Azərbaycan Dövlət İnformasiya Agentliyi

AZƏRBAYCANDA RUSİYA FEDERASİYASI MƏDƏNİYYƏTİ GÜNLƏRİ

Azərbaycanda Rusiya mədəniyyəti günlərinin iştirakçıları aprelin 23-də səhər Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş mərd mübarizlərin xatirəsini ehtiramla yad etdilər. Şəhidlərin məzarları üzərinə tər çiçəklər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoydular. Əklilin üzərində bu sözlər yazılmışdı: “Şəhidlərin əziz xatirəsinə. Azərbaycanda Rusiya mədəniyyəti günlərinin iştirakçıları adından”. 

Əklilqoyma mərasimində Rusiyanın mədəniyyət naziri Mixail Şvıdkoy və Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu iştirak edirdilər.

X x x

Sonra Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində “XVIII-XX əsrlər rus incəsənəti” sərgisinin açılışı oldu. Sərgidə Rusiyanın Dövlət Keramika Muzeyinin, “XVIII əsr Kuskovo malikanəsi” muzeyinin və Tver şəkil qalereyasının kolleksiyalarından 300-ə qədər eksponat nümunəsi nümayiş etdirilir. Rəngkarlıq, qrafika, dekorativ-tətbiqi sənət əsərlərindən ibarət bu sərgi tamaşaçılarda son üç əsrdə Rusiya incəsənətinin inkişaf tarixi barədə geniş təəssürat yaradır.

Sərgini Azərbaycan Dövlət İncəsənət Muzeyinin direktoru, respublikanın xalq rəssamı İbrahim Zeynalov açdı. Açılış mərasimində Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu, Rusiyanın mədəniyyət naziri Mixail Şvıdkoy, respublika Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov çıxış edərək, Azərbaycan-Rusiya mədəni əlaqələrini inkişaf etdirməyin əhəmiyyətindən danışdılar, bunun üçün geniş imkanlar yarandığını bildirdilər.

Açılış mərasimində Rusiya Federasiyasının Azərbaycandakı səfiri Nikolay Ryabov iştirak edirdi.

X x x

Daha sonra Rusiya mədəniyyəti günlərinin iştirakçıları Azərbaycan mədəniyyətinin görkəmli xadimlərindən Üzeyir Hacıbəyovun, Bülbülün, Natəvanın hazırda İncəsənət muzeyinin həyətində saxlanılan, Şuşa işğal edilərkən erməni silahlı qüvvələri tərəfindən “güllələnmiş” abidələrinə baxdılar. Qonaqlara erməni millətçilərinin işğal etdikləri ərazilərimizdə xalqımızın maddi və mədəniyyət abidələrini məhv etmələri barədə ətraflı məlumat verildi.

X X X

Aprelin 23-də Azərbaycan Yazıçılar Birliyində ölkəmizdə Rusiya Federasiyası mədəniyyəti günləri çərçivəsində Rusiya şairləri Aleksey Alyoxin, Tatyana Bek və Maksim Amelinlə görüş keçirilmişdir.

Yazıçılar Birliyinin sədri, Milli Məclisin deputatı Anar qonaqları salamladı və Azərbaycan ədəbiyyatının bugünkü vəziyyətindən danışaraq dedi ki, bu yaradıçılıq təşkilatının dörd nəşrindən biri də rus dilində çıxır. O, Azərbaycanın müstəqillik qazandıqdan sonra qarşılaşdığı problemlərdən söz açaraq bildirdi ki, bunlar keçmiş SSRİ-nin digər respublikalarında olduğu kimidir. Lakin ölkəmizin başlıca problemi Ermənistan-Azərbaycan münaqişəsidir. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilmiş və bir milyon nəfərədək vətəndaşımız qaçqın-köçkünə çevrilmişdir. Hələ Qriboyedov yazırdı ki, İrandan ermənilərin Azərbaycana köçürülməsi münaqişəyə gətirib çıxaracaqdır.

Rusiya nümayəndə heyətinin üzvləri ölkələrimizin yaradıcı xadimləri arasında əlaqələri dərinləşdirməyin və genişləndirməyin vacibliyini vurğulayaraq bildirdilər ki, artıq ənənəyə çevrilmiş mədəniyyət günləri bu prosesdə xüsusi rol oynamalıdır.

X x x

Həmin gün Kinematoqrafçılar İttifaqında Rusiya və Azərbaycanın kino xadimlərinin görüşü oldu.

Səmimilik şəraitində keçən görüşdə Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibi, xalq artisti Rasim Balayev, kinorejissor, xalq artisti Eldar Quliyev qonaqlara Azərbaycan kino sənətinin vəziyyəti və perspektivləri barədə ətraflı məlumat verdilər.

Rusiya və Azərbaycanın kino xadimləri keçmiş ənənələr əsasında əməkdaşlığı genişləndirməyin vacibliyini xüsusi vurğuladılar.

X x x

Aprelin 23-də M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasında Azərbaycan və Rusiya şahmatçılarının dostluq turniri keçirildi. Turnir başlanmazdan əvvəl Azərbaycanın`mədəniyyət naziri Polad Bülbüloğlu çıxış edərək, iştirakçıları təbrik etdi. Nazir vurğuladı ki, kimin qalib gəlməsindən asılı olmayaraq, bu turnir xalqlarımız arasında dostluğun və mehriban qonşuluq əlaqələrinin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəkdir.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov bildirdi ki, respublikamızda Rusiya mədəniyyəti günləri çərçivəsində aprelin 24-də Respublika şahmat mərkəzində ölkələrimizin şahmatçıları arasında daha bir görüş keçiriləcəkdir.

Turnirdə 10 şahmatçı, hər ölkədən beş idmançı iştirak edirdi.

Kitabxananın foyesində ölkəmizdə Rusiya Federasiyası mədəniyyəti günlərinə həsr olunmuş və Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Respublikasına rəsmi səfərini, Azərbaycan Prezidenti Heydər Əliyevin Rusiyayaya dövlət səfərini, habelə Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksinin respublikamıza səfərini, dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin Bakıda keçirdiyi günləri əks etdirən bədii-publisistik kompozisiya açılmışdır.

X X X

Aprelin 23-də “Respublika” sarayında P.İ.Çaykovski adına Dövlət Akademik Böyük Simfonik Orkestrinin görkəmli Azərbaycan dirijoru, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı, C.Nehru adına beynəlxalq mükafat laureatı maestro Niyazinin xatirəsinə həsr edilmiş konserti olmuşdur.

Konsertdən əvvəl Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu, P.İ.Çaykovski adına Dövlət Akademik Böyük Simfonik Orkestrin bədii rəhbəri və dirijoru Vladimir Fedoseyev çıxış edərək, Rusiya mədəniyyəti günləri çərçivəsində verilən bu konsertin ölkələrimiz arasında mədəni və dostluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət göstərdiyini, gələcəkdə belə qarşılıqlı tədbirlərin davam etdiriləcəyini vurğuladılar. Onlar maestro Niyazinin yaradıcılığından, bu məşhur orkestrlə əməkdaşlığından danışdılar. Bildirildi ki, bu il görkəmli dirijorun anadan olmasının 90 illiyi tamam olur və bu münasibətlə bir sıra tədbirlər keçiriləcəkdir.

P.İ.Çaykovski adına Dövlət Akademik Böyük Simfonik Orkestri Vladimir Fedoseyevin idarəsi ilə Niyazinin “Rast” simfonik muğamını, “Romeo və Cülyetta” simfonik uvertürasını ifa etdi. Salona toplaşanlar Rusiya musiqiçilərinin yüksək ustalığını alqışlarla qarşıladılar.

Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə və digər rəsmi şəxslər konsertdə olmuşlar.

X X X

X X X

Azərbaycanda Rusiya Federasiyası mədəniyyəti günləri çərçivəsində aprelin 23-də kamera və orqan musiqisi salonunda beynəlxalq müsabiqələr laureatı Lada Labzinanın iştirakı ilə orqan musiqisi gecəsi keçirilmişdir. İstedadlı musiqiçinin ifasında Baxın, Mendelsonun, Hendelin, digər xarici bəstəkarların və rus bəstəkarlarının əsərləri səslənmişdir.

X X X

Elə həmin gün Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında V.F.Komisarjevskaya adına Sankt-Peterburq Akademik Dram Teatrı “Bulvar əhvalatları” tamaşasını təqdim etmişdir.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında isə L.Minkusun “Don Kixot” baleti göstərilmişdir. Əsas partiyaları Rusiyanın əməkdar artistləri Yelena Andreyenko, Yuri Klevtsov, Azərbaycanın əməkdar artistləri Mədinə Əliyeva və Ramazan Arifulin ifa etmişlər.

X X X

Nizami adına kinoteatrda isə İvan Solovovun “Axın” filminin nümayişi ilə Rusiya filmləri həftəsi başlanmışdır.

Mədəniyyət naziri Polad Bülbüloğlu açılış mərasimində çıxış edərək ölkələrimizin kino xadimlərinin müntəzəm görüşlərinin vacibliyini, bu görüşlərin kinematoqrafiya sahəsində gələcək birgə layihələr üçün şərait yaratdığını vurğuladı.

Rusiyanın xalq artistləri Anna Kamenkova və Boris Ximiçev Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələrin inkişafına töhfələrinə görə ölkələrimizin dövlət başçılarına minnətdarlıqlarını bildirdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH