Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Azərbaycanda rabitənin 135 illik inkişaf tarixi – informasiya cəmiyyətinə keçid

Azərbaycanda rabitənin 135 illik inkişaf tarixi – informasiya cəmiyyətinə keçid

Bakı, 14 noyabr, AZƏRTAC

Bəlkə də bəşəriyyətin ən böyük ixtiralarından biri məktubdur. İlk məktubun harada, kim tərəfindən yazılmasından asılı olmayaraq, onun hansı vasitə ilə çatdırılması insanları hər zaman düşündürüb. Beləliklə, qasidlər, çaparlar, dəvə karvanları və s. formada rabitə əlaqələri yaranıb. Bu da böyük narahatlıq yaratdığından daha sərfəli, tez və asan başa gələn yollar, vasitələr axtarılıb.

Azərbaycanda rabitənin tarixi çox qədimdir. Dövlət səviyyəsində poçtun əsası 1501-ci ildə Səfəvilər dövlətinin başçısı Şah İsmayıl Xətai tərəfindən qoyulub. Müasir formada poçtun yaranması isə XIX əsrin birinci qərinəsinə təsadüf edir. 1818-ci ildə Gəncə şəhərində ilk poçt kontoru açılıb. Bundan 42 il sonra isə Bakı Quberniyasının nəzdində Bakı poçtamtı təşkil edilib. Bütün bu istiqamətdə görülən işlərin nəticəsi olaraq 1881-ci ilin yanvar ayında Nobel Qardaşları Cəmiyyəti telefon çəkilişinə icazə almaq məqsədilə Bakı qubernatoru general-leytenant Pozenə müraciət edib və fevralın 18-də icazə verilib. Həmin il noyabr ayının 23-də Azərbaycanda uzunluğu 6 kilometr olan və “Nobel Qardaşları Cəmiyyətinin baş kontoru ilə sədr və baş mühəndisin evlərini birləşdirən ilk telefon xətti istismara verilib. Rəsmi olaraq bu xətt Azərbaycanda ilk telefon xətti hesab olunur və telefon rabitəsinin yaradılması bu tarixə təsadüf edir.

Müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkədə poçt və teleqrafın inkişafı istiqamətində mühüm işlərin görülməsini zəruri edib. Müstəqil dövlətin Poçt və Teleqraf Nazirliyi təsis edilib. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) də məhz həmin dövrdə yaradılıb.

Sovet hakimiyyəti illərində Azərbaycan rabitəsi o dövrün tələblərinə uyğun qurulub. 1959-cu ildə Azərbaycan SSR Nazirlər Soveti respublikanın ali məktəblərində yüksək ixtisaslı rabitəçi mütəxəssislər hazırlanması barədə qərar qəbul edib. 1965-ci ildə Azərbaycan Politexnik İnstitutunda “Telefon və teleqraf rabitəsi” ixtisası üzrə mühəndislərin ilk buraxılışı olub.

Ümummilli lider Heydər Əliyev və Azərbaycan rabitəsi

Bütün sahələrdə olduğu kimi, ölkəmizə rabitənin inkişafında da Heydər Əliyev mərhələsi mövcuddur. 1969-cu ildə Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra digər sahələrlə yanaşı, rabitə də güclü inkişaf yoluna qədəm qoyub. Ötən əsrin 70-80-ci illərində Ulu Öndərin bu sahənin inkişaf etdirilməsinə göstərdiyi xüsusi diqqət o dövrün rəsmi sənədlərində geniş şəkildə öz əksini tapır. Həmin illərdə poçt, teleqraf və teleradio proqramlarının yayımı sahələri də diqqətəlayiq inkişaf yolu keçib. Bakıda Dəmir yolu yanı poçtamt binasının, Rabitə evi, onlarla rayon mərkəzində rabitə qovşaqları üçün binaların, bundan başqa respublikada 300-dən çox poçt şöbəsi binasının tikintisi də məhz həmin dövrə təsadüf edir.

Bu günlər müstəqilliyinin bərpasının 25 illiyini qeyd edən Azərbaycanda bütün sahələrdə olduğu kimi, rabitənin inkişafı istiqamətində də mühüm işlər görülüb. Qeyd etməliyik ki, bu sahədəki vəziyyət müstəqilliyin ilk illərində heç də ürəkaçan olmayıb. Ölkəmizin cəlb olunduğu müharibə, hakimiyyət uğrunda aparılan mübarizə, xaos Azərbaycanın rabitə sistemini iflic vəziyyətinə gətirib çıxarmışdı. Lakin 1993-cü ildə Prezident seçilən ulu öndər Heydər Əliyevin bilavasitə diqqəti və qayğısı sayəsində bu sahənin inkişafında ikinci dönüş mərhələsi başladı.

Azərbaycanda rabitənin inkişafı istiqamətində atılmış ən mühüm addımlardan biri Heydər Əliyevin 2003-cü fevralın 17-də “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın (2003—2012-ci illər)” təsdiq edilməsi haqqında Sərəncamı olub və ötən müddətdə respublikada informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində reallaşdırılan siyasət məhz bu strategiyanın üzərində qurulub.

Yeni çağırışlara cavab verən yeni nazirlik

Sürətlə inkişaf edən yeni texnologiyaların bir-birini əvəzlədiyi bir vaxtda yeni və işlək bir nazirliyin yaradılması günün tələbi idi. Məhz bu səbəbdən sürətlə inkişaf edən yüksək texnologiyalar fonunda Prezident İlham Əliyevin 2004-cü il fevralın 20-də imzaladığı Fərmanla Rabitə Nazirliyi ləğv edilərək onun bazasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradıldı. Bu yenilik qısa zamanda köklü dəyişikliyin baş verməsinə imkan yaratdı. Nəticədə nələr baş verdi: 2004-ü il avqustun 1-də Bakı şəhəri telefon şəbəkəsi 6 rəqəmli nömrələnmə sistemindən 7 rəqəmli nömrələnmə sisteminə keçirildi; 2005-ci il iyunun 14-də “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olundu; həmin il oktyabrın 1-də Azərbaycan və MDB məkanında ilk dəfə olaraq Bakıda yeni nəsil şəbəkə avadanlığı tətbiq edildi; 2006-cı il dekabrın 6-da “Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında” Sərəncam imzalandı; “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” təsdiq edildi; Milli Strategiyanın icrasını təmin etmək məqsədilə “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı” hazırlandı. Bununla yanaşı, kompüterləşdirmə səviyyəsinin artırılması üçün “Xalq kompüteri” layihəsini, respublikanın regionlarının telefon şəbəkəsinin elektronlaşdırılması prosesinin tam başa çatdırılmasını, ölkədə elektron hökumətin qurulması istiqamətində görülən işləri, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının yaradılmasını da xüsusi qeyd etməliyik.

Qazanılan uğurları təkcə biz demirik

Bu gün Azərbaycan rabitəsinə dünyadan çox müsbət bir baxış formalaşıb. Beynəlxalq qurumların hazırladığı hesabatlar bunun nə qədər haqq olduğunu bir daha sübut edir. Ölkəmiz Beynəlxalq Telekommunikasiya İttifaqının “İnformasiya cəmiyyətinin ölçülməsi” hesabatlarında inkişaf dinamikasına görə ilk onluğa daxil olan dövlətlər sırasındadır. Dünya İqtisadi Forumunun “Qlobal informasiya texnologiyaları-2016” hesabatında Azərbaycan Respublikası “Şəbəkə hazırlığı indeksi” göstəricisinə görə 139 ölkə arasında 53-cü yerə layiq görülüb.

Ümumilikdə, Azərbaycan İKT-nin inkişaf göstəricilərinə görə inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qiymətləndirilir. Dünya İqtisadi Forumunun hesabatlarına əsasən, son 10 ildə ölkəmiz dünyanın ən dinamik inkişaf edən iqtisadiyyatına daxil olub, iqtisadiyyatın rəqabətqabiliyyətliliyinə görə dünyada 38-ci yeri tutub, İKT-nin inkişafına görə 49-cu yeri, hökumətin İKT-nin gələcək inkişafına yanaşmasına görə isə 6-cı yeri tutur.

Bu məqamda Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) rəhbəri Helen Klarkın fikirlərini yenidən xatırlatmağı özümüzə borc bilirik. O, deyib: “Azərbaycan İKT-nin və yeniliklərin tətbiqi baxımından strateji düşüncəyə malikdir. Azərbaycan strateji məsələlər üzrə yeni genişzolaqlı internetin inkişafı və rabitənin daha geniş əhatəsi ilə əlaqədar çox qabaqcıl mövqedədir. Ənənəvi olaraq, Azərbaycan Şərqlə Qərb, Şimalla Cənub arasında bir rabitə rolu oynayıb. Bu ənənəvi rolun tədricən virtual məkana gətirilməsi və bu region üzrə müxtəlif layihələrin həyata keçirilməsi, sözsüz ki, təqdirəlayiq təqdirəlayiq təşəbbüslərdir. Biz Azərbaycanın bu təşəbbüslərini bütövlüklə dəstəkləyirik”.

“Azerspace-1” peyki dünyanın üçdə birini əhatə edir

Son illər Azərbaycanın İKT sahəsində əldə etdiyi ən böyük nailiyyətlərdən danışarkən, ilk növbədə, regionda yeganə kosmos sənayesinə sahib ölkə olmağımızı qeyd etmək lazımdır. 2009-cu ildə Azərbaycanda kosmik sənayenin qurulması ilə informasiya və kommunikasiya texnologiyaları sahəsinin inkişafında yeni dövr başladı. Belə ki, həmin ilin avqustunda Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” təsdiq edildi. Bu, regionda yeni irimiqyaslı İKT infrastrukturunun formalaşması üçün inqilabi bir strategiya idi və bu qərar telekommunikasiya sahəsində irəliyə atılan böyük addım oldu. Bu mənada, ölkəmizin ilk peyki olan “Azerspace-1” telekommunikasiya sahəsində digər ölkələrdən asılılığın aradan qaldırılması, yerüstü infrastrukturdan asılı olmadan müxtəlif növ informasiya təhlükəsizliyinin təmin edilməsi, istənilən vaxt istənilən yerdə rabitənin yaradılması kimi üstünlüklərə malikdir. Bununla yanaşı, “Azerspace-1” peyki dünyanın üçdə birini əhatə etməklə, 50-dən çox ölkəni birləşdirən kosmik məkanda mühüm rol oynayır.

Hazırda “Azerspace-2” peykinin istehsal prosesi gedir və peykin 2017-ci ildə orbitə göndərilməsi planlaşdırılıb.

Doqquz ayın yekunları

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən cari ilin 9 ayı ərzində görülən işləri nəzərdən keçirəndə bir daha əmin olursan ki, sükan peşəkar əlindədir. Gənc və perspektivli nazir Ramin Quluzadə qısa vaxtda bu sahədə dönüş yaradıb.

Cari ilin 9 aylıq hesabatı göstərir ki, nazirliyin, o cümlədən tabeli qurum və müəssisələrin fəaliyyətinin səmərəliliyinin, infrastrukturunun təkmilləşdirilməsi, öhdəliklərin icra olunması, maliyyə intizamının gücləndirilməsi, əldə olunan gəlirlərin həcminin artırılması və əməkdaşların sosial müdafiəsinin yaxşılaşdırılması sahəsində davamlı işlər görülüb. Bu işlər nəticəsində, rabitə və informasiya sahəsi üzrə gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz artaraq 1,2 milyard manata çatıb, gəlirlərin ümumi daxili məhsulda payı 1,9 faiz, qeyri-neft sektorunda payı isə 3,7 faiz təşkil edib. Həyata keçirilən islahatlar nəticəsində nazirlik üzrə rabitə xidmətlərinin bir mərkəzdən göstərilməsi məqsədilə “şəbəkə” mərkəzlərinin yaradılmasına başlanılıb. Bu mərkəz vasitəsilə nazirlik tərəfindən həyata keçirilən xidmətlərin vahid bir mərkəzdən göstərilməsi nəzərdə tutulur ki, bu da əhalinin telekommunikasiya, internet, poçt və digər rabitə xidmətlərindən rahat istifadəsinə geniş imkanlar yaradacaq.

Görülmüş işlərin nəticəsidir ki, MDB regionunda ilk dəfə olaraq Azərbaycanda bütün yaşayış məntəqələri telefonlaşdırılıb, sabit telefon şəbəkəsi tam elektronlaşdırılıb, ölkə üzrə vahid yeddirəqəmli nömrələmə sistemi və bir cüt naqil vasitəsilə eyni zamanda telefon, internet və televiziya xidmətlərindən istifadəyə imkan verən “Yeni nəsil şəbəkələri” texnologiyası tətbiq olunub.

Bu gün Azərbaycanda hər 100 nəfərə 73 internet istifadəçisi düşür ki, onların da 50 faizi yüksəksürətli internetdən istifadə edir. Bu göstəriciyə görə, Azərbaycan MDB və Mərkəzi Asiyada liderliyini saxlayır. Mobil sektor müasir infrastruktura malikdir və “3G”, “4G” xidmətləri təqdim edir. Hər 100 nəfərə 110 mobil istifadəçi düşür. Ölkə əhalisinin 98 faizi rəqəmli televiziya ilə əhatə olunub.

Gələcəyin çağırışları və inkişaf tendensiyalarını nəzərə alaraq ölkə ərazisində genişzolaqlı internet infrastrukturunun inkişafı üzrə üçillik Fəaliyyət Proqramı hazırlanıb. Hədəf “evlərə optika” prinsipi əsasında hər evə 100 MB/s sürətlə kanal vermək və 2019-cu ildə genişzolaqlı internet istifadəçisi sayını 85 faizə çatdırmaqdır.

Bunlarla bərabər, görüləcək işlər çoxdur, hələ qarşıda çox hədəflər var. İnanırıq ki, 135 yaşlı Azərbaycan rabitəsi qarşıdakı onilliklərdə daha böyük uğurlara imza atacaq.

Elvira Məmmədova

AZƏRTAC-ın müxbiri

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərbaycanda rabitənin 135 illik inkişaf tarixi - informasiya cəmiyyətinə keçid” mövzusunda keçirdiyi müsabiqəyə təqdim etmək üçün

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Papa Fransisk Rusiya-Ukrayna münaqişəsinin diplomatik yolla həllinin vacibliyini bildirib

Belarus parlamentinin aşağı palatası tam tərkibdə seçilib

Ani başgicəllənmə halları insult əlaməti ola bilər

Xirosimada dağıntılarda aşkar olunan saat hərracda 31 min 113 dollara satılıb

Maraqlı təbiət hadisəsi: Alovlu göy qurşağı

Xarkovda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

İsrail Hizbullaha qarşı zərbələri artırmaq niyyətindədir

Varşavadakı katolik kilsəsində ibadət zamanı Xocalı şəhidləri anılıb

Netanyahu: Rəfah əməliyyatı istənilən halda baş tutacaq

TÜRKSOY: Xocalı soyqırımı şəhidlərini hörmət və rəhmətlə yad edirik

Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımı ilə bağlı paylaşım edib

NYT: ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Ukraynaya gizli səfər edib

Burkina-Fasoda kilsədə terror aktı törədilib, 15 nəfər həlak olub

“Liverpul” “Çelsi”ni məğlub edərək Liqa Kubokunun qalibi olub

Xarici İşlər Nazirliyi Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı bəyanat yayıb

Türkiyəli alpinistlər Xocalı faciəsi qurbanlarının xatirəsini anıblar

“Qəbələ” komandasının yeni baş məşqçisi məlum olub

Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib

Prezident İlham Əliyev Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib

Premyer Liqa: “Qarabağ” “Sumqayıt”ı məğlub edərək liderliyini möhkəmləndirib

Zelenski: Ukrayna Rusiyaya qarşı müharibədə 31 min hərbçi itirib

Federasiya prezidenti: Azərbaycanda basketbol inkişaf edir

Azərbaycan basketbol yığmasının kapitanı: Hər bir komandaya qalib gəlmək gücündəyik

Texas Nümayəndələr Palatası Xocalı soyqırımına dair bəyannamə imzalayıb

Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılovun ailəsi ziyarət olunub

Azərbaycan Premyer Liqası: “Zirə” “Araz-Naxçıvan”a qalib gəlib

Deputat: Terror və digər xalqlara nifrət Ermənistanın dövlət siyasətidir

Gümüş medal qazanan gimnast: İnanılmaz qürur hissi keçirirəm

2017-ci il fevral şəhidlərinin xatirəsi anılıb

Marneulidə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş şahmat çempionatı keçirilib

Tahir Baxşıyev: Basketbolçularımla qürur duyuram

İtaliya nəşrində ermənilərin Xocalıda törətdikləri soyqırımı cinayətlərindən bəhs edilib

Xocalı soyqırımının qurbanları İstanbulda yad edilib

"HONOR"dan “MWC 2024”də yenilik

“Yıldız Çocuklar” layihəsinin final mərhələsində 40-a yaxın uşaq bacarıqlarını nümayiş etdirib VİDEO

“Qarabağ” UEFA reytinqində irəliləyib

Dünya Kubokunun qalibi: Portuqaliyalı rəqibim yarışdan əvvəl mənə dedi ki, qızıl medalı alıb gedəcəksən

Azərbaycan basketbol millisi seçmə mərhələnin ikinci oyununda Kosovo yığmasını məğlub edib

Denis Şmıqal: Ukrayna ərazilərinin bərpasında Türkiyə şirkətləri ilə işləyəcək

Krakovda Azərbaycan Evində Xocalı soyqırımının qurbanları yad edilib

Cənubi Afrikada avtobusun aşması nəticəsində 8 nəfər ölüb

Manisada Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar tədbirlər keçirilib

Ukrayna ABŞ Konqresi ilə əməkdaşlığını yeni mərhələyə qaldırmaq istəyir

İtaliya saytı Xocalı soyqırımından yazıb

Meksikada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

“Ana harayı” abidəsinin yerləşdiyi parkda hazırlıq işləri yekunlaşıb

Lerikdə "Toyota" markalı avtomobil çaya aşıb, ölən və yaralananlar var - YENİLƏNİB

Rustem Umerov: Silahların yarısı Ukraynaya vaxtında çatmadığından cəbhədə problem yaranır

Şotlandiya universitetində Xocalı soyqırımı ilə bağlı məlumatlandırma aksiyası keçirilib

Azərbaycan gimnastları Bakıdakı Dünya Kubokunda qızıl və gümüş medal qazanıblar

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Tanzaniyada baş verən yol qəzasında 15 nəfər ölüb

Ukraynanın müdafiə sənayesinin imkanları 2023-cü ildə bir il öncəyə nisbətən altı dəfə çox olub

Həvəskar xizək yarışının qalibləri bəlli olub

Fatma Yıldırım: Xocalı faciəsinin qurbanlarının, şəhidlərinin ruhu indi şaddır

Lukaşenko: Belarusda hökuməti devirmək üçün heç bir variant işləməyəcək

Yaponiya hökuməti Noto bölgəsinin bərpası üçün əlavə 665 milyon dollar xərcləyəcək

Hava proqnozu: sulu qar və qar yağacaq, yollar buz bağlayacaq

Lukaşenko: Minsk Ermənistanın KTMT-dən çıxması ilə bağlı heç bir müraciət almayıb

Xocalı sakini: Faciə qəlbimizdə sağalmaz yaralar, düşüncəmizdə silinməz izlər qoyub

Belarus tarixində ilk dəfə vahid səsvermə keçirilir

Adil Əliyev: Xocalı soyqırımı tarixin ən dəhşətli cinayətlərindən biridir

Ağsuda polisə 10 ədəd odlu silah könüllü təhvil verilib

Cavanşir Feyziyev: Bu soyqırımı təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa yönəlmiş ən ağır cinayətdir

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb

Soyqırımının şahidləri o dəhşətli günlərdən danışırlar – AZƏRTAC Xocalıdan xəbər verir VİDEO

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib

Polşada NATO-nun genişmiqyaslı təlimləri başlayır

Atasının ölümündə şübhəli bilinən şəxs tutulub

Azərbaycan basketbol millisi seçmə mərhələdə ikinci oyununu keçirəcək

Azərbaycan Premyer Liqası: Tura 2 oyunla yekun vurulacaq

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Prezident İlham Əliyev Türkiyə Prezidentini 70 illik yubileyi münasibətilə təbrik edib

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Çində 5,7 bal gücündə zəlzələ qeydə alınıb

CNN: Tramp Cənubi Karolina ştatında keçirilən praymerizin qalibi olub

London və Edinburq şəhərlərində Xocalı faciəsinə həsr olunmuş məlumatlandırma aksiyası keçirilib

Bosniyalılar Türkiyəni ölkənin ən yaxın dostu kimi görürlər

Xocalı soyqırımı qurbanlarının xatirəsi Türkiyədə silsilə tədbirlərlə anılır

İtaliya Ukrayna ilə təhlükəsizlik sahəsində əməkdaşlığa dair saziş imzalayıb

NYT: Ukrayna 2024-cü ildə ən yaxşı halda özünü müdafiə edə bilər

Mario Draqi Avropa ölkələrini böyük sərmayə yatırmağa çağırıb

İsti su içmək orqanizm üçün faydalıdır - Araşdırma

ECOWAS Nigerə qarşı sanksiyaları ləğv edib

Abbas Abbasov: Təzyiqlər Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə zərrə qədər mənfi təsir göstərməyəcək

İtaliyada Olimpiya Oyunlarının keçirilməsi üçün 500 qədim ağac kəsiləcək

Yəməndəki husi hədəflərinə yenidən zərbələr endirilib

Tramp: Seçkidə qalib gələrəmsə, miqrantların ABŞ tarixində ən böyük deportasiyası olacaq

Misir Qəzzanın cənubunda və mərkəzində iki qaçqın düşərgəsi yaradır

Filarmoniyanın səhnəsində musiqili tədbir: “Şam İşığında Üzüklərin Əfəndisi”

Alan Antuan Simoni: Oğlum Fransa polisi tərəfindən terrorçu münasibətə məruz qalıb

BMT: Hər beşinci ukraynalı ailənin ərzaq yardımına ehtiyacı var

Abşeronda yaşayış binasında baş verən yanğın söndürülüb, 25 nəfər təxliyə edilib YENİLƏNİB

Qardabani Təhsil və İnteqrasiya Mərkəzində Xocalı qurbanlarının xatirəsi anılıb

Laçın yenidən ağ örpəyə bürünür VİDEO

Azərbaycan-Çin münasibətləri illərin sınağından keçib və möhkəm təməl üzərində qurulub

Bakıda voleybol üzrə “Gənc atletlərin inkişafı” layihəsi çərçivəsində ilk seminar keçirilib

Muxtar respublikanın yubileyinə həsr olunmuş şahmat üzrə yoldaşlıq görüşü təşkil ediləcək

Ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyində ikinci yarış gününə yekun vurulub

Türkiyə Superliqası: “Fənərbağça” “Kasımpaşa”ya qalib gələrək liderliyə yüksəlib