verilməsi, ilk növbədə, prokurorluq orqanlarına dövlət səviyyəsində göstərilən inamla yanaşı, prokurorluğun strukturunun daha da təkmilləşməsinə yönəldilmiş mühüm bir addımdır.

Z.Qaralov bildirdi ki, Azərbaycan Milli Prokurorluğunun yaradılmasının 86-cı ildönümünü qeyd edən prokurorluq orqanları xalqımızın öz müstəqilliyi uğrunda apardığı mübarizənin tarixi ilə bərabər çətin və mürəkkəb, eyni zamanda, şərəfli inkişaf yolu keçərək, hansı şəraitdə fəaliyyət göstərməsindən asılı olmayaraq, son nəticədə millətinə və dövlətçilik ideyalarına sədaqətlə qulluq etmiş, qanunçuluğun möhkəmləndirilməsi və cinayətkarlığa qarşı mübarizədə öz xidmətlərini göstərmişdir.

Baş prokuror 2000-ci ildə Prezident Heydər Əliyevin prokurorluq orqanlarının rəhbər işçiləri ilə keçirdiyi müşavirədə bu orqanlarda yaranmış qeyri-sağlam mühit, vəzifədən sui-istifadə hallarına və istintaq zamanı ədalətsiz hərəkətlərə yol verilməsi, şəxsi məqsədlər naminə qanunlar pozulmaqla cinayətkarlara havadarlıq edilməsi, özəl sektorun inkişafı yolunda ciddi maneə olan qanunsuz yoxlamaların keçirilməsi kimi mənfi hallar kəskin tənqid edilməklə, onların aradan qaldırılması üçün qısa müddət ərzində ən qəti tədbirlərin görülməsini prokurorluğun yeni rəhbərliyinin qarşısında vəzifə kimi qoyduğunu xatırlatdı. O dedi ki, ölkəmizdə aparılan yenidənqurma prosesindən kənarda qalan Azərbaycan Prokurorluğunda məhz bu müşavirədən sonra hərtərəfli islahatlara təkan verildi. Ölkəmizdəki məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluqda görülməsi vacib olan işlərin əsas istiqamətləri müəyyənləşdirildi. Bununla əlaqədar dövlət başçısının imzaladığı bir sıra Fərman və Sərəncamların prokurorluğun formalaşdırılması üçün zəruri qanunvericilik əsaslarının yaradılmasında xüsusi rolu oldu.

Prokurorluqda kadr işinin daha da təkmilləşdirilməsi istiqamətində görülən tədbirlərdən söhbət açan natiq əməkdaşların peşə hazırlığının artırılması üçün müasir tələblərə cavab verən Tədris Mərkəzinin formalaşdırılmasını, kadrlara qarşı tələbkarlığın artırılması, icra və əmək intizamının daha da möhkəmləndirilməsi sahəsində görülən işləri vurğuladı.

Baş prokuror cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizənin kəsərliliyinin daha da artırılmasının, daxili işlər və milli təhlükəsizlik nazirlikləri ilə sağlam və işgüzar münasibətlər əsasında qurulmuş qarşılıqlı əlaqələrin gücləndirilməsinin nəticəsi olaraq, hazırda ölkədə kriminogen durumun tam nəzarətdə olduğunu, mütəşəkkil cinayətkarlığa qarşı birgə mübarizənin sayəsində qatı cinayətkar dəstələrin zərərsizləşdirildiyini bildirdi. Eyni zamanda, “Prokurorluq haqqında” qanunla müəyyənləşdirilmiş fəaliyyət istiqamətləri üzrə prokurorluğun işinin səmərəliliyi və keyfiyyətinin daha da yüksəldilməsi, o cümlədən qanunun aliliyi və insan hüquqlarının daha etibarlı müdafiəsi istiqamətində zəruri tədbirlərin görüldüyünü söylədi.

Z.Qaralov əminliklə vurğuladı ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətçilik siyasəti nəticəsində demokratik bir qurum kimi formalaşmış Azərbaycan Prokurorluğu öz fəaliyyətini dövrün tələbləri səviyyəsində qurmaqla, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın demokratik dəyərlər əsasında hərtərəfli inkişafına istiqamətləndirilmiş dövlətçilik tədbirlərinin həyata keçirilməsində yaxından iştirak edəcəkdir.

Sonra Prokurorluq orqanlarının veteranları, ali xüsusi rütbələrə layiq görülmüş və yüksək dövlət mükafatları ilə təltif olunmuş əməkdaşları çıxış edərək, ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildirdilər.

Mərasimdə Prokurorluğun mərkəzi aparatının bir qrup əməkdaşına vaxtından əvvəl rütbə, fəxri fərmanlar və hədiyyələr təqdim olundu.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa İttifaqında sığınacaq müraciətlərinin sayı kəskin azalıb

Ukrayna Müdafiə Nazirliyi: Rusiyanın neft emalı gücünün yarıdan çoxu sıradan çıxarılıb

ABŞ-də əyləncə zamanı atışma olub: 2 nəfər ölüb, 35 nəfər yaralanıb

Media: “Flydubai” pilotu təyyarəni terminala çırpmağı planlaşdırıb

GAİM soydaşlarımızın ali məktəblərə hazırlıq proqramını davam etdirir

Türkiyənin cənubunda yenidən zəlzələ baş verib – YENİLƏNİB

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Şəhid leytenant Elvin Şükürlünün anım mərasimi olub VİDEO

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 4 medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Böyük Britaniyada sərhəd keçidlərində üztanıma sistemindən istifadə olunacaq

Cəbrayıl Şəhəri Günü mədəni tədbirlərlə yadda qalıb

Biləsuvarda avtomobil aşıb, xəsarət alan var

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Əhməd Yusifov: Kəmərdən tutub üstünə əlimi atanda hiss etdim ki, çempion ola bilərəm VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniyanın ikinci ən varlı şəxsi Monakoya köçüb

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Deputat: Müstəqil siyasət Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir VİDEO

Selçuk Bayraktar: Azərbaycanda da “TEXNOFEST” nəslinin yüksəlişinin şahidi oluruq

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında qızıl medal qazanıb YENİLƏNİB -2 VİDEO

Millətlər Liqası: Azərbaycan millisi Litvanı məğlub edərək liderliyə yüksəlib

İraqın və Türkiyənin nümayəndələri arasında Ceyhan limanı vasitəsilə neftin ixracının artırılması ilə bağlı fikir mübadiləsi aparılıb

Rusiyaya məxsus 2 qırıcı təyyarə və silah-sursat daşıyan avtomobil karvanı vurulub

“Tbilisoba” bayramında “Azərbaycan guşəsi”ni yüzlərlə insan ziyarət edib

Azərbaycan gimnastları İtaliyada keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıblar

V Şəki Beynəlxalq Teatr Festivalı keçirilir

Almaniya Ukraynaya 1,3 milyard avro dəyərində yardım paketi ayırıb

İranın xarici işlər naziri: Müharibə və sanksiyalar nəticə verməyəcək

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Fikrət Sadıxov: Azərbaycanın müstəqil siyasəti mühüm nəticələr verib VİDEO

Misir Prezidenti: Afrika dövlətlərinin daxili işlərinə istənilən xarici müdaxiləni rədd edirik

Hörmüz boğazında gəmi mərmi ilə vurulub

Milli Kitabxanada Cəbrayıl Şəhəri Günü münasibətilə virtual və ənənəvi kitab sərgiləri təqdim olunub

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Cəbrayıl Şəhəri Günü konsert proqramı ilə qeyd olunub VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Bakı, Xəzər, paxlava və qardaşlıq: Astanada Azərbaycan haqqında nə düşünürlər - SORĞU VİDEO

Türkiyə qəzeti: Yeni Azərbaycan Partiyası bundan sonra da öz hədəflərinə çatacaq

Azərbaycan Türkiyə mallarının idxalı üzrə TDT ölkələri arasında lider mövqedədir

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası keçirilib

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Şamaxının Gülüstan qalasında yeni arxeoloji tapıntılar aşkarlanıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Balabəy Ağayev mübarizəni dayandırıb VİDEO

Cüdo üzrə dünya çempionatı: Könül Əliyeva səkkizdəbir finala yüksəlib

Azərbaycan Meksikada Ümumdünya İrs Şəhərləri Festivalında təmsil olunub

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Cəbrayıl şəhərində uşaqlar rəssamlıq üzrə ustad dərslərindən faydalanıblar VİDEO

Sankt-Peterburqda Üzeyir Hacıbəylinin 141 illiyi həsr olunmuş tədbir keçirilib

Türinq mükafatı laureatı Con Hopkroft AI dövründə Azərbaycanın diqqət yetirəcəyi məsələlərdən bəhs edib

Tofiq Bəhramov adına Respublika Stadionunun yubileyi münasibətilə yoldaşlıq oyunu təşkil olunub

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Algimantas Lyubinskas: Bakı ilə bağlı çox gözəl xatirələrim var

Fransada polis zorakılığı: Deputat zorakılıqla bağlı videonu prokurorluğa təqdim edib

Cəbrayıl Şəhəri Günündə uşaqlar üçün tamaşa nümayiş etdirilib

Vəli Qasımov: Respublika Stadionu bizə çox şeyi xatırladır

UNEP: Çürümüş qida tullantıları qlobal istixana qazı emissiyasının 10 faizini təşkil edir

Vətən müharibəsinin xronikası: 4 oktyabr

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Bahar qəsəbəsində fərdi yaşayış evində uçqun baş verib, bir nəfər ölüb VİDEO

Türkdilli dövlətlərin kardioloqları Daşkənddə bir araya gəliblər

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR VİDEO

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün VİDEO

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq