AZƏRBAYCANDA QUŞ QRİPİ VİRUSUNUN ƏLAMƏTLƏRİ YOXDUR
Dövlət Baytarlıq Xidmətindən AZƏRTAC-a bildirmişlər ki, vətəndaşların narahatlığına əsas yoxdur. İndiyədək aparılmış bütün monitorinqlər inamla bəyan etməyə imkan verir ki, ölkəmizdə quş qripi virusunun əlamətləri aşkar edilməyib. Xidmət xəstəliyə qarşı mübarizə məqsədi ilə lazım olan bütün profilaktik tədbirləri görmüşdür və bu iş davam etdirilir.
Xatırladaq ki, son zamanlar quş qripi xəstəliyi ilə əlaqədar yaranmış vəziyyətdən sui-istifadə edən “işbazlar” meydana gəlmişdir. Onlar özlərini Dövlət Baytarlıq Xidmətinin işçiləri, bəzən isə Səhiyyə Nazirliyinin nümayəndələri kimi təqdim edir, vətəndaşları aldatmaq yolu ilə onların həyətyanı təsərrüfatındakı qanadlıları əllərindən alırlar. Dövlət Baytarlıq Xidməti əhalini sayıq olmağa, belə adamlar barədə hüquq mühafizə orqanlarına məlumat verməyə çağırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]