Azərbaycanda qeydiyyatda olan vergiödəyicilərinin sayı 1 milyondan çoxdur
Bakı, 16 may, AZƏRTAC
May ayının 1-nə respublika üzrə 1 milyon 69 min 762 vergiödəyicisi qeydiyyatda olub. Onların 925 min 818-i və ya 86,5 faizi fiziki şəxs, 143 min 944-ü və ya 13,5 faizi hüquqi şəxslər və digər təşkilatlardır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə vergiödəyicilərinin ümumi sayı 66 min 897 vahid (106,7 faiz) artıb. Bu artımın 52 min 475 vahidi fiziki şəxslərin, 14 min 422 vahidi isə hüquqi şəxslərin payına düşüb. Fiziki və hüquqi şəxslərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 106 faiz və 111,1 faiz təşkil edib.
Hüquqi şəxs kimi uçotda olan vergiödəyicilərinin sayının artması əsasən kommersiya qurumları hesabına baş verib. Müqayisə edilən dövrdə kommersiya qurumlarının sayı 13 min 842 vahid (12,1 faiz) artaraq 128 min 380 vahid təşkil edib. Qeyri-kommersiya qurumlarının sayı isə 15 min 564 vahid təşkil etmiş və ya müqayisə edilən dövrdə 580 vahid (3,9 faiz) artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [15:10]
Dünyada dizel yanacağı ucuzlaşacaq
- 10.10.2026 [11:09]
Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb
- 10.10.2026 [11:00]
Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO
- 10.10.2026 [10:27]
Dünya birjalarında neftin qiyməti artıb VİDEO
- 10.10.2026 [08:29]
Kənd təsərrüfatı naziri Çində səfərdədir
- 09.10.2026 [21:16]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [20:29]